Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuşdan sonra qəbizlik
Doğuşdan sonra qəbizlik
Göndərən: Nazlı_qız
Şərhlər: 4
Baxılıb: 2640
Səs ver:
Hormonal qadının fonunda, orqanizmində və maddələr mübadiləsində kəskin dəyişikliklər baş verir. Hamilə qadının başı o qədər özünə və gələcək övladına qarışır ki, başqa bir şey düşünmür və bədənində baş verən hər nasazlığı hamiləliyə yozur. Düşünür ki, doğuşdan sonra düzələr. Budur, doğuş da oldu, bəs problemlər: əmələ gəlmiş cırıqlar, yırtıqlar, çıxmış damarlar və hemerroy, qəbizlik. Halbuki bu fəsadlaşmaların doğuşdan əvvəl yaranıb dərinləşməsinə imkan verməməliydiz.

Doğuşdan sonra qəbizliyin bir neçə səbəbi var:

Hormonal fonda dəyişiklik

Döş qəfəsi və qarın boşluğu əzələlərinin və bağlarının zəifləməsi.

Uşaqlığın təzyiqi. Doğuşdan sonra uşaqlıq hələ böyümüş şəkildə olur və bu ərəfədə hələ də düz bağırsağı sıxır. O, doğuşdan 8 həftə sonra kiçilir.

Doğuş zamanı bağırsağın yerləşməsinin dəyişməsi və normal yerinə qayıtması üçün müəyyən vaxt lazımdır.

Hamiləlikdə qidalanmanın pis olması və dölün təsirində bağırsağın peristaltikasının pozulması, zəifləməsi, hamilənin az maye qəbul etməsi üzündən susuzlaşma.

Hamiləlikdə və doğuşdan sonra süd verən ananın düzgün pəhrizinin olmaması.

Doğuş və bəzi səbəblərdən bağırsağın bəzi hissəsinin uzanması.

Doğuş sonrası psixoloji gərginlik və depressiya
Əgər həkim müayinə zamanı bağırsaq və uşaqlıqla bağlı fiziki səbəb görmürsə, deməli qəbzlik pəhriz, gündəlik qidalanma və psixoloji səbəblərdəndir. Əlbəttə, bu, keçici də ola bilər.

Əmizdirmə zamanı işlədici dərmanlar və ya çaylar içilə bilər, əlbəttə ki, həkimlə məsləhətdəşəndən sonra. Amma işlədici dərman çıxış yolu və müalicə deyil. Bağırsaq buna öyrəşər və təbii peristaltikası pozula bilər.

Təmiz havada çox olun, gəzin, ayaqlarınızı hərəkət etdirin.

Eləcə də rahatlaşdırıcı vanna, aromaterapiya, relaksmusiqi məsləhətdir ki, emosional baxımdan sakitləşəsiniz.

Südverən anaya qarabaşaq (qreçka), müslilər, yarma, qara çörək, kök, çuğundur, qabaq, kələm, meyvə kompotu, alma, ərik və yemiş yemək tövsiyyə olunur. Kartof, qızartma yeməklər, tünd çay, qəhvə, yumurta, qənnadı məmulatlarını azaldın. Şorbalar için.

Olmaz: Paxlalı bitkilərdən-mərci, lobya, noxud və s. qoz, fındıq, pendir, heyva, düyü, ağ çörək, giləmeyvələr.

Xalq təbabətindən:Təzə kartofun şirəsini çəkin və 1:1 nisbətində su ilə qarışdırın, yeməkdən yarım saat əvvəl gündə 2 dəfə stəkanın yarısı qədərində için. Əncir qurusunu 1 stəkan ilıq südə qatın, otaq temperaturunda soyudub gündə 3-4 dəfə içməklə 1 stəkanı qurtarın.


Şərhlər: 4
Baxılıb: 2640
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Melissa
mende bele bir pronlem bash vermisdi
15 iyul 2015 10:41
# 4
vipbetul
hamilelikden sonra qadinlarin berkemde en boyuk problemidir
14 iyul 2015 23:11
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Dogustan sonra cox qadinlarda bu problem yaranir. Mence yediyi qidalara diqqet yetirse problem olmaz
14 iyul 2015 18:52
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Bele problemim olmayib sukur, ancaq olanlar oxuyub yararlana biler, tesekkur.
14 iyul 2015 18:41
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz