Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Eroziya zamanı xalq təbabəti
Eroziya zamanı xalq təbabəti
Göndərən: Fialka
Şərhlər: 12
Baxılıb: 1936
Səs ver:
Uşaqlıq boynu eroziyası qadın cinsiyyət sistemi xəstəlikləri arasında ən yayılmış pozulmadan biri sayılır.

Eroziya mütləq müalicə olunmalıdır. Məsələ burasındadır ki, uzun müddət ərzində mövcud olan uşaqlıq boynu eroziyası uşaqlıq boynu xərçənginə səbəb ola bilər.

Eroziya uzun müddət ərzində heç bir simptom verməyə bilər. Bu səbəbdən qadının 1 ildə 2 dəfə olmaqla profilaktik ginekoloji müayinələrindən keçməsi olduqca vacibdir.

Qadında eroziya aşkar olunduqda, xəstəliyin mərhələsindən, qadının yaşından və s. amillərdən asılı olaraq ona mütləq müalicə təyin olunmalıdır.

Müalicə zamanı xalq təbabəti üsullarının istifadəsi də çox yaxşı nəticə verə bilər. Bu vasitələri yalnız həkim təyin etməlidir. Özünüz özünüzü müalicə etməyin!

Beləliklə, uşaqlıq boynu eroziyası zamanı bu kimi xalq təbabəti üsulları istifadə oluna bilər:

- Çaytikanı yağı eroziya zamanı çox uğurla istifadə olunur. Bu yağın yüksək yarasağaldan xüsusiyyətləri var. Çaytikanı yağı uşaqlıq yolunun selikli qişasını qıcıqlandırmır, tam ziyansızdır və hətta hamilə qadınlarda istifadə oluna bilər.

Steril pambıq tampon çaytikanı yağına batırılır və əvvəlcədən dərin yuyulmuş (çobanyastığı və ya kalendula dəmləməsi istifadə oluna bilər) uşaqlıq yoluna qoyulur. 12 saatdan sonra tampon çıxardılır. Müalicə 2 həftə ərzində davam edə bilər.

Digər çox təsirli vasitə mumiyodur. Mumiyo dağlardan yığılan təbii balzamdır. Bu balzam çox yüksək antiseptik, yarasağaldan, iltihab və bakteriya əleyhinə xüsusiyyətlərinə malikdir.

Müalicə zamanı 2,5 qr mumiyo 100 ml qaynanmış isti suda həll olunur. Bu məhlulda steril pambıq tampon isladılır, gecə yatmazdan qabaq əvvəlcədən dərin yuyulmuş (çobanyastığı və ya kalendula dəmləməsi istifadə oluna bilər) uşaqlıq yoluna qoyulur və səhər çıxardılır. Müalicə kursu - 10 gün.

- Təbii bal, bildiyimiz kimi, min bir dərdin dərmanıdır. Baldan eroziyanın müalicəsində də istifadə olunur. Steril pambıq tampon duru bala batırılır və gecə yatmazdan əvvəl uşaqlıq yoluna yeridilir (bundan əvvəl uşaqlıq yolunu dərin yumaq lazımdır). Səhər tampon çıxardılır. Müalicə 10-14 gün davam edə bilər.

- Propolisin (arı yapışqanı) çox güclü yarasağaldan , iltihab və mikrobəleyhinə xüsusiyyətləri var. 1 çay qaşığı propolis 100 ml qaynar suda 30 dəqiqə ərzində dəmlənilir. Daha sonra steril pambıq tampon bu dəmləmədə isladılır və əvvəlcədən yuyulmuş (çobanyastığı və ya kalendula dəmləməsi istifadə oluna bilər) uşaqlıq yoluna qoyulur. Müalicə kursu - 10 gün. Müalicə daha uzun müddət ərzində davam edə bilər.

- Çobanyastığı "qadın" otlardan biri sayılır. Çobanyastığı dəmləmələri bir çox qadın cinsiyyət sistemi iltihabları zamanı istifadə olunur. Eroziya zamanı da bu vasitədən istifadə oluna bilər. 2 xörək qaşığı çobanyastığı 1 stəkan qaynar suda dəmlənilir və yaxşı süzülür. Bu dəmləmə ilə qadın uşaqlıq yolunu yumalıdır.

- Eroziya zamanı kalendula dəmləmələrdən də istifadə olunur.


Şərhlər: 12
Baxılıb: 1936
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Antikvar
Sitat: WiRiN BaLaM
məndədə var usaqdan sora oldu..ama hələki malice filan almıram .. men çox qorxuram yeniden usaqım olmaz deye ciyy deyirler yandırandan sora usaq olmur


Uşaq dünyaya gətirəndən sonra bir çox qadınlarda bu problem yaranır,Müalicə alın böyüməsinin qarşısını almaq üçün ,əyər böyükdüsə yandırada bilərsiz,yandırmağın uşaq olub olmamağa dəxli yoxdu,yandırandan sonra doğuş zamanı çətinlik olur deyə çox zaman analar müalicə ilə eroziyanın böyüməsinin qarşısını alır ikinci uşaqı dünyaya gətirənə qədər.


Neçə ildi bunun əziyyətini çəkirəm,müalicə ilə böyümənin qaşısını alıram,amma yandırmaq daha faydalıdı nəinki müalicə..Eroziya bir yaradı,əlin üzərində təsəvvür eləyin bir yara var ona müalicə etmədikdə və yaxud gec gec lazım olanları tədbiq etməyən zaman o yara dahada böyüyür pis fəsadlara gətirib çıxardır,hətta bir çox infeksiyalarıda özünə tez çəkir yara olduğundan.Təşəkkürlər məlumatım çoxdu qadın problemləri haqqında.
25 iyun 2015 01:10
# 12
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
SENSİZ
MENDEDE OLUB RAYONDA YANDIRMAQ ISTEDILER BAKIDA MUALICE ALDIM SUKUR PROBLEM QALMAYIB ALLAH HAMIYA KOMEK OLSUN
22 iyun 2015 23:58
# 11
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Baharim ol
Sitat: remse
Mən də bu xəstəlikdən əziyyət çəkirəm.Hər yolu yoxlamışam xeyri yoxdu.Belə getsə məndə də xərçəngə çevriləcəkuzulen

Allah uzaq elesin.Insaallah xeyri olar
22 iyun 2015 23:24
# 10
Ama yenede
rəmsə
Sitat: WiRiN BaLaM
məndədə var usaqdan sora oldu..ama hələki malice filan almıram .. men çox qorxuram yeniden usaqım olmaz deye ciyy deyirler yandırandan sora usaq olmur

Qorxma canım,mənim bir tanışım yandırdıqdan sonra yenidən ana oldu.
22 iyun 2015 17:19
# 9
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
vipbetul
Allah uzaq elesin
22 iyun 2015 17:12
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
WiRiN BaLaM
məndədə var usaqdan sora oldu..ama hələki malice filan almıram .. men çox qorxuram yeniden usaqım olmaz deye ciyy deyirler yandırandan sora usaq olmur
22 iyun 2015 16:51
# 7
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Marta
Mendede var teze oyrendim bunu:( dermanlarka mualice aliram amma kecmese yandiracaqlar:(
22 iyun 2015 14:45
# 6
Немного терпения, и у тебя все получится..
Ayten666
Mende ikinci usaqdan sonra yarandi yandirtdim...kecdi heleki
22 iyun 2015 10:33
# 5
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
BARBI
Cox ciddi probledir. Bildiyim qederiyle yandirilaraq mualice edilir
22 iyun 2015 09:27
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Bele bir xesteliyim yoxdur çox şükür,ama bunları bilmekde fayda var,gelecekden kimse suğortalı deyil,teşekkür.
22 iyun 2015 05:15
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aziz a
Allah rehm elesin.
22 iyun 2015 04:22
# 2
Qelbim doludu !!!!
rəmsə
Mən də bu xəstəlikdən əziyyət çəkirəm.Hər yolu yoxlamışam xeyri yoxdu.Belə getsə məndə də xərçəngə çevriləcəkuzulen
22 iyun 2015 04:17
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz