Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlıq yolu xəstəliklərində xalq təbabəti üsulları
Uşaqlıq yolu xəstəliklərində xalq təbabəti üsulları
Göndərən: emis
Şərhlər: 5
Baxılıb: 3137
Səs ver:
Bəzən qadınlarda uşaqlıq yolundan ağ rəngdə və çiy yumurta ağına bənzəyən ifrazat olur.

Həmin ifrazat fizioloji yaxma rolunu oynayaraq uşaqlıq yolunu qıcıqlanmadan və qurumadan qoruyur. Normaya əsasən ifrazat gün ərzində 2 ml-dən artıq olmamalıdır. Xaric olan ifrazatın miqdarı, xarakteri, tərkibi, qoxusu və rəngi qadın sağlamlığının indikatorudur.

Az miqdarda ifrazat normal sayıldığı halda onun miqdarının, rənginin və qoxusunun dəyişməsi hər hansı ciddi xəstəliyin göstəricisi ola bilər. Demək olar ki, hər bir qadın həyatında bircə dəfə də olsun belə problemlə üzləşib.

Uşaqlıq yolunun ifrazatı bir neçə komponentdən ibarətdir: uşaqlıq boynu kanalının seliyi, uşaqlıq yolu vəzlərinin ifrazatı, uşaqlıq yolunun normal mikroflorası və ifrazata ağ rəng verən uşaqlıq yolunun ölmüş epitel hüceyrələri.

Ağ ifrazat – sərbəst diaqnoz və ya xəstəlik olmasa da, qadın cinsiyyət sistemində hər hansı xəstəliyin əlaməti və simptomu kimi meydana çıxır.

Bir çox infeksion problemlərdə irinli, xarakter iyli və ya köpüklü, göbələk yoluxmasında isə çox miqdarda kəsmiyəbənzər olur. İfrazatda qanın olması isə bədxassəli prosesin göstəricisi ola bilər.

Özünüzdə bu kimi simptomlar müşahidə etdikdə dərhal ginekoloqa müraciət edin. İfrazatların səbəbindən asılı olaraq həkim müayinə və lazım olan analizlərdən sonra müalicə təyin edəcək. Müalicə zamanı xalq təbabəti üsullarından da istifadə oluna bilər. Bu vasitələrdən yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar.

- 2 xörək qaşığı akasiya çiçəkləri yarım litr suda dəmlənir, soyudulur və süzülərək uşaqlıq yolu şırınqa edilir. Akasiya çiçəklərinin ağızda çeynənərək şirəsinin udulması da iltihabi xəstəliklərdə yaxşı effekt verir.

- Təzə başınağacı və zirinc meyvələrinin şirəsi sıxılır, gündə iki dəfə 50-70 ml qəbul edilir.

- Eyni miqdarda meşə çiyələyi kökləri və boymadərən otunun çiçəkləri qarışdırılır, qarışıqdan 1 xörək qaşığının üzərinə 1 stəkan qaynar su əlavə edilir. 10 dəqiqə dəmlənir, soyudulur, süzülür. Gündə 2-3 dəfə qəbul edilir.

- Orqanizmin immun müqavimətini gücləndirmək üçün 2 filtr-bağlama İmmunotea çayı 200 ml qaynar suda 15 dəqiqə dəmlənir və gündə 2-3 dəfə qəbul edilir.

- Uşaqlıq yolundakı ifrazat sulu xarakterli olduqda 1 çay qaşığı quru qıfotu bitkisi 200 ml qaynar suda dəmlənir, gün ərzində 5-6 dəfə içilir.

- 1 stəkan südə 1 xörək qaşığı qazayağı bitkisi əlavə edilir, 5 dəqiqə qaynadılır, soyudulur.  2 saat saxladıqdan sonra süzülür. Gündə 3-4 dəfə 1/4 stəkan qəbul edilir.

- 3 filtr-bağlama Profemin çayı 300 ml qaynar suda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə bir dəfə uşaqlıq yoluna şırınqa edilir.

- 20 qram aptek çobanyastığı çiçəyi, hərəsindən 10 qram qazayağı kökü və palıd qabığı, hərəsindən 50 qram quş qırxbuğumu və gicitkən yarpaqları qarışdırılır. Qarışıqdan 2 xörək qaşığının üzərinə 1 litr su əlavə olunur, zəif ocaqda yarım saat qaynadılır, soyudulur, süzülür. İlıq şəkildə uşaqlıq yoluna şırınqa edilir.

- 1 xörək qaşığı ətirşah kökləri üzərinə 1 stəkan qaynar su əlavə edilir, zəif ocaqda 5 dəqiqə qaynadılır, soyudulur, süzülür. Dəmləməyə qaynadılmış ilıq su əlavə edilərək həcmi 2 stəkana qədər artırılır. Alınmış dəmləmə ilə uşaqlıq yolu şırınqa edilir.

- 1 xörək qaşığı dəvətikanı bitkisinin qurudulmuş yerüstü hissəsi üzərinə 1 stəkan qaynar su əlavə edilir. Qaynayan su hamamında ağzı bağlı emallı qabda yarım saat dəmlənir, isti halda süzülür, 1 saat soyudulur. Sonra bir neçə qat tənzif parçadan yenidən süzülür. Alınan dəmləmə gündə 3 dəfə 1/3 stəkan içilir və ya uşaqlıq yoluna şırınqa edilir.

1 xörək qaşığı bulaqotu bitkisinin 1:5 nisbətində sulu dəmləməsi gündə 3-4 dəfə daxilə qəbul edilir. Uşaqlıq yolunda qaşınma, səpgi və göbələk zədələnməsi olanda həmin dəmləmə ilə vanna da edilə bilər.

- Hərəsindən 1 xörək qaşığı olmaqla boymadərən çiçəkləri, dazıotu və adi dağtərxununun üzərinə 400 ml qaynar su əlavə edilir. Qaynayan su hamamında ağzı bağlı qabda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. İlıq halda uşaqlıq yoluna şırınqa edilir.

- Hərəsindən 1 xörək qaşığı olmaqla dəmrovotu kökü, sincanotu, söyüd qabığı və palıd qabığı üzərinə 2 stəkan qaynar su əlavə edilir, qaynayan su hamamında 30 dəqiqə dəmlənir. 1 saat saxladıqdan sonra süzülür. Gündə 1-2 dəfə ilıq şəkildə uşaqlıq yoluna şırınqa edilir.

- Hərəsindən 1 xörək qaşığı olmaqla tozağacı və gicitkən yarpaqları, çobançantası otu, dərman adaçayı yarpağı və boymadərən otunun üzərinə 1 litr qaynar su əlavə edilir, zəif ocaqda ağzı bağlı qabda yarım saat dəmlənir, soyudulur, süzülür. Gündə 1-2 dəfə ilıq şəkildə uşaqlıq yoluna şırınqa edilir.

- Hərəsindən 1 xörək qaşığı olmaqla qızılgül ləçəkləri, boymadərən, ağ öksəotu, gicitkən və aptek çobanyastığı çiçəklərinin üzərinə 1 litr qaynar su əlavə edilir, ağzı bağlı qabda 30 dəqiqə dəmlənir, soyudulur, süzülür. Gündə 1-2 dəfə ilıq halda uşaqlıq yoluna şırınqa edilir.


Şərhlər: 5
Baxılıb: 3137
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
tek umidim sen
Xalq tebabeti yox ginekoloqa getmek daha meqsede uygundu...
15 iyun 2015 21:33
# 5
Kadın derin ama adam yüzme bilmiyor...
Fialka
Faydalı eyni zamanda da maarifləndirici xəbərdir. Qadınlar orqanizmlərində olan hər hansısa bir dəyişkənlik zamanı mütləq vaxt itirmədən ginekoloqa müraciət etməlidirlər..
15 iyun 2015 16:00
# 4
vipbetul
faydali meslehetlerdi

faydali meslehetlerdi
15 iyun 2015 14:32
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Bu xesteliklerde xalq tebabetine bel baglamaram en yaxsisi hekime getmek ve muayine olunmaqdir
15 iyun 2015 09:00
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Allah uzaq etsin uşaqliq yolunda xestelikler yarananda hekime getmek lazimdir,tek uşaqliq yolunda olanda yox,her hansi bir ağri problem hiss etdikde hekime getmek problemi aradan qaldirmaq lazimdir,Allah özü qorusun bizleri.
15 iyun 2015 05:54
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz