Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vaginizmin yaranması faktorları...
Vaginizmin yaranması faktorları...
Göndərən: NoName
Şərhlər: 2
Baxılıb: 1628
Səs ver:
Əsas səbəblərdən biri də qızların öz cinsi orqanlarını tanımamasıdır və hətda tanımağa cəhd göstərməməsidir. Onlar yuyunmağa belə qorxurlar,diksinirlər. Belə qızlarda "ağıllı qız sindromu " üstünlük təşkil edir. Onlar cinsi əlaqəni əxlaqsızlıq, iyrənclik, günah, ayıb sayaraq cinsi əlaqə haqda heç bir informasiya əldə etmək istəmirlər. Qızları olan anaların da burada rolu böyükdür. Analar əvvəlcədən  öz qızlarına  12 yaşına çatdığı zaman aybaşı olacağını, cinsi orqanlara gigiyenik qaydalarını öyrətməlidirlər ki,bu qızlar da cinsi orqan haqqında məlumat toplamağa açıq olsunlar. Əksinə olaraq valideynlərimiz iki qadın söhbət edəndə qızlarından onları tək qoymalarını istəyirlər. Bu düzgün deyil! Qızlarını həyatın qanunlarından təcrid edəndə zərərini ancaq qız çəkir! Və elə bir şəkildə zərər çəkir ki, bu onun bütün sağlamlığına, bütün həyatına, qurduğu ailəsinə öz mənfi təsirini göstərir. Çox yaxşı olardı ki,analar qızlarına müəyyən qədər cinsi orqan haqqında məlumatlar versinlər.

Gənc qızlarda Vaginizmin yaranmasında onların rəfiqələrinin böyük rolu vardır. Ailə qurmuş rəfiqələrinin cinsi əlaqəni çox şişirdilmiş və qorxulu şəkildə anlatmaları nəticəsində cinsi əlaqə haqqında heç bir təcrübəsi olmayan qız üçün çox ağır bir psixoloji travmadır. Bu zaman gənc qız eşitdiklərini beynində öz fantaziyasına uyğun qorxulu ssenari üzərində canlandırır və buna inanmağa başlayır. Bu zaman gənc qız tərəfindən yaşanan bu pis düşüncələr (beynində canlandırdığı üçün ) onun şüuraltı mərkəzində (beynində) məskunlaşaraq yer alır və öz fəsadlarını göstərməyə başlayır. Vaginizm qızlar ailə qurduqdan sonra cinsi əlaqə mümkün olmadığı zaman " Elə bil vagina hissədə bir divar yaranır” - deyə söyləyirlər. Əslində isə bu "divarı” onlar özləri də bilmədən beyinlərində yaradıblar.Belə qızlar Bizim Xüsusi Müalicədən sonra normal şəkildə cinsi həyat yaşaya bilirlər.

Bundan başqa keçirilmiş ağır doğuşdan sonra, eləcə də vaginanın daraldılması (arxa kolporrafiya) əməliyyatından sonra da vaginizm əlamətlərinə rastlamaq olur. Eyni zamanda vaginanın (uşaqlıq yolunun) iltihabi proseslərində də ( bartolinit , irinli və mayeli kistlər) , genital herpes , kandilomların olması  da ağrılı cinsi əlaqə yarada  bilər.Müayinə zamanı bu xəstəliklər aşkar olunarsa ( iltihabi proses,bartolinit və s.)  müalicə olunduqdan sonra onlar ağrısız şəkildə cinsi əlaqədə ola bilirlər.Səbələrdən biri də vaginanın (uşaqlıq yolunun) anadangəlmə olmamasıdır.

Vaginanın anadangəlmə olmaması da cinsi əlaqənin mümkünsüzlüyünün səbəbi ola bilir. Belə qadınlara vaginaplastika əməliyyatı (vagina yaradılması) məsləhət görülür və bu əməliyyatdan sonra onlar cinsi əlaqə yaşaya bilirlər.

Dr. Günay Hacıyeva


Şərhlər: 2
Baxılıb: 1628
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Vaginizim ciddi problemdir. Bezi qizlarda bu problem omur boyu kecmir. Bu qorxunu asmaq lazimdir
8 iyun 2015 07:12
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Her söhbete qizlari yaxin buraxmaği deye bilmerem,ama gigiyena qaydalarini bezi şeyleri qizlara başa salmaq lazimdir.
8 iyun 2015 05:28
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz