Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vaginizmin qadına verdiyi fəsadlar nədir?
Vaginizmin qadına verdiyi fəsadlar nədir?
Göndərən: NoName
Şərhlər: 1
Baxılıb: 1370
Səs ver:
Vaginizmin fəsadları qadına və ərinə öz mənfi təsirini göstərir. Belə ki, cütlər evliliyin ilk etaplarında cinsi əlaqənin mümkünsüzlüyünü adi hal kimi qəbul edirlər. Düşünürlər ki ,bir-birlərinə uyğunlaşdıqca bu problem həll olunacaq. Əvvəllər boş baxdıqları bu problem sonra onların gündəlik əsas problemlərinə çevrilir. Qadınlarda (qızlarda) ilk vaxtlarda cinsi həvəs olur,ön sevişmə mərhələsində hər şey öz qaydasında olur.İlk vaxtlar cütlər əlaqədə olmağı  tez-tez sınayırlar. Amma müəyyən vaxt keçdikdən sonra həm qadında ,həm də kişidə cinsi həvəs azalaraq əlaqədə olmağa heç cəhd də göstərmirlər. "Onsuz da bu dəfə də alınmayacaq" - deyə ruhdan düşürlər. Hər dəfə qarşılaşdıqları uğursuzluqlardan yaranan bədbinlik enerjisi onların bütün həyatlarına sirayət edir. Qadın sevərək evləndiyi və ailəsini bu duruma gətirdiyinə görə özünü "ərinin" qarşısında günahkar hiss etməyə başlayır. Bütün qadınlardan fərqli olduğunu düşünərək, özündə bir əksiyin olduğunu anlayır. Bu hisslər get-gedə dərinləşərək onu depressiyaya salır. Hətda onlar bu duyğularını belə ifadə edirlər : - Bu cür yaşamaqdan bezmişəm. Heç bilmirəm həyatda nə kimi yaşayıram. Qadın deyilem,kişi də deyiləm,uşaq da deyiləm, subay qız da deyiləm. Bütün arzularımı itirmişəm. Bəs men nəyəm? Mən bitkiyəm...Sadəcə yaşayıram ...

Depressiv vəziyyət onu insanlardan uzaqlaşdırır. Qadınlar özünə qapanaraq tək qalmaq istəyirlər.İnsanların gözlərinə baxa bilməz hala gəlib çıxırlar. Elə bilirlər ki, hamı onun vaginizm olduğunu başa düşür, hamı onun bütün qadınlar kimi olmadığını , " yararsız " , " bacarıqsız " olduğunu anlayır. Bütün qadınlara həsəd aparmağa başlayır, özlərinin çox bədbəxt olduğunu düşünərək özünə nifrət etməyə başlayır, öz güvənlərini tamamilə itirirlər. Eləcə də daimi olaraq uğursuzluqla qarşılaşma, rədd olunma "ərin" də psixi durumunu dəyişərək cinsi zəifliyin ( impotensiya) yaranmasına yol açır. Vaginizm hər iki tərəfin psixi durumunda kobud izlərini qoyur. Vaginizmin verdiyi fəsadlar qadının həyatını (eləcə də kişinin) sözün əsl mənasında kabusa çevirir. Vaginizm onları cəmiyyətdə lazımsız hala gətirib çıxarır. Elə bir vəziyyətə gətirib çıxarır ki, düşdükləri burulğandan heç bir vasitə ilə çıxa bilmirlər, əksinə hər gün daha dərinlərə girirlər.

Dr. Günay Hacıyeva


Şərhlər: 1
Baxılıb: 1370
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Bu problemim esas koku yasadigi travmalara baglidir. Mutleq psixoloqa muraciet edilmelidir
25 iyun 2015 10:25
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz