Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sarışın və ağ dərili qadınların xəstəliyi
Sarışın və ağ dərili qadınların xəstəliyi
Göndərən: Nazlı_qız
Şərhlər: 12
Baxılıb: 1412
Səs ver:
Öd kisəsi qaraciyərin alt qismində, ona bitişik 50 ml həcmi olan armud şəkilli bir orqandır. Ödün yığılmasına və fəaliyyətinə kömək edər. Qaraciyərin ifraz etdiyi öd kanallar yolu ilə bu kisədə toplanaraq yeməkdən sonra xüsusilə yağlı qidaların həzmi üçün bağırsağa tökülür.
 
60 yaşından sonra kişilərin yüzdə 10-15-də, qadınların yüzdə 30-40-da öd daşı yaranır. Öd daşı, öd kisəsi, ya da yollarında öd tərkibinin ağırlaşması nəticəsində yaranır. Öd daşı daha çox öd kisəsinin içində yaranır.
 
İki növ öd daşı var:
 
Xolesterol daşları: Öd daşlarının yüzdə 80-ni təşkil edir. Öd kisəsi içində xolesterol toplanması zamanı yaranır.
 
Piqment daşları: Öd daşlarının yüzdə 20-ni təşkil edir. Ödü təşkil edən elementlərdən biri olan bilirubinin öd kisəsində toplanması ilə yaranır.
 
Nə zaman şübhələnməli?
 
Öd daşının başlıca şikayətləri: qarın ağrısı, kürəyə və sağ kürək sümüyü altına yayılan ağrı, qarnın sağ üst bölgəsinə vuran ağrı, bulantı, qusma, qızdırma, üşümə, titrəmə, köp, həzmsizlik, qarında qaz artımı, gəyirmə, yağlı qidalar yeyə bilməmək.
Öd kanalı daşla tıxandığında isə sarılıq, sarı dəri və gözlər, gil rəngli nəcis, tünd çay kimi sidik gəlmə kimi əlamətlər yaşanır. Şikayətlər daha çox ağır yağlı qidalar yeyildiyində və gecələr başlayır.
 
Risk faktorları nələrdir?
 
Qadın olmaq: Ən əsas risk faktorudur.
5F tapıntısının olması.
Kilolu olmaq.
Çoxlu doğuş.
Açıq dərili və sarışın olmaq.
40 yaş və üzəri olmaq.
 
Köklük: Özəlliklə kök qadınlarda rastlanır.
 
Esterogen (qadınlıq) hormonu: Esterogen hormonal müalicə, hamiləliyi əngəlləyən dərmanların qəbulu xolesterol və öd miqdarını artıraraq daş yaranmasına təsir edir.
 
Cinsiyyət: Qadınlarda ikiqat daha çoxdur.
 
Yaş: 40 yaş və yuxarı
 
Xolesterol salan dərmanlar
 
Şəkər xəstəliyi: Yağ turşuları və trigliseritlər artar.
 
Sürətli arıqlamaq: Qaraciyərdən öd kisəsinə xolesterol ifrazı artar.
Çox pəhriz saxlamaq
Mədə kiçiltmə əməliyyatları
Mədə bipass əməliyyatları
Nazik bağırsaqların bir qisminin çıxarılması
 
Dərmanlar: Hamiləliyi əngəlləyən dərmanlar, menopozda dərman müalicəsi, xolesterol salan dərmanlar, Ceftriaxone adlı antibiotik, sidik qovucu dəmanlar.
 
Uzun müddət sadəcə damar yolu ilə qidalanma
 
Qaraciyər serozu
 
İflic, yatalaq olmaq
 
Crohn xəstəliyi


Şərhlər: 12
Baxılıb: 1412
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
men esmerem02 sarisinlar dusunsun bunu
12 iyul 2015 05:08
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
VIP
Allah köməy olsun hər kəsə
12 iyul 2015 02:49
# 11
Başımın üstündə Allah,yanımda ailəm olsun.
yaz_yamuru
Allah uzaq elesin
11 iyul 2015 15:51
# 10
vipbetul
Allah her kese sefa versin insallah
11 iyul 2015 15:45
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Heleki hec bir orqanimda problem yoxdu bagisaq istisna olmaqla..
11 iyul 2015 13:41
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nur k-off
Allah uzaq etsin
11 iyul 2015 12:15
# 7
SVETA
qanadli melek
Odumle problemim yoxdu.Allah uzaq elesin olmasinda
11 iyul 2015 07:51
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Odumde problemim yoxdur. Od kisesinde problem olan insanlar derisinde lekeler olur
11 iyul 2015 07:03
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Çox şükür ödümle bağlı heç bir problemim yoxdur heleki,gelecekde olarsa bu deyilenlere fikir edem gerekdir,teşekkür.
11 iyul 2015 05:28
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Nergız33
Mende öde qatılaşma var müalice etdirirem . Müalice olunmayanda daşa cevirir .

Mende öde qatılaşma var müalice etdirirem . Müalice olunmayanda daşa cevirir .
11 iyul 2015 03:15
# 3
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Menim balam
ALLAH UZAQ ELƏSİN
11 iyul 2015 02:48
# 2
GünƏşimƏ_AiD_
Allah gostermesin.
11 iyul 2015 02:39
# 1
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz