Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər dörd qadından biri...
Hər dörd qadından biri...
Göndərən: Qlamurr
Şərhlər: 9
Baxılıb: 2379
Səs ver:
Mioma uşaqlığın hormonlardan asılı olan xoşxassəli şişidir. Qadınlarda qasıq və qarın ağrısı ilə özünü biruzə verən miomalar sonsuzluq və uşaq düşmələrinə səbəb olur.

Miomalar, uşaqlıq və uşaqlıq ağzında görülən normal xarici düz əzələ toxuması böyümələridir. Miomalar uşaqlıqda miyometrium adlanan əzələ təbəqəsində olan düz əzələ hüceyrələrinin anormal böyüməsi ilə ortaya çıxır. Çox zaman birdən çox mioma formalaşır.

Miomalar qadın cinsiyyət üzvlərinin ən çox yayılmış şiş xəstəliklərindən biridir.  Hər dörd qadından birində rastlanır. 30-40 yaşlarında görülən miomalar menopuzadan sonra kiçilir. 40 yaşdan yuxarı qadınların yüzdə 40-da mioma var və bu qadınların 75 faizi bundan xəbərsizdir.

Mioma niyə yaranır?
Miomaların yaranmasının əsas səbəbi bilinməsə də, qadınlıq hormonu olan esterogenin miomaların böyüməsinə yol açdığı deyilir. Hamiləlik zamanı artan esterogen sayəsində bu miomalar daha da böyüyür. Menopuza zamanı isə esterogen səviyyəsi azalır və mioma kiçilir. Ailə üzvlərində, anasında, bacısında mioma olan qadınlarda miomanın yaranma ehtimalı yüksəkdir.

Hansı sürətlə böyüyür?
Hamiləlik zamanı və esterogen tərkibli dərman qəbul edəndə daha sürətlə böyüyür.
Doğum nəzarət həbləri qəbul edənlərlə qəbul etməyənlər arasında miomanın yaranma sıxlığında fərq görülməyib.

Miomaların tipləri hansılardır?
Uşaqlıqda olan miomalara uşaqlıq ağzında da rastlanır.
Subseryoz miomalar: Uşaqlığın xarici təbəqəsində yerləşir.
İntramural miomalar: Uşaqlığın orta təbəqəsində yerləşir
Submüköz miyomalar: Uşaqlığın iç təbəqəsində yerləşən miyomalar
Saplı miyomalar: Uşaqlığın xaricinə doğru böyüyən miyomalar

Parazitik miyomalar: Qarın içində uşaqlığın xarcində yerləşən miyomalar
Əlamətləri nədir?
Bir çox mioma özünü heç biruzə verməz. Miomaların səbəb olduğu ağrılar böyüklüyü, yerləşməsi və sayına görə dəyişir. Qasıq, qarın ağrısı, qasıq və qarında dolğunluq, təzyiq hissi, cinsi yaxınlıq zamanı ağrı, çox və uzun davam edən menstruasiya qanaması və ara qanamalar əlamətləri sayılır. Miomaların uşaqlıq daxilinə təzyiq etməsi nəticəsində bu anormal qanamalar görülür. Tez-tez sidiyə getmə ehiyacı olur. Uşaqlığın alt təbəqəsində olan mioma bağırsaq və sektuma zərər verə bilər. Nəticədə qəbzlik, babasil yaranır.

Miomalar sonsuzluğa yol açarmı?
Uşaqlıq daxilində olan miomalar sonsuzluğa yol aça bilər. Yumurta kanallarına təsir edərək spermanın yumurtaya çatmasını, döllənməni əngəlləyir. Mioması olan qadınlarda hamilələyin pozulması, düşmə ehtimalı yüzdə 40 faiz yüksək olur. Miomalar böyüyərək dölün böyüməsini əngəlləyir. Əməliyyatla miomaların çıxarılandan sonra qadınların yüzdə 80 faizi sağlam uşaq sahibi ola bilirlər.

Miomaların diaqnozu üçün ginekoloji müayinə lazımdır.
Bütün miomaların əməliyyatla çıxarılmasına ehtiyac yoxdur. Ağrı, təzyiq hissi, nizamsız, çox anormal qanamalar olmayan xəstələrdə mioma ölçüləri müntəzəm nəzarətlə izlənilir.

Mioma ilə kista arasındakı fərq nədir?
Mioma uşaqlıq daxilində, ya xaricində yaranan əzələ hüceyrələrinin bir araya gəldiyi qatı şişlərdir. Kista isə yumurtalığın içində su dolu kisələrdir və hər ikisi də xoş xassəlidir.


Şərhlər: 9
Baxılıb: 2379
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah uzaq elesin,her birimize bu cur xesdelikden uzaq olmaqi dileyirem
11 may 2015 21:15
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
xestelik vaxtinda askarlansa duzgun mualice ile xesteliyin ohdesinden gelmek mumkundur
11 may 2015 15:18
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Hər bir xəstəliyə vaxtında müdaxilə olunsa tez sağaltmaq mümkündür buna görə gecikmək lazım deyil, Allah əziyyət çəkən hər qadına kömək olsun.
11 may 2015 15:04
# 7
lelos
Allah uzaq elesin
11 may 2015 15:02
# 6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Nur k-off
Allah uzaq etsin
11 may 2015 13:15
# 5
SVETA
Nezka
Arada məndə də ağrı olur qorxdume
11 may 2015 12:06
# 4
İçimi görsən mənə aptek alarsan.
BARBI
Bu xestelik analiq riskini azaldir. Hekime muraciet etmek lazimdir. Sehv etmiremse emeliyatla goturulur
11 may 2015 10:40
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Luna-90
Mende var cuzi derecede hekimler deyir hamile qal dog acilacaq 1 hekim demiyib 4u deyib ferqli yerlerde.
11 may 2015 08:38
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
amazing
Uzaq olsun.
11 may 2015 07:44
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz