Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Histerektomiya nədir?
Histerektomiya nədir?
Göndərən: Nazlı_qız
Şərhlər: 8
Baxılıb: 885
Səs ver:
Histerektomiya - uterusun (uşaqlığın) çıxarılması əməliyyatıdır. Qadınlarda ən çox tətbiq olunan cərrahı əməliyyatlardan biridir.

Hansı vəziyyətlərdə histerektomiya əməliyyatı edilir?

Uşaqlıq miomaları: Histerektomiya üçün ən öndə gələn səbəblərindən biri uşaqlığın miomalarıdır. Göstərişlər xəstənin yaşı ilə əlaqədar olaraq dəyişir. Uşaqlıq miomaları qadınlarda ən çox rast gəlinən şişlərdir.

Nizamsız qanaxmalar: Histerektomiyaların 20 %-i hormonal səbəblərə bağlı nizamsız qanamalara əsasən edilir. Bu cür xəstələrdə dərman müalicəsi təsirli olmazsa və ya xəstə dərman müalicəsini qəbul edə bilməzsə, əməliyyat edilir.

Aybaşı ağrılarının şiddətli olması: Ağrıları xəstənin gündəlik həyatını çətinliyə uğradırsa, dərman müalicəsi müvəffəqiyyətli olmazsa və xəstə uşaq doğmaq istəmirsə, histerektomiya düşünülə bilər.

Qasıq ağrıları, uşaqlığın sallanması, xərçəngdən öncəki vəziyyət: Uşaqlıqdan qaynaqlandığı düşünülən qasıq ağrıları, uşaqlıq ağzında görülən xərçəng öncəsi dəyişikliklər, uşaqlığın sallanması faktlarında histerektomiya edilə bilər.

Doğum ağırlaşmaları: Təcili histerektomiyalar daha çox doğumla əlaqədar ağırlaşmalarlarda tətbiq olunur. Doğum sonrası uşaqlıq qanaxmasının dayandırılmaması (atoniya), bərpa edilə bilməyən uşaqlıq cırıqları, plasentanın (ciftin) tam ayrılmaması hallarında lazımlı ola bilər.

Bundan başqa, endometrioz (uşaqlıq daxilində olması lazım olan qatın uşaqlıq xaricində olması), uşaqlıq və yumurtalıq xərçəngi, xoşxassəli yumurtalıq şişlərində histerektomiya edilə bilər.

Histerektomiya əməliyyatı zamanı xəstə nələri bilməlidir?

Histerektomiya qərarı xəstə və həkimin ortaq qəbul edəcəyi qərardır. Bir çox xəstə üçün histerektomiya əməliyyatı qərarı çox ani ola bilər. Xəstələr anesteziyanın və cərrahının potensial riskləri ilə qarşılaşarlar. Xəstə əgər menopoz əvvəli dövrdədirsə, aybaşı olma və uşaq doğma qabiliyyətini itirmək və buna adaptasiya olmaq məcburiyyətində qalar. Bir çox qadının maraqlandığı nöqtə əməliyyatın xəstənin qadınlığını itirməsinə, cinsi doyumu azaltmasına və əri ilə arasındakı fərdi problemlərin artmasına səbəb olub-olmayacağıdır. Xəstənin əməliyyatdan sonra özünü pis hiss etmə ehtimalını azaltmaq üçün əməliyyatdan əvvəl onu məlumatlandırmaq və xəstəni hazırlamaq əhəmiyyətlidir. Edilən araşdırmalar histerektomiyanın bir çox xəstədə psixiatrik pozğunluq və azalmış cinsi funksiyalara gətirib çıxarmadığını göstərir.

Histerektomiya əməliyyatı necə keçirilir?

Histerektomiya iki şəkildə tətbiq oluna bilər: qarından (abdominal) və vaginal (uşaqlıq yolu) yoldan. Bu seçim əməliyyata səbəb olan xəstəliyə, insanın anatomik quruluşuna, cərrahın seçim və təcrübəsinə bağlıdır.

Histerektomiyaların 75 %-i abdominal (qarın) yolla edilir. Hansı üsulla edilirlsə-edilsin, histerektomiya üçün uşaqlığı yerində tutan bütün bağlar və qidalanmasını təmin edən bütün damarlar tək-tək xüsusi alətlərlə tutularaq kəsilir və xüsusi tikişlərlə bağlanır. Bu zaman uşaqlıqla yaxın olan sidik kisəsinin, kanalların və bağırsaqların zərər görməməsi təmin edilir.

Əməliyyatdan sonra xəstəyə necə qulluq edilir?

Xəstənin sidiyə çıxması çətin ola biləcəyindən əməliyyatdan sonra 18-24 saat müddətinə kateter taxılır. Əməliyyat günü xəstənin ağızdan qidalanması qadağan edilir. Bağırsaq hərəkətləri başladıqdan sonra maye qidalarla qidalanmağa başlanır. Xəstənin həzm edə biləcəyi şəkildə bərk, qatı yeməklər pəhrizinə əlavə olunur. Xəstənin erkən ayağa qaldırılması damar tıxanıqlığı və sətəlcəm riskini azaldır. Tikişlərin tam yaxşılaşması üçün xəstə əməliyyatdan sonrakı 6 həftə içində çox ağırlıq qaldırmamalıdır. Əməliyyatdan sonra 6 həftə ərzində cinsi əlaqə, xəstə tam yaxşılaşana qədər avtomobildən istifadə tövsiyə edilmir. Bundan başqa, xəstə özünü yaxşı hiss etdiyi müddətdə normal həyatını davam etdirə bilər.

 Əməliyyatı keçirən xəstələr nəyə diqqət yetirməlidirlər?

İlk və ikinci həftə çox yorucu işlərdən, ağırlıq qaldırmaqdan və cinsi əlaqədən həkim tərəfindən deyiləcək zamana qədər uzaq olmalıdırlar. Mütləq pəhriz saxlanmalıdır. Ayaqyolunda güc vermək olmaz. Əgər vaginal (uşaqlıq yolu) qanaxması və ya hərarət olarsa, mütləq həkimə xəbər verilməlidir.

Unutmayın!

Histerektomiya yalnız uşaqlığın çıxarılmasıdır. Cinsi əlaqəni təmin edən orqan uşaqlıq deyil, uşaqlıq yoludur. Histerektomiya əsnasında uşaqlıq yoluna toxunulmadığı üçün cinsi əlanin baş verməsində heç bir fərqlilik ortaya çıxmaz. Birlikdə yumurtalıqlar çıxarılmadığı təqdirdə menopauzaya aid əlamət və ağırlaşmalar əmələ gəlməz. Əgər birlikdə yumurtalıqlar da çıxarılmışsa, əməliyyatdan sonra cərrahı menopauza inkişaf edər və hormon müalicəsi dərhal başladılmalıdır.

Vaginal histeroktomiya

Vaginal gisterektomiya uşaqlığın vaginadan çıxarılması əməliyyatıdır.

Hansı vəziyyətlərdə əməliyyat lazımdır?

- Estetik problemlər: yəni uşaqlıq və sidik kisəsinin sallandığı vəziyyətlər.

- Keçməyən aybaşı sancıları.

- Müalicələrə baxmayaraq keçməyən qanaxmalar.

- Səbəbi bilinməyən uşaqlıq və yumurtalıqla əlaqədar yaranan yara və kütlələr.

Əməliyyatdan sonrakı təhlükə əlamətləri:

1. 38 dərəcədən artıq, ya da 24 saatdan uzun sürən 37.5- 37.9 arasında atəş.

2. Ağrıkəsiciylə keçməyən ağrı.

3. Difikasiya aktı (tualetə getmə) əsnasında çətinlik, qarının alt qisimində ağrı, ya da şişlik.

4. Sidiyə getmədə çətinlik, ağrı, yanma, bulanıq və qanlı sidik.

5. Qıçlarında ağrı, şişlik, qızarıqlıq.

6. Sinə ağrısı, öskürək, nəfəs alıb-vermədə çətinlik.

7. Cinsi əlaqə zamanı ağrı, narahatlıq və qanaxma.

8. İstilik basması, tərləmə.

9. Bir saat içində 2, ya da daha çox bez bulayan parlaq qırmızı rəngli qanaxma.


Şərhlər: 8
Baxılıb: 885
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
ilk defedi esidirem bu haqda Allah saxlasin bunnan

ilk defedi esidirem bu haqda Allah saxlasin bunnan
20 iyul 2015 19:49
# 8
vipbetul
ALlah uzaq elesin Insallah

ALlah uzaq elesin Insallah
20 iyul 2015 12:28
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Little girl
Allah uzaq etsin...
20 iyul 2015 11:56
# 6
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
yarpaq33
Qadinlar ucun cox cetindi bu emeliyyati eletdirmek dozulmezdi bu emeliyyatdan sonra brzi xanimlarda eseb xestelikleride baw qaldirir
20 iyul 2015 10:24
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Allah gostermesin. Cox qadin bu problemlerle uzlesir. Hekimlerde de gunah var adi bir agri qanaxmada usaqligi gotururler. En azinnan bir mualice usullari tetbiq ede bilerler
20 iyul 2015 08:17
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Allah hec bir xanima yasatmasin, menim qardasimin yoldasini da emeliyyat edib usaqligin butun cixartdi hekim, sukur ki, usagi var, ancaq bildiyime gore hec bir ferq yoxdur, usaqligi var ili emeliyyat olub, tesekkur.

Allah hec bir xanima yasatmasin, menim qardasimin yoldasini da emeliyyat edib usaqligin butun cixartdi hekim, sukur ki, usagi var, ancaq bildiyime gore hec bir ferq yoxdur, usaqligi var ili emeliyyat olub, tesekkur.
20 iyul 2015 04:27
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
WiRiN BaLaM
ALLAH HEÇ BİR QADINA YAŞATMASIN UŞAQLIQ ÇIXARTMA EMELİYYATINI.
20 iyul 2015 02:16
# 2
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
tatyana
bu haqda oxumagim tam zamanina dusdu,tsk
20 iyul 2015 02:09
# 1
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz