Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın cinsiyyət orqanlarının ifrazatları
Qadın cinsiyyət orqanlarının ifrazatları
Göndərən: Nazlı_qız
Şərhlər: 11
Baxılıb: 3248
Səs ver:
Bir çox hallarda qadınlar həkim-ginekoloqa müraciət edərək cinsiyyət yollarından ifrazatların olmasından şikayət edirlər. Əksər qadınlar səhv olaraq, bunu ancaq hər hansı bir infeksiya və ya xəstəliyin əlaməti hesab edirlər.

Həqiqətdə isə bu heç də belə deyil. Qadın cinsiyyət yollarından ifrazatların xaric olması istənilən yaş qrupundan olan qadınlar üçün xarakterik olub yumurtalıqların fəaliyyətinin göstəricisidir. Yalnız 8-9 yaşınadək olan müddət ərzində qız uşaqlarında belə ifrazat olmur. Buna səbəb isə yumurtalıqlarda yumurta hüceyrələrinin yetişməməsidir. Bu yaşadək olan qız uşaqlarında qadın cinsi hormonları az miqdarda hasil olur və onların orqanizmə olan təsiri də minimal olur. 9 yaşından sonra qız uşaqlarında cinsi yollardan ifrazat xaric olmağa başlasa da, bu, daimi xarakter daşımır. Bu, selik olub, xarici görünüşünə görə, çiy yumurta zülalı və ya düyü həlimi ilə müqayisə oluna bilər. Cinsi yetkinlik başladıqdan sonra ifrazat, menstrual tsiklin fazasından asılı olaraq, dövrü xarakter almağa başlayır.

Aybaşı başa çatan kimi, ifrazat da, demək olar ki, yox olur. Aybaşı tsiklinin ortasında şəffaf selikli ifrazat xaric olur ki, bu da görünüşcə çiy toyuq yumurtası ağına bənzəyir. Bu, baş vermiş ovulyasiyanın və estrogenlərin maksimal səviyyədə olmasının əlamətidir. Menstruasiyanın başlamasından bir qədər əvvəl isə düyü həliminə oxşar açıq rəngli həmcins maye xaric olur.

Qadın cinsi orqanlarında normal təbii ifrazatlardan savayı, patoloji ifrazatlar da olur. Bir çox hallarda onların miqdarı normal həddən artıq, yaşıl rəngə çalan, xoşagəlməz qoxulu, müəyyən miqdarda qan və irin qarışığı ilə, daxili qişaya yeyici təsir edən və s. xüsusiyyətlərə malik olur. Əksər hallarda belə ifrazatların səbəbi qadın cinsi yollarının iltihabi xəstəlikləri (vaginit - uşaqlıq yolunun iltihabı, servisit - uşaqlıq boynunun iltihabı və s.) səbəb olur.

Bu xəstəliklər müalicə olunmadığı təqdirdə daha ağır patoloji xəstəliklərin (endometrioz, uşaqlığın mioması, uşaqlıq boynunun ağır patologiyaları, sonsuzluq və s.) yaranmasına səbəb ola bilərlər. Buna görə də qeyd edilən patoloji ifrazatlar müşahidə edildiyi bütün hallarda mümkün qədər tez olmaqla həkim-ginekoloqa müraciət etmək vacib hesab edilir.


Şərhlər: 11
Baxılıb: 3248
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nezka
Gigiyena mütləqdii
4 may 2015 22:22
# 11
İçimi görsən mənə aptek alarsan.
yarpaq33
Cox vaxti bu xestelikler natemizlikde yox soyuqdeymeden baw verir birde imunitet zeifliyinden .Imunitet zeif olanda vaspalenide cox olur .
3 may 2015 12:33
# 10
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Catwoman666
sonradan daha boyuk problemlerle qarsilasmamaq ucun vaxtinda hekim muayinesinden kecib mualice olunmaq lazimdir
2 may 2015 22:28
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
birdane
Qadin gorek gigenik qaydalara diqqet etsin
2 may 2015 19:35
# 8
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
vipbetul
xanimlar bu cur meselelere cox diqqetli olmalidiki sonradan aqir fesadlari ortaya cixmasun
2 may 2015 16:41
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
WiRiN BaLaM
bezi adamlardi tez tez hekime geden hardadi bizim milletde hekim nezaretində olmaq
2 may 2015 14:32
# 6
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Fialka
Qadın bu cür xəstliklərlə üzləşməməsi üçün müntəzəm şəkildə ginekoloqa müraciət etməlidir ..
2 may 2015 14:16
# 5
Antikvar
Bilirdim bu haqqda.Agimtil ve sarimtil renglerde olur ifrazatlar.Onun axmasi eslinde yaxsidi,ifrazat olunmasa dahada pis fesadlara getirib cixarda biler.Bunun bir adida loru dilinde desek vaspeliynadi.Mualice etmedikde xraniciski olur ve xranikiski olduqda basqa xestelikler(endometrioz,mioma ve.s)yaranir.Qadin gerek her alti aydan bir ginekoluqa muraciet etmelidi.
2 may 2015 12:18
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Rengleri yasila calan sari tund sari ifrazatlar her zaman xestelik xebercisidir
2 may 2015 10:34
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
emis
Bu kimi halların əmələ gəlməsinə səbəb natəmizlik üzündən olduğunu düşünürdüm. Yalinmisammis, bu kimi səylərin 9 yaşdan sonra başlayacağını bilmirdim 9 yaş uşaq sayılır axı. Allah eləməsin sonsuzluqla nəticələnə bilərmiş, qız anaları diqqətli olmalıdırlar indiki uşaqlar tez oyanır tez inkişaf edirlər. .Vaxt itirmədən vaxtında üstünə düşmək lazımdır təşəkkürlər.
2 may 2015 09:53
# 2
Nur k-off
Hekime müraciet etmek lazimdir. Sinifyoldawimdada var bele problem müalice olunur
2 may 2015 08:53
# 1
SVETA
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz