Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınların 20 faizi bu xəstəlikdən əziyyət çəkir
Qadınların 20 faizi bu xəstəlikdən əziyyət çəkir
Göndərən: Qlamurr
Şərhlər: 12
Baxılıb: 1581
Səs ver:
Polikistoz yumurtalıqlar sindromu qadınlarda rast gəlinən problemlərdən biridir. Hər 5 qadından birində görünür. Buna görə qadınlar hər il bir dəfə ginekoloji müayinədən keçməlidir.

Qadın bədənindəki iki yumurtalıq birləşib menstruasiya zamanı döllənməyə uyğun olan yetkin bir yumurta formalaşdırır. Bu yumurta inkişafını "folikul” deyilən içi maye dolu bir kisə tamamlayır. Polikistoz yumurtalıq sindromunda isə bir çox yumurta birlikdə yetkinləşməyə çalışır, ancaq bacarmırlar. Ortada bir çox yumurta olsa da, bunların heç biri inkişaf edib döllənə bilmirlər. Yetkinləşməmiş yumurta da kisə "kista” formalaşdırır.

Uşaq sahibi olmaq üçün həkimə müraciət edən qadınların yüzdə 20-də yumurtlama problemi aşkar olunur. Bu problemin ən öndə gələn səbəbi isə polikistoz yumurtalıq sindromudur. Bir xanım nizamsız menstruasiya olursa, tüklənmədə artım varsa və çəkisi normadan çoxdursa,  bu haldan şübhələnib müayinə etdirmək lazımdır.

Polikistoz yumurtalıq sindromunun formalaşmasının səbəblərindən biri insulin artımı hesab olunur. Bu sindromdan əziyyət çəkənlərin əksəriyyəti kilolu olduğundan, artıq çəki də insulin müqaviməti yaradır və nəticədə bu sindromun formalaşmasına zəmin yaranır.

Müalicə zamanı bu insanların ideal çəkilərinə qayıtması üçün pəhriz saxlaması məsləhət görülür. Bəzən isə insulinə qarşı şəkər xəstələrinin istifadə etdiyi "metformin” dərmanı istifadə edilir. Bundan sonra da menstruasiya pozğunluğu davam edərsə, yumurtalığı xəbərdar edən dərmanlar, hormon iynələri istifadə edilir. 3-4 dəfə edilən iynə müalicəsinin xeyri yoxdursa, süni mayalanmaya müraciət etməlisiz.

Bəzən qadın normal çəkidə ola bilər, tüklənmə problemi olmaya bilər, ancaq müayinədə polikistoz diaqnozu  qoyulur. Bu halda 1 il qorunmadan cinsi yaxınlıq etdikdən sonra yenə də uşaq olmursa, həkimə müraciət edin.

Vaxtilə bu sindromdan əziyyət çəkən qadınlar uşaq sahibi olduqdan sonra da hər il müayinə olunmalı, dərmanlardan istifadə edərək menstruasiyanı təmin etməlidir. Hər il müalicə etmək, artıq kilonu əngəlləmək mütləqdir, çünki bu qadınların gələcəkdə şəkər xəstəsi olma ehtimalı da var.


Şərhlər: 12
Baxılıb: 1581
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
wenikmurik
ALLAH KOmey olsun
1 iyun 2015 16:49
# 12
Bugunume wukr!
tek umidim sen
Allah uzaq etsin her birimizden! Amin!
21 aprel 2015 15:58
# 11
Kadın derin ama adam yüzme bilmiyor...
Qlamurr
Təəssüf ki,qadınlarının çoxu hazırda bu problemi yaşıyır,əsas odur ki,problem vaxtında üzə çıxarılıb,müalicə olunsun.Gələcək həyatımızda fəsadlar törətməsin.
Redaktə edənə təşəkkür.
21 aprel 2015 00:27
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
cinqosh
çox faydalı xəbərdi.İndi yaman artıb polikistoz xəstəlikləri.biz müsəlmanlar beləyik də öləndə gedirik müayinəyə.təəkkürlər.
20 aprel 2015 10:42
# 9
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Lucia
Mütləqdi,qadınların müayınədən keçməsi. 20
20 aprel 2015 10:25
# 8
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
Nur k-off
Yeni bildiyimiz kista mayeli kistanin sagalmasi mualice ile 100% dir mayeli olmayanda ise tebii ki emeliyyata ehtiyac olur
20 aprel 2015 10:25
# 7
SVETA
talis balasi
Allah her bir qadina analiq hissini yasatsin ici men qarisiq insallah(amin)
20 aprel 2015 09:59
# 6
BARBI
Bu cox pis xestelikdir mualice olunmazsa analiq sansi cox azdir
20 aprel 2015 09:19
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ILAHE_
Allah uzax elesin. Amma hekime getmek lazimdi.
20 aprel 2015 08:33
# 4
Nezka
Şükkür belş problemim yoxdu
20 aprel 2015 07:41
# 3
İçimi görsən mənə aptek alarsan.
Fialka
Ağır xəstəlikdi, Allah göstərməsin heç bir qadına , düşünürəm ki, qadınlar həmişə vaxtı - vaxtında ginekoloji müayinədən mütləq keçməlidirlər.
20 aprel 2015 02:17
# 2
vipbetul
Allah her kese saliq gozel problemsiz cocuk qismet etsin insallah
20 aprel 2015 02:03
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz