Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlarda xərçəngin 12 əlaməti
Qadınlarda xərçəngin 12 əlaməti
Göndərən: Sabrina
Şərhlər: 16
Baxılıb: 3040
Səs ver:
Son illər xərçəng xəstəliyi sürətlə artır və ən çox da qadınları təhdid edir. Bu xəstəlikdən xilas olmaq üçün erkən diaqnoz böyük əhəmiyyət kəsb edir. Bunu nəzərə alan türkiyəli həkim Ahmet Bekir Öztürk xərçəng xəstəliyinin qadınlarda müşahidə edilən ilk əlamətlərini açıqlayıb.

Səbəbsiz yerə arıqlamaq
Bir çox qadın arıqlayanda sevinir. Ancaq pəhriz saxlamadan, idmanla məşğul olmadan, səbəbsiz yerə arıqlayırsınızsa, narahat olmalısınız. Düzdür, bu, həmişə xərçəng əlaməti olmur, bəzən troid vəzində problem olanda da insan arıqlamağa başlayır. Lakin, hər ehtimala qarşı, həkim müayinəsindən keçmək lazımdır.

Köp
Qarında yaranan şişkinlik, köp də xərçəngin xəbərçisi ola bilər. Burada bir nüansa diqqət etmək laızmdır. Əgər köp yarada biləcək qidalar qəbul etməmisinizsə, üstəlik, köplə yanaşı qarında və yumurtalıqda ağrı hiss edirsinizsə, bu, yumurtalıq xərçənginin ilk əlaməti ola bilər.
Əgər ağrı və köp az qala hər gün təkrarlanırsa, hər dəfə bir neçə həftədən çox davam edirsə, mütləq həkiminizlə məsləhətləşin.

Döşdə dəyişikliklər
Qadın hər ay döş müayinəsindən keçməlidir. Döşdə və sinədə qızartı, dərinin qalınlaşması kimi dəyişikliklər, həmiçinin, döş ətrafında meydana gələn şiş xərçəngin əlamətləri ola bilər.
Döşlərin formasının dəyişməsi, süd kisəsindən axıntı gəlməsi də xəçəngə işarədir. Belə halla üzləşdikdə dərhal həkimə müraciət etmək və lazımlı analizlərdən keçmək məsləhət görülür.

Qanaxma
Klimaksdan öncə qadınlarda menstruasiya tsiklində nizamsızlıq meydana gələ bilər. Çox vaxt bu adi hal kimi qəbul edilir. Ancaq həkimlər menstruasiya tsiklinin pozulmasını və aybaşı dövründən əlavə vaxtlarda da müşahidə edilən qanaxmanın xərçəngin əsas əlamətlərindən biri kimi qəbul edirlər. Bu kimi hallar, adətən, uşaqlıq ağzı xərçəngindən xəbər verir.

Dəridə dəyişikliklər
Dəridə görünən ani dəyişikliklər bəzən nəzərdən qaça bilər. Çox diqqətli olmaq lazımdır. Məsələn, ani şəkildə dərinizdə rəng dəyişikliyi baş verə bilər. Bu kimi hallarda müayinədən keçmək mütləqdir.

Udqunarkən çətinlik çəkmək və həzm problemləri
Uzun müddət davam edən həzm problemləri, mədə ya da yemək borusu xərçənginin xəbərçisi ola bilər. Ona görə də bütün tədbirlərə rəğmən, yemək yedikdən sonra həzm problemi yaşayırsınızsa, mütləq həkimə müraciət etməlisiniz.

Yeməyi çeynəyərkən və ya udarkən ağrı hiss edirsinizsə, bu da yemək borusunun və ya ağciyər xərçənginə işarədir.

Sidik və ya nəcisdə qan
Əgər sidik və ya nəcisdə qan fərq etsəniz, narahat olmalısınız. Xüsusilə də, nəcisin rənginin dəyişməsi diqqətə alınmalıdır.

Ağızda yaranan ağ ləkələr
Xüsusilə, siqaret çəkənlərin ağız xərçənginə yaxalanma riskləri yüksəkdir. Əgər ağız içində və ya dilin üzərində mütəmadi olaraq ağ ləkələr yaranırsa, bunu xərçəngin əlaməti hesab etmək olar.

Limfa düyünləri
Qolaltındakı və ya boyun bölgəsindəki limfa düyünlərinin şişib böyüməsi də xərçəngin əlamətidir. Belə halda dərhal həkimə müraciət etmək lazımdır.

Qızdırma
Qrip və ya infeksiyadan qaynaqlanmayan, səbəbi açıqlana bilməyən qızdırma qan xərçənginin əlaməti ola bilər.

Yorğunluq
Yorğunluq və halsızlıq bir çox xəstəliyin ilkin əlamətlərindən biri kimi qarşımıza çıxır. Elə xərçəngin də əlamətlərindən biri yorğunluqdur. Gün ərzində gərgin iş rejimində olmasanız belə, günün sonunda özünüzü çox yoğrun hiss edirsinizsə, xərçəngdən şübhələnə bilərsiniz.
Amerikan Xərçəng Dərnəyinin araşdırmasına görə, yorğunluq qan və mədə xərçənginin erkən əlamətlərindən biridir.

Qalıcı öskürək
Qrip, allergiya və bəzi dərmanlar öskürəyə səbəb ola bilər. Ancaq 3-4 həftə davam edən öskürək daha böyük təhlükədən xəbər verir. Belə halda həkiminizlə məsləhətləşin.


Şərhlər: 16
Baxılıb: 3040
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aykazayka
Allah uzaq etsin..........
11 may 2015 14:57
# 16
Heyatimda sehv buraxan insanlari bagislayacaq qeder boyuyem,Amma tekrar guvenecek qeder axmaq deyilem............:)
Qlamurr
Allah heç kimi bu bəlaya düçar etməsin,çünki həm pulun gedir,ancaq sağalmaq olmur))
13 aprel 2015 23:35
# 15
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
vipbetul
Allah uzaq elesin butun orqanlardaki xerceng xesteliyi cooox aqir xestelikdir Allah her xesdeye sefa eta etsin Amin insallah
13 aprel 2015 23:10
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
cinqosh
Xerceng pis xestelikdi.men yasamisam bilirem.Allah komeyi olsun bu xestelikden eziyyet cekenlere.eline sagliq faydali xeberdi.
13 aprel 2015 21:35
# 13
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
gulunnn
Burdaki butun dualara amin deyirem ve size qowulub mende deyirem Allah saf canimizi gozumuzun iwikini ewiden qulaqlarimizi qollarinizi qiclarimizi aglimizi bizlere cox gormesin amin inwallah
13 aprel 2015 14:55
# 12
Luna-90
Mende mnstrasiyada guclu qanaxmam olur
13 aprel 2015 13:59
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Zeynep_Fatih
Allah bu xesteliye hec kimi ducar etmesin AMIN
13 aprel 2015 13:44
# 10
aliceWOnDer
pis xestelikdi uzaq olsun
13 aprel 2015 13:15
# 9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Cox sukur bele problemlerim yoxdu eger bele hallarla rastlasmisizsa kecer deye dayanmayin mutleq hekime muraciet edin .
13 aprel 2015 09:37
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Allah uzaq etsin
13 aprel 2015 09:10
# 7
SVETA
aziz a
Allah ozu her kesi bu xestelikden qorusun amin.Tibbde bu xesteliyin mualicesi ,hemde deqiq mualicesi tapilsaydi,canimiz dincelerdi, Allahim sen ozun komek ol.amin Allah
13 aprel 2015 06:22
# 6
Qelbim doludu !!!!
Dosta_inam
bu çox ağir bir xestelikdir,Allah qorusun bizleri,ve bu xestelikde ve her hansi bir xestelikde olan xestelerin Allah şefasin vesrin amin,
13 aprel 2015 05:32
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
gulka azeri
Allah butun bele xestelre wefa versin insallah Allah hec kime gosdermesinn amin insallah
13 aprel 2015 02:56
# 4
Brilliantam
Allah uzaq elesin,Allah hec kime bu xesteliyi gostermesin.Allah bu xestelikden eziyyet cekenlerin sefalarini versin.Allah tezlikle bu xesteliyin dermanini,caresini nesib etsin dunyaya,Amin.
13 aprel 2015 02:38
# 3
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
Fialka
Çox ağır xəstəlikdir, qadınlar həmişə həkim müayinəsinə getməlidirlər ki, sonradan gecikməsinlər, Allah bütün əziyyət çəkən xəstələrə şəfa versin və biz qadınlardan uzaq etsin amin.
13 aprel 2015 02:23
# 2
Nezka
Şükür bu əlamətlərin heç biri məndə yoxdu
13 aprel 2015 02:16
# 1
İçimi görsən mənə aptek alarsan.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz