Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kolpit xəstəliyi
Kolpit xəstəliyi
Göndərən: emis
Şərhlər: 8
Baxılıb: 2535
Səs ver:
Kolpit (vaginit) ginekoloji xəstəliklərin arasında ən tez-tez təsadüf edilən xəstəliklərdən biridir. Kolpit uşaqlıq yolunun iltihabıdır.

Kolpit zamanı qadında uşaqlıq yolundan gələn ifrazatlar çoxalır, ifrazatlar iyli (bəzən "baliq iyi" verir - bu simptom trixomonada tərəfindən törədən kolpitə xasdır), sarı, yaşılımtıl və ya ağ, kəsmiyə bənzər olur. İfrazatlar tez-tez hallarda qaşınma ilə müşayiət olunur, bəzən xarici cinsiyyət üzvləri ödemləşir (şişir) və qızarır, cinsi əlaqə, sidik ifrazatı zamanı ağrılar olur, beldə və qarının aşağı hissəsində ağrılar ola bilər.

Xəstəliyin əlamətləri meydana çıxan kimi dərhal ginekoloqa müraciət etmək lazımdır. Qadınların bir hissəsi özlərində sadaladığımız simptomları aşkar etdikdə belə, həkimə müraciət etməyə tələsmir. Lakin bu xəstəlik heç də "yüngül" və "təhlükəsiz" deyil. Uzun müddət ərzində mövcud olan kolpit endometrit (uşaqlığın iltihabı), uşaqlıq boynunun eroziyası (uzun müddət ərzində mövcud olan eroziya isə xərçəng xəstəliyinə çevrilə bilər), servisit (uşaqlıq boynunun iltihabı), sonsuzluq və s. fəsadlara gətirib çıxara bilər.

Hamiləlik zamanı kolpit xüsusən təhlükəlidir və bu səbəbdən mütləq müalicə olunmalıdır.

Kolpitin inkişaf etməsinə səbəb olan amillər:

- yumurtalıqların funksiyasının zəifləməsi (misal üçün, klimaks zamanı);

- cinsiyyət sisteminin anomaliyaları (uşaqlıq yolunun divarlarının aşağı yenməsi, cinsiyyət üzvlərinin yerinin dəyişməsi və s.)

- gigiyena qaydalarına riayət etməməsi;

- uşaqlıq yolunun disbakteriozu;

- uşaqlıq yolunun travmaları (abort, düzgün olmayan yuyunma, doğuş travmaları və s.);

- allergik reaksiyalar (prezervativlərə, şamlara və s. vasitələrə qarşı);

- bəzi xəstəliklər (şəkərli diabet, yumurtalıqların xəstəlikləri və s.) və infeksiyalar (xlamidiya, trixomonada, mikoplazma, qonokokk və s.).

Kolpitin səbəbindən asılı olaraq müalicə zamanı antibakterial (antibiotiklər), göbələk əleyhinə, iltihab əleyhinə preparatlar istifadə olunur. Müalicəni həm qadın həm də onun həyat yoldaşı almalıdır. Bu çox vacibdir!

Kolpitin səbəbi menopauza zamanı qadın hormonlarının defisiti olarsa, bu zaman həkim tərkibində çatışmayan hormonlar olan preparatları təyin edə bilər.//saglamolun.az


Şərhlər: 8
Baxılıb: 2535
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lelos
ilk defedi eşidirem
8 aprel 2015 23:43
# 8
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
ruzgargulum
Şükür allaha belə bir problemim xəsdəliyim yoxdu vatında həkimə ginekoloqa görsənirəm hamiləliyəm deyə qorxuram nəsə olar birdən ama şükür heçnə yoxd olmasında təşəkkürlər.
8 aprel 2015 23:12
# 7
Elə bir əli tutun ki, heç vaxt sizi buraxmağa ürəyi gəlməsin ♥

Sən mənə öyrətdin səbəbsiz gülməyi,Mən sənə öyrətdim dəli kimi sevməyi.. ♥
Luna-90
Sukur bele birsey yoxumdu
8 aprel 2015 19:40
# 6
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
vipbetul
bunlar yeyqinki evli xanimlarcindi
8 aprel 2015 13:40
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Qlamurr
Düzdü bu xəstəliyin adını heç eşitməmişdim,ancaq hər kiçik problemdən yan keçmək olmaz,vaxtında həkimə müraciət olunsa belə dərinləşmiş fəsadlar da ortaya çıxmaz.
8 aprel 2015 10:59
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Catwoman666
men de ilk defedir bele xestelik adi esidirem
8 aprel 2015 10:22
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Adini esitmisdim mualice olunmazsa boyuk tehlukeye sahibdir
8 aprel 2015 09:14
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Qadınlar vaxtı vaxtında ginekoloq müayinəsindən keçməlidirlər, bu cür fəsadların olmaması üçün..
8 aprel 2015 09:13
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz