loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Eroziyanın yandırılması
Eroziyanın yandırılması
Göndərən: Qlamurr
Şərhlər: 7
Baxılıb: 4768
Səs ver:
Uşaqlığın uşaqlıq yoluna açılan hissəsi "uşaqlıq boynu" adlandırılır. Uşaqlıq boynu qısa və ensiz borucuğa bənzəyir.

Uşaqlıq boynu qoruyucu funksiyanı yerinə yetirir. Onun içərisində olan hüceyrələr xüsusi selik ifraz edir ki, bu selik qatılaşaraq tıxac əmələ gətirir. Bu tıxac isə infeksiyaların, mikrobların, bakteriyaların və s. zərərli agentlərin uşaqlıq boşluğuna daxil olmasına mane olur.

Uşaqlıq boynu iç tərəfdən yastı epiteli ilə (toxuma) örtülüb. Yastı epitelidən bizim dərimiz də ibarətdir. Uşaqlıq boynunun iç tərəfi (servikal kanal) digər toxuma ilə örtülüb - ona "silindkir epiteli" deyilir. Silindrik epiteli yastı epitelilə müqayisədə daha zərifdir, boşdur və parlaq qırmızı rəngdədir. Yastı epiteli daha hamardır, parlaqdır və açıq çəhrayı rəngdədir.

Silindrik epiteli yalnız uşaqlıq boynunun iç tərəfində olmalı və buradan xaricə çıxmamalıdır. Lakin bu hər zaman belə olmur.

Bəzən silindrik epiteli servikal kanaldan çıxaraq uşaqlıq boynunun xarici tərəfinə bitişir. Bu zaman həkim-ginekoloq ginekoloji güzgü vasitəsilə uşaqlıq boynunu müayinə etdikdə uşaqlıq boynunun üzərində olan silindrik epitelini görə bilir. Tibbdə bu pozulma "ektopiya" adlandırılır.

Yastı epiteli ilə müqayisədə silindrik epiteli daha zərifdir və uşaqlığın turş mühitin, burada olan mikroorqanizmlərin təsirindən və həmçinin cinsi aktlar zamanı tez-tez zədələnir və onun üzərində eroziya (kiçik xora) əmələ gəlir. Bu çox təhlükəli vəziyyətdir. Məsələ burasındadır ki, tez-tez zədələnməyə məruz qalan hüceyrələr vaxt keçdikcə xərçəng hüceyrələrinə çevrilə bilərlər. Məhz buna görə ginekoloqlar qadınlara eroziyanı mütləq müalicə etməyi tövsiyə edirlər.

Müalicənin əsas məqsədi uşaqlıq boynunun üzərində olan silindrik epitelini məhv etməkdən ibarətdir. Daha sonra bunun yerində yastı epiteli bərpa olunur. Eroziya çox kiçik olduqda konservativ (dərmanlar vasitəsilə) müalicə istifadə oluna bilər. Bu məqsədlə xüsusi turşular əsasında olan preparatlar istifadə olunur. Belə preparatlar silindrik epitelini yandırır.

Daha böyük eroziyalar zamanı və həmçinin bundan əvvəl təyin olunmuş konservativ müalicə effekt vermədikdə, ginekoloq cərrahi üsullara keçir.

Cərrahi müalicə zamanı elektrik cərəyanı, maye azot, radio dalğalar, lazer istifadə oluna bilər. Bu vasitələrin köməyi ilə silindrik epiteli məhv edilir. Həkim çox ehtiyatlı olmalıdır ki, yalnız silindrik epiteli götürülsün, onun altında qalan hüceyrələr isə zədələnməsin. Əks halda uşaqlıq boynu öz elastikliyini itirə bilər ki, bunun nəticəsində doğuş zamanı uşaqlıq boynu normal açılmayacaq.

Cavan və gələcəkdə hamiləlik planlaşdıran qadınların müalicəsində adətən lazer və radio dalğalar istifadə olunur. Hal hazırda bu ən qoruyucu üsullar sayılır.

Elektric cərəyanla müalicə isə əksinə olaraq ən çox ağırlaşmalar verir.

Şərhlər: 7
Baxılıb: 4768
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ZAMEH
Mende de var boyukdu qozdanda bir az boyukdu NE etmeli,hele ilk mualicemdi kecib gedecekmi
10 aprel 2015 16:01
# 7
SENSİZ
mendede bu xestelikden olub amma mualiceynen kecib sukur
23 mart 2015 22:26
# 6
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Gultekin.A
men 3 ay idi gelin geldiyim hekime bawqa weye gore getmisdim.mene dedi sende eroziya var.gel yandirim.dedilerki her hekime getmek olmaz.yandiran zaman bawqa weylere deye biler.ve gelecekde uwaq olamamaya biler.sonra bawqa hekime getdim.dedi polipin var.heresi bir soz deyir.adam bilmir kime inansin.nece elesin.saglamida xeste edirler
23 mart 2015 17:53
# 5
AĞ GÜLÜN QARA KÖLGƏSİ VAR
Fialka
Bu haqda çoxda məlumatım yox idi ancaq görünür ağrılı prossesdir..
23 mart 2015 15:31
# 4
rəmsə
Belə bir problem mən də var,demək olar bütün üsullardan keçmişəm,xeyri yoxdu...
23 mart 2015 12:51
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
BARBI
Bu usulu esitmisem cox agrili prosesdir hetta cox qadin qorxudan bu mualiceni etmir ama indi bildiyim qederiyle agrili usullarida var
23 mart 2015 09:52
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
tatyana
indiki usulla hem agrisiz hem tez bir zamanda sagalma,yoxsaki evveller yandirib-yaxirdilar insani
23 mart 2015 09:31
# 1
ALLAHIM CANIMI COKK YAKDILAR,HEMDE YAKMAZ,YIKMAZ DEDIYIM INSANLAR,PARAMPARCA OLDU QELBIM........KIME GUVENIMKI ARTIQ...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz