Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vaxtından əvvəl aybaşı görmənin səbəbləri
Vaxtından əvvəl aybaşı görmənin səbəbləri
Göndərən: Wiyinka
Şərhlər: 11
Baxılıb: 12597
Səs ver:
Aybaşının erkən olmasının bir çox səbəbi ola bilər. Bu səbəbləri araşdırmaq və tədbirlər gömək, sağlamlığınız baxımından böyük əhəmiyyət daşıyır.
Aybaşı dövrü zamanı bir yumurtanın döllənməsi üçün hazırlıq olaraq rəhmin iç təbəqəsi formalaşır. Əgər yumurta döllənsə rəhmin bu iç təbəqəsinə yapışır. Döllənməzsə, endometriya (dölyatağı pərdəsi, ya da rəhm toxuması ) aybaşı dövründə tökülür. Rəhmin bu iç təbəqəsinin gözləniləndən əvvəl tökülməsinin bir çox səbəbi ola bilir.
Aybaşı olmağa ilk başlanan zaman, hormon səviyyəsi nizama düşənə qədər aybaşı bir neçə il nizamsız ola bilər. Gənc qızlarda adət dövrü 21-45 günkən, bu dövr yetkin qadınlarda 21-35 gün olur. Bir adət dövrünün uzunluğu, iki adət arasındakı günlər sayılaraq təyin olunur.
Bir gənc qızın 32 günlük bir adət dövrü varsa, sonrakı adət dövrünün də təxminən eyni olacağı təxmin edilir. Sonrakı adəti 21 gün sonra gəlirsə, bu erkən bir adət dövrüdür, lakin yenə də normal qəbul edilir.
Bəzi pozğunluqlar nizamsız adət dövrlərinə səbəb ola bilir ki, bu da bir adət dövrünün nə vaxt yaşanacağının təxmin edilməsini çətinləşdirir.
Endometriyoz - endometrial toxumanın rəhmin xaricində böyüməsinə səbəb olan bir xəstəlikdir. Bu vəziyyət erkən adət olmaya səbəb olur.
Təcili kontraseptivlər, döllənmiş bir yumurtanın rəhm toxumasına yapışmasının qarşısını almaq üçün yüksək miqdarda hormonlar ifraz edir. Bu hormonlar adət dövrünə təsir edib, erkən adət olmanıza səbəb ola bilir.
Aybaşı dövrü - yumurtalıqlar və rəhmə təsir edən hormonlar tərəfindən yaranır. Əgər bu hormonların səviyyəsi sonrakı adət dövrünün gözlənildiyi zamandan əvvəl artırsa, erkən adət baş verir. Özbaşına yaranan erkən adət dövrü narahatlıqlıq törətmir. Ancaq erkən adət dövrü pelvik (çanaq sümüyü və ətrafı) bir narahatlıq, cinsi əlaqə əsnasında ağrı ilə müşaiyət olunursa hökmən bir ginekoloqa müraciət edilməlidir.
Adətinizin gecikməsinin səbəbi nə olursa, olsun, əgər həyatınıza təsir etməyə başladısa və fiziki narahatlıqlarınızı artırdısa, mütləq bir həkimə müraciət edilməlidir.


Şərhlər: 11
Baxılıb: 12597
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Yusif Ulker
mende hemise ayin basinda olur hec yadima dusmur ayin axri ola
20 mart 2015 23:37
# 11
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Nazan
mende olmur hec problem yoxdu
15 mart 2015 22:40
# 10
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
leyla_258
pis xeberdi demekdi,tez hekime muraciet edin.
14 mart 2015 18:54
# 9
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
emis
menim hele yadima gelmirki hemise ayin eyni gunu olsun her ay bir gunde olur
14 mart 2015 11:47
# 8
Qlamurr
Məndə əksinə gecikmələr olur,nəinki qabağa atmalar.
14 mart 2015 11:11
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
qanadli melek
wukur bu problemim yoxdu
14 mart 2015 09:50
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Lazımlı məlumatlardı, hər hansısa bir problem olanda mütləq şəkildə həkimə müraciət etmək lazımdır.
14 mart 2015 09:19
# 5
Melissa
mende de tez olur, amma hecne olmayibdi
14 mart 2015 08:46
# 4
lili)
mende 3 gun qabaqa vurur ama bele helelikki yaxsiyam
14 mart 2015 07:55
# 3
sona
Bu barede problemim var cox oynuyur aybawi vaxtim dala qabaga atmalar coxdu

Bu barede problemim var cox oynuyur aybawi vaxtim dala qabaga atmalar coxdu. Ama hekim baxib demiwdiki dala qabaga atsada 25 gunnen bir olursan normaldi
14 mart 2015 02:23
# 2
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
BARBI
Her ay eyni gunde oluram bu barede problem yoxdur
14 mart 2015 02:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz