Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bartolinit - yayılmış qadın xəstəliyi
Bartolinit - yayılmış qadın xəstəliyi
Göndərən: Wiyinka
Şərhlər: 9
Baxılıb: 1334
Səs ver:
Bartolinit çox yayımış qadın cinsiyyət sistemi xəstəliyi sayılır. Bartolin vəzi böyük cinsiyyət dodaqları əsasında yerləşən qoşa orqandır.

Bu vəzinin əsas funksiyası cinsi əlaqə zamanı xüsusi maye ifraz etmək və uşaqlıq yolunu nəmləndirməkdir.

Bəzən müxtəlif səbəblərə görə vəz iltihablaşa bilər, onun axarı tıxaclanır, maye çölə axmır, burada durğunluq və iltihab yaranır. Nəticədə qadın cinsiyyət dodağında kiçik şişin (kist) əmələ gəlməsini hiss edir. Vaxt keçdikcə şiş böyüyür, ağrılı olur (xüsusilə gəzəndə). Kist irinlədikdə ümumi hərarət artır. Adətən bartolinit birtərəfli olur (bir vəz iltihablaşır).

Xəstəliyin ilk simptomlarında qadın mütləq ginekoloqa müraciət etməlidir. Diaqnoz ginekoloji müayinə zamanı qoyulur. Qadına əlavə analizlər də təyin olunur - yaxmanın analizi və s.

Bartolinitin müalicəsində antibakterial preparatlar (antibiotiklər), antiseptiklər (yerli) istifadə olunur. Bəzən qadınlar bu xəstəliyi xalq təbabəti üsulları ilə müalicə etməyə çalışır (çobanyastığı, evkalipt və s. antiseptik otların dəmləmələri ilə yuyunmalar və s.). Lakin bu düzgün deyil. Bu vasitələr yalnız köməkçi vasitələr kimi istifadə oluna bilər. Əsas müalicə üsulu - antibiotiklərin tətbiqidir.

Müalicəsiz buraxılmış və ya düzgün müalicə olunmayan bartolinit müxtəlif ağırlaşmalara gətirib çıxardır - kistin irinlənməsi, absess və s.

Ağır hallarda bartolinitin müalicəsi cərrahi yolu ilə aparılır - absess yarılır, irin çıxarılır. Bəzən bartolin vəzi özü də xaric olunur.

Bartolinitin səbəbi bartolin vəzinə infeksiyanın, mikrobların düşməsidir. Bartolinit zöhrəvi xəstəliklər (məsələn, süzənək) zamanı, intim gigiyenanın qaydalarına ciddi riayət etmədikdə, immunitetin zəiflənməsi zamanı, abortdan və ya cərrahi əməliyyatdan sonra və s. inkişaf edə bilər.

Bartolinitin inkişafına qonokokklar, trixomonadlar, xlamidiyalar, streptokokklar, stafilokokklar, bağırsaq çöpləri, kandida göbələyi səbəb ola bilər.

Bartolinit yalnız qadınlarda deyil, bakirə qızlarda da inkişaf edə bilər.


Şərhlər: 9
Baxılıb: 1334
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
allah qorusun
9 mart 2015 20:29
# 9
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
gulunnn
Allah uzaq ersin amin
9 mart 2015 18:28
# 8
leyla_258
ALLAH UZAQ ETSIINNNN...

ALLAH HEC BIR INSANA GOSTERMESIN....
9 mart 2015 18:02
# 7
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Qlamurr
Birinci dəfədi belə bir xəstəlik olduğunu eşidirəm.
9 mart 2015 14:43
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Luna-90
Uzaq olsun tam anlamadim o nece olan seydi
9 mart 2015 11:07
# 5
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
Bu cox ciddi problemdir bu xesteliyi esitmisdim bu xesteliyi olan qadinlar ana olmaqdan mehrum olur bildiyim qederiyle mualiceside cetin xestelikdir
9 mart 2015 10:42
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Allah uzaq eləsin bu cür narahatlıqlar hiss edildiyi anda mütləq həkimə gedilsə daha tez müalicə olunar...
9 mart 2015 09:32
# 3
lili)
hec esitmemisdim bele xesdelik allah uzaq elesin
9 mart 2015 07:40
# 2
aziz a
Hele bilmediyimiz daha neler vare gorun......
9 mart 2015 06:50
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz