Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qız uşaqlarının ginekoloji sağlamlığı
Qız uşaqlarının ginekoloji sağlamlığı
Göndərən: Wiyinka
Şərhlər: 14
Baxılıb: 1398
Səs ver:
Yeni doğulmuş qız uşağında ilk növbədə xarici cinsiyyət üzvlərinin quruluşunun düzgün inkişaf edib-etməməsinə xüsusi diqqət yetirmək lazımdır. Böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarının üstünü tamamilə örtməli, klitorun ölçüsü böyük olmamalı və xarici müayinə zamanı nəzərə çarpmamalıdır.

Böyük cinsiyyət dodaqlarını aralayan zaman sidik kanalı və uşaqlıq yolu dəliyi aydın görünməlidir. Əgər xarici cinsiyyət üzvlərinin quruluşunda hər hansı bir normadan kənar hal olmasına şübhəniz yaranarsa, qızınızı mütləq endokrinoloq və pediatra (daha yaxşı olar ki, pediatr-ginekoloqa) göstərin.

Analar qızlarının ginekoloji sağlamlığına daim diqqət yetirməli, sonralar isə qızların özünü də orqanizmlərinə qarşı diqqətli olmağa alışdırmalıdırlar. Əgər erkən yaşlarda cinsiyyət üzvləri sistemində baş verən hər hansı bir pozğunluq vaxtında aradan qaldırılmazsa, bu, gələcəkdə qız uşağının sağlamlığına çox pis təsir edərək sonsuzluğa və qadın cinsiyyət üzvlərinin müxtəlif xəstəliklərinə səbəb ola bilər. Balaca qızları soyuqlamadan qorumaq, onların gigiyenasına riayət etmək və özlərinə də gigiyenik vərdişləri öyrətmək lazımdır.

Uşaqlara erkən yaşlardan öz bədəninin təmizliyinə fikir verməyi öyrətmək çox vacibdir. Həm oğlan, həm də qızlara hər gün cinsi orqanlarını yumağı və alt paltarlarını dəyişdirməyi öyrətmək lazımdır. Bu məqsədlə hər gün sabundan istifadə etmək tələb olunmur və hətta zərərli hesab edilir. Sabundan yalnız uşağı çimizdirərkən istifadə etmək kifayətdir.

Uşağın alt paltarları təbii parçadan olmalı, onu sıxmamalı, iç tərəfində kobud tikişlər, xovlar olmamalı, onun hərəkətlərini məhdudlaşdırmamalıdır. Uşaqların alt paltarları heç bir halda ailənin böyük üzvlərinin paltarları ilə birlikdə yuyulmamalıdır!

2-3 yaşlı qız sərbəst olarad özü tualetə getmək istəyirsə, ana ona nəzarət etməlidir. Çünki o sağrı hissələrinin unitaza sallanması şəklində oturarsa, bu, sidik ifrazı zamanı sidiyin uşaqlıq yoluna düşməsinə və onun iltihablaşmasına səbəb ola bilər. Uşaq sidiyə getdikdən sonra təmiz gurulanmazsa və ya yuyunmasa, bu, sidik duzları kristalları tərəfindən selikli qişanın qıcıqlandırılmasına, bəzən isə kiçik cinsiyyət dodaqlarının bir-birinə yapışmasına və ya bitişməsinə də səbəb ola bilər.

Balaca qızlara alt paltarında qum, torpaq üzərində oturaraq oynamağa icazə verməyin. Bu zaman çirkli qum, torpaq cinsiyyət üzvlərinə düşərək iltihab prosesin inkişaf etməsi təhlükəsi yarada bilər. Hər ehtimala qarşı uşağa budun ortasına qədər olan və sıx materialdan hazırlanmış paltar geyindirmək daha məsləhətdir.

Kiçik uşaqlar hətta eyni cinsli böyüklərlə belə, bir yerdə, bir vannada çimməməlidir. Bu ilk nəvbədə, uşağın tərbiyəsinə mənfi təsir edə biləcəyi üçün qeyrietik hesab edilir. Bundan başqa, bu həm də təhlükəli hesab edilir. Çünki bu zaman böyüklər üçün təhlükəsiz hesab edilən mikroorqanizmlər uşağa keçərək ona böyük zərər verə bilər. Uşaqların mütləq öz vannaları və hamam dəstləri olmalıdır!

Böyüklərin getdiyi hovuzlara uşaqların getməsinə yol vermək olmaz. Onlar yalnız uşaqlar üçün nəzərdə tutulmuş hovuzlarda üzə bilərlər.

Diqqətli analar qız uşaqlarında cinsiyyət üzvləri problemlərini birinci olaraq aşkar edə bilərlər. Böyük yaşlı qız uşağının cinsı üzvləri sahəsindən qeyri-adi ifrazat, qarında ağrılar, qanaxma, aybaşının gecikməsi, aybaşı zamanı olan qanaxmaların az və ya həddən-ziyadə olması hallarında ginekoloqa (mümkünsə uşaq ginekoloquna) müraciət etmək vacib hesab edilir.

Uşaqlıq yolundan ifrazatın ("beli”) güclənməsi qızlarda cinsi yetkinliyin əlamətlərindən biridir. Məktəbəqədər dövrdə bu ifrazat o dərəcədə az olur ki, analar onu "yox” kimı qəbul edirlər. Cinsi yetkinliyə təxminən bir il qalmış ifrazatlar hiss olunan miqdarda artırlar. Bu o deməkdir ki, artıq yumurtalıqlar fəaliyyətə başlamışdır. Analar ifrazatın rənginə və qoxusuna diqqət yetirməlidirlər. Normada ifrazat iysiz, seliyəbənzər və ya yapışqan şəklində olmalıdır. İfrazatın çoxalmasından qorxmaq lazım deyil. Sadəcə, qıza daha tez-tez yuyunmasını və alt paltarını dəyişməsini başa salmaq lazımdır. Əgər ifrazat normadan çox və pis qoxulu olarsa, tərkibində irin, qan qarışıqları nəzərə çarparsa, mütləq pediatra müraciət etmək lazımdır. Pediatr uşağınızı müayinə etdikdən sonra lazım gələrsə, onu öz növbəsində ginekoloq, nefroloq, qastroenteroloq və ya digər mütəxəssisə də göstərməyi tövsiyə edə bilər.

Yuxarıda sadalanan əlamətlərə sidik ifrazı pozğunluqları, aralıq nahiyəsində şişkinlik və qaşınma da qoşula bilər. Qeyri-normal ifrazatın əmələ gəlməsinin bir sıra səbəbləri ola bilər: gigiyena qaydalarının pozulması, endokrin və ümumi infeksion xəstəliklər, bağırsaq pozğunluqları, böyrək xəstəlikləri və s.

Qızlarda qarın nahiyəsində ağrılar cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, uşaqlığın inkişafdan qalması, uşaqlığın əyilməsi, yumurtalıqların sist ("kista”) və ya şişləri cinsi orqanların düzgün inkişaf etməməsi zamanı baş verə bilər. Qarın nahiyəsində ağrılar, əlbəttə ki, digər müxtəlif xəstəliklərin də əlamətləri ola bilər. İstənilən halda, ağrılar "keçib gedər” deyə arxayınlaşmaq olmaz. Ağrılar başlayan kimi, xüsusən də ağrılar şiddətli və uzunmüddətli olarsa, qızınızı mütləq ilk növbədə pediatra, daha sonra isə onun məsləhəti ilə digər mütəxəssisə göstərin.


Şərhlər: 14
Baxılıb: 1398
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazimli melumatdi
10 mart 2015 00:53
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
leyla_258
tesekkurler
8 mart 2015 00:36
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Omrumun Ureyi
cox maraqli ve faydali melumatdi.
5 mart 2015 01:46
# 12
Sevgi bağından bir çiçək dərdim...
O çiçəyi hər dəfə qoxladıqca sevgim daha da artır <3
ece uslu
cox faydali xeberdi ozum bele weylere her zaman diqqet edirem
4 mart 2015 23:50
# 11
isveç.de
Qız uşağı olan analar diqqətlə oxusunlar. Və birdə qətiyyən uşağların paltarların utsuz geyindirmiyin.
4 mart 2015 19:25
# 10
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
gulunnn
Bilmirdim gelecekde diqqet ederem twk
4 mart 2015 13:23
# 9
Qlamurr
Faydalı məlumatlardı,analar qızlarına qarşı hər zaman həssas davranmalı,gigiyenik qaydalaa əməl etməyi öyrətməli,ən əsası qızını bu mövzularda maarifləndirməlidir,vaxtında həkimə müraciət edib,problemi çözməlidir.
4 mart 2015 12:17
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
guler19
faydalı xəbərə görə təşəkkürlər bacı
məlumatı olmayanlar da oxuyub məlumatlanar inşallah
mən yetkinlik yaşina çatmış qizlarimizi bu mövzularda məlumatlandirmağın tərəfdarıyam zatən
elə analar var ki qızlarına faydalı məsləhətlər verməyin bilməli olduğu mövzuları anlatmağin qəti əleyhinədirlər
və azyaşlı qizlarımızın məlumatsizliği bəzən geri dönüşü olmayan fəsadlar törədir
4 mart 2015 10:27
# 7
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
BARBI
Men de qiz olmusam her zaman bele seylere nezaret yetirirem her bir xanim ginekoloqa getmelidir mutleq
4 mart 2015 10:15
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
talis balasi
Cox faydali meslehetlerdi coxunu bilmirdim tesekkur edirem ovladim yoxdu ama olanda ona qarsi cox hessas ve diqetcil olacam insallah
4 mart 2015 09:41
# 5
lili)
men nezaret edirem ozunun ayrica hamam desti var ayrica cimizdirirem gigyenasina diqqet edirem diqqetim usdundei
4 mart 2015 09:02
# 4
Fialka
Hər hansısa bu cür problem yarananda və vaxtında həkimə müraciət olunsa xəstəliklərində qarşısı daha tez alınmış olar...
4 mart 2015 08:44
# 3
aziz a
Tesekkur, cox lazimli melumat idi, diqqetim bire on artdi.
4 mart 2015 06:24
# 2
Qelbim doludu !!!!
Nergız33
Qızı olan ananın nezeri daima üstünde olmalıdır
4 mart 2015 03:59
# 1
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz