Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Menstruasiyalar arası qanaxmalar
Menstruasiyalar arası qanaxmalar
Göndərən: Wiyinka
Şərhlər: 11
Baxılıb: 2601
Səs ver:
Bir menstruasiyadan növbəti menstrusiyaya kimi olan dövr "menstrual dövr" adlandırılır.

XX Menstrual dövrün uzunluğu qadınlarda fərdidir. Bir qadında bu 24 gün, digərində 26, 28, 30 gün və s. ola bilər. Ən qısa menstrual dövr 21 gün, ən uzun - 35 gün təşkil edə bilər.

Menstrual qanaxma normada 3-7 gün təşkil edir. Menstruasiya al qırmızı qanın ifraz olunması ilə başlayır, daha sonra qan tədricən tündləşir. Normada bu belə olmalıdır. Qadında menstrual dövrünün normadan qısa və ya uzun olması, menstrual qanaxmanın müddətinin normadan uzun və ya qısa olması, menstrual dövrünün qeyri-müntəzəm olması hər hansı xəstəliyin və ya patologiyanın əlaməti ola bilər.

Menstrual dövr "səbəbsiz olaraq" uzanıb və ya qısalıbsa, menstrual qanaxma azalıb və ya çoxalıbsa, qadın mütləq ginekoloqa müraciət etməlidir.

Qadında menstruasiyadan kənar cinsiyyət orqanlarından qanlı ifrazatların olması əksər hallarda patoloji hal sayılır. Bu halda qadın dərhal ginekoloqa müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir. Belə qanlı ifrazatlar hər hansı, bəzən çox təhlükəli xəstəliklərin və pozulmaların əlaməti ola bilər.

Bu xəstəliklərin və pozulmaların arasında:

- Endometriumun hiperplaziyası və endometriumun polipləri. Bu pozulmalar zamanı menstrual qanaxmalar çox intensiv və ağrılı olur, menstruasiyalar arası qadında cinsiyyət yollarından qanlı ifrazatlar müşahidə olunur.

- Uşaqlıq mioması. Menstruasiyalar intensiv olur, onların müddəti uzanır, menstruasiyalar qarının aşağısında və beldə tutmaşəkilli ağrılarla müşayiət olunur.

- Endometrioz. Menstruasiyadan sonra və əvvəl bir neçə gün ərzində qanlı ifrazatlar olur, menstruasiyalar ağrılı olur, ifraz olunan qanda laxtalar olur.

- Polikistoz yumurtalıqlar sindromu. Bu pozulma zamanı qadında qanaxmalar müşahidə olunur, menstruasiyalar qeyri-müntəzəm olur.

- Uşaqlıq boynu və endometriumun xərçəngi. Menstruasiyalar arası qadında müxtəlif intensivlikdə olan qanaxmalar müşahidə olunur. Qanaxma cinsi əlaqədən və ya ginekoloji müayinədən sonra başlaya bilər.

- Uşaqlıq boynu eroziyası. Adətən bu pozulma özünü heç bir əlamətlə büruzə vermir. Lakin pozulmanın ağır formalarında qanaxma cinsi əlaqədən və ya ginekoloji müayinədən sonra başlaya bilər.

- Endometrit. Uşaqlığın daxili qatının iltihabı zamanı menstruasiyanın müddəti uzanır, menstruasiyalar arası qanlı ifrazatlar ola bilər.

- Uşaqlıq yolunun travmaları (cinsi əlaqə nəticəsində və s.).

- Qadın cinsiyyət sistemi infeksiyaları.

- Qalxanvari vəzi hormonların tarazlığının pozulması.

- Yuvenil qanaxmalar. Qızlarda ilk menstruasiyadan (buna "menarxe" deyilir) sonra 1 il ərzində menstrual dövr qeyri-müntəzəm ola bilər: menstruasiyalar müxtəlif fasilələrlə başlayır, 1-2 ay ərzində olmaya bilər, menstrual qanaxmaların intensivliyi də müxtəlif ola bilər. Bu normal sayılır. Daha sonra isə menstrual dövr düzəlməlidir və menstruasiyalar hər dəfə müəyyən fasilələrlə başlamalıdır.

Əgər hətta 2 ildən sonra menstruasiyalar müntəzəm xarakter almırsa, qızda tez-tez uzunmüddətli qanaxmalar müşahidə olunursa, bu artıq hər hansı pozulmanın simptomu sayıla bilər. Bu pozulmaların arasında: qadın cinsiyyət orqanların patologiyaları, hormonal pozulmalar və s. Uzunmüddətli qanaxmalar çox təhlükəlidir. Bu ağır anemiyanın (qanazlığı) inkişafına səbəb ola bilər.

Nəzərinizə çatdıraq ki, bəzi hallarda menstruasiyalar arası qanlı ifrazatların olması patoloji xarakter daşımır. Buna səbəb hamiləlik əleyhinə hormonal preparatların qəbulu, uşaqlıq daxili spiralın olması. Bəzi qadınlarda ovulyasiya (yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) çox cüzi qanlı ifrazatlarla müşahidə olunur.


Şərhlər: 11
Baxılıb: 2601
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah qorusun xesdeliklerden
10 mart 2015 00:44
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayan97
Mende nornasindadi amma ne fayda…)
2 mart 2015 23:45
# 10
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
ece uslu
menustirasiya ile baqli problemlerim var mualice aliram
2 mart 2015 23:39
# 9
Aysel Tatli
Allaha cox wukur mende beke problem yoxdur
2 mart 2015 18:56
# 8
emis
sukur helei hersey qaydasindadi bilirdim bu haqda
2 mart 2015 13:36
# 7
Qlamurr
Məndə menstruadiya gecikməsi olur,müalicə də elətdirmişik,qaydasına düşür,sonra yenə gevikir...
2 mart 2015 12:02
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Offf menstruasiya dovru menim olum gunlerimdi cox agrili kecirirem
2 mart 2015 10:14
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
AYKA-ISI
bu haqda bilirdim wukur her wey qaydasindadi
2 mart 2015 10:06
# 4
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Fialka
Menstruasya haqqında məlumatım var , nə qədər qadın xəstəlikləri var Allah uzaq eləsin əziyyət çəkən hər bir xanıma şəfa versin Amin...
2 mart 2015 09:52
# 3
lili)
sukur her sey normasindadi
2 mart 2015 08:03
# 2
isveç.de
Çox şukur məndə normaldır. Həmişə 27, gunən bir oluram 6, 7 gun çəkir 3, gun çox olur getdikcə azalar . Məncə mənim heçbir problemim yoxdur. Çox şukur yaxşılıqdı.
2 mart 2015 04:05
# 1
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz