Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Menstruasiya sancısı haqqında bilmədikləriniz
Menstruasiya sancısı haqqında bilmədikləriniz
Göndərən: Wiyinka
Şərhlər: 17
Baxılıb: 3593
Səs ver:
Araşdırmalar qadınların təxminən 60 faizindən çoxunda menstruasiya dövrünün çox ağrılı keçdiyini ortaya çıxarıb. Ağrının səbəbi menstruasiya dövründə uşaqlığın büzülməsindən və sıxılmasından dolayı uşaqlıqda qan dövranının zəifləməsi və oksigenin azalmasıdır. Türkiyəli ginekoloq Esra Can Çətin ağrının hər qadında fərqli olduğunu, insanın ağrı hissinə göstərdiyi dözümün psixoloji və ya genetik faktorlara bağlı olduğunu bildirib.

Qadınların yarısından çoxunda menstruasiya dövründə az, ya da çox ağrı olur. Ancaq təxminən 10% qadında menstruasiya dövründəki sancı olduqca şiddətli olur, hətta qadının özünü 1-3 gün ərzində iş görə bilməyəcək qədər pis hiss etməsinə səbəb olur. Əslində menstruasiya mexanizminin əhəmiyyətli prosesi olan sıxılmaların qadın tərəfindən ağrı şəklində hiss edilməsi normaldır. Bu sıxılmaların məqsədi qanamanın səviyyəsini azaltmaqdır. Bu sıxılmalar prostaglandin adı verilən bəzi maddələrin ifrazına səbəb olur. Nəticədə ağrılarn olması prostaglandinin ya həddən artıq miqdarda ifraz olunması, ya da qadının ağrılara həddən artıq həssas olması ilə əlaqədardır.
Prostaglandinin ifrazı ilə menstruasiyadan qısa müddət əvvəl başlayan və menstruasiya bitdikdən sonra tamamilə itən menstrusiya sancısı yumurtlama prosesinin getdiyinin etibarlı əlamətlərindən biridir. Menstruasiya sancısı ümumiyyətlə, menstrusiyadan əvvəlki ilk 24 saat ərzində başlayır, menstruasiya ilə birlikdə şiddəti davamlı olaraq artır və menstruasiya dövrünün bitməsinə qədər get-gedə yüngülləşir. Ürəkbulanma, qusma, halsızlıq, şiddətli bel ağrısı və baş ağrısı ən çox görülən digər əlamətlərdir. Ağrının çox şiddətli olduğu hallarda huşunu itirmə belə ortaya çıxa bilər. Menstruasiya sancıları ağrıkəsicilərlə kəsilərsə və başqa bir ginekoloji əlamət yoxdursa, ginekoloqa müraciət etmək lazım deyil. Ancaq menstruasiya sancıları çox şiddətli olub ümumi hala mənfi təsir etməyə başlayıbsa, mütləq ginekoloqa müraciət edilməlidir. Endometrioz, xroniki infeksiya, yumurtalıq kistaları, miyomlar və digər bəzi ginekoloji xəstəliklər öz xüsusiyyətləri ilə yanaşı, eynilə menstruasiya sancısı kimi ağrılar verə bilər. Aparılan ginekoloji müayinə bu vəziyyətlərin varlığını ortaya çıxarar və belə vəziyyətlərdə müalicə tamamilə fərqli olar.

Həkim menstruasiya sancısının qidalanma və bəzi məşqlərlə azaltmağın mümkün olduğunu və ağrının yüngülləşdiyini bildirib. Ancaq dərman kifayət olmadığı hallarda ağrıkəsici qəbul etməkdən çəkinməyin. Menstruasiya sancısı varsa, ona müsbət tərəfdən baxın. Bu proses orqanizmdə yumurtalamanın, yəni, ovulyasıyanın göstəricisidir. Həkim yaş ötdükcə menstruasiya sancısının şiddətinin azaldığını bildirib. Lakin evləndikdən sonra ağrının azalacağı yanlış məlumat olduğunu açıqlayıb. Ancaq doğuşdan sonra uşaqlıq ağzı daha açıq olduğu üçün ağrı daha az hiss edilir.

Doktor Çətinin menstruasiya dövrü haqqında maraqlı fikirlərini təqdim edir:

Müalicə formaları

Qarnın üstünə qoyulan isti su torbaları qan dövranının sürətlənməsinə yol açaraq ağrını azaldır. İlıq duş qəbul etmək, ayaqlarını isti suya qoymaq da fayda verir. Təklif olunan temperatur 40 dərəcədir.

Qidalanma rejimi

B və E vitaminləri ilə maqnezium tərkibli dərmanlar ağrını azaldır. Bitki çayları əzələlərə yumşaldıcı təsir göstərir. Bu dövrdə çobanyastığı çayı və razyana çayı faydalı olar. Rasionda qəhvə, şokolad, kola, çay kimi kofein tərkibli qidaları azaltmaq lazımdır.


Şərhlər: 17
Baxılıb: 3593
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lale.veliyeva19
Çox təsadufi hallarda ağrılarım olur
24 avqust 2016 18:27
# 17
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Alivin
Men agrıkrıkesici içmesem, huşumu itirirem
23 iyul 2015 15:03
# 16
AZURA
men 1 hefte oluram 1heftede her gunu agriyiram qiclarim qarnim belim dehwet agriyir
13 iyul 2015 16:58
# 15
vipbetul
her kes bir cur kecirir
10 mart 2015 00:13
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ece uslu


bawim dehwet agrayir agridan bawimi qaldira bilmirem ta ki qurtarana qeder
25 fevral 2015 23:18
# 13
tek umidim sen
Demey olarki agrim olmur,tesaduf hallarda,cox rahat kecirirem)
25 fevral 2015 21:08
# 12
Kadın derin ama adam yüzme bilmiyor...
Fialka
Şiddətli sancı əvvəllər olurdu daha sonra belə problem olmadı sadəcə ilk gün halsızlıq olur sonra düzəlir..
25 fevral 2015 16:57
# 11
emis
hemin vaxt ayaqlari suya qoyma qolmaz dus qebul etmek olar men 1 ci gunude ele 2 ci gunude dus aliram ama iliq bir zererinide gormemisem 1 ci gun biraz sancim birde baslamamisdan bir nece gun evvel olur ama sora kecib gedir
25 fevral 2015 15:10
# 10
Bestoş
bir agrilarim olurki
25 fevral 2015 13:30
# 9
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
qanadli melek
Mende ele dehwet agri olur olub sonra dirilirem
25 fevral 2015 13:22
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Qlamurr
Məndə başlıyan günü ağrı olur,ancaq normal şəkildə,onda da belimi bağlıyıram,həmin gündə keçib gedir.Ancaq başlıyan günü üşüyürəm,iştaham olmur,yatmaq,yerimdən tərpənməmək istiyirəm,ürəyim bulanır,ya qarnım ağrıyır bir sözlə,birinci gün ağrı olsada olmasada özümü çox pis hiss edirəm,təzyiqim düşür....Dəhşətli ağrı olanda soğan suyu da faydalı olur,ancaq ayaqları isti suya qoymaq,məncədə zərərlidir...
25 fevral 2015 12:27
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
cinqosh
Mən 1 stəkan isti çaya 5-6 çay qaşığı şəkər töküb içirəm. Bu məni çox rahatladır.İlıq duşla da razıyam, ama ayaqları isti suya qoymaq bir az qorxuludu.Xəbərə görə çox sağ olun.
25 fevral 2015 10:40
# 6
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Nur k-off
Mendede widdetli sancilar olur amma qetiyyen ayaqlari isti suya qoymaq olmaz
25 fevral 2015 09:55
# 5
SVETA
BARBI
Men 1 gun yatiram o derecede dozulmez agrilarim olur
25 fevral 2015 09:38
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Melissa
mende usaqdan sonra artiq agrilar olmur. amma usaga qeder dehset pis agrilarim olurdu,. cox vaxt doze bilmirdim. amma indi sukur dogusdan sonra demek olarki yoxdu agrik)
25 fevral 2015 09:30
# 3
lelos
Mendede aqri olur dehset derecede mualice oluram bira ay yaxsi olur birde baslayir derman icmesem mumukun deyil
25 fevral 2015 07:50
# 2
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
sona
Mende cox wukur az olur agri. Bawlayan gunu biraz agri olur belimde ve qarnimda walnan bagliyiram bir saata kecir.hec bir agri kesicidende istifade etmirem. Ancaq mende mensturasiya bawlamadan evvel ureyim bulanir ya bawlayan gunu yada birdun qabaq mutleq qatarmaliyam. Mensturasiyamin en eziyyetli terefi odu. Halsiz oluram
25 fevral 2015 02:12
# 1
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz