Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bel çəkdirmək
Bel çəkdirmək
Göndərən: Wiyinka
Şərhlər: 11
Baxılıb: 1863
Səs ver:
Hal hazırda cəmiyyətimizdə sonsuzluq çox ciddi həm tibbi, həm də sosial problemə çevrilib.

Uzun illər ərzində sonsuzluğu müalicə edən və heç bir nəticə almayan ailə cütlükləri çoxdur. Təəssüf ki, belə ailə cütlüklərin vəziyyətlərindən süi-istifadə edərək haram pul qazanan insanlar də az deyil. Bu insanların bir hissəsini müxtəlif "şəfavericilər", "ara həkimlər" təşkil edir. Bu insanların böyük əksəriyyəti insan anatomiyası və fiziologiyasından tam bixəbərdir. Belə "həkimlər" sonsuzluğu yalnız bir üsulla "bel çəkdirməklə" müalicə edir. Sonsuzluğu olan qadın müraciət etdikdə, "şəfaverici" ilk baxışdan ona "bel boşluğu" diaqnozu qoyur. Bu diaqnozun "mənasını" soruşduqda isə heç bir məntiqli izahat vermir. "Şəfavericilərin" elmdən, tibbdən və ümumillikdə adi məntiqdən uzaq olan ifadələrdən belə anlamaq olur ki, sonsuzluğun yeganə səbəbi qadında belin "zəif" olmasıdır. Onlar isə bu zəifliyi aradan götürür, əyri uşaqlığı düz edir, "yerinə qoyurlar". Bu cəfəngiyatdır.

İlk növbədə qadınların əksəriyyətində uşaqlıq kiçik çanaq boşluğunda ideal düz vəziyyətdə yerləşmir - uşaqlıq bir qədər qabağa, sidik kisəsi tərəfə əyilmiş olur. Bu normaldır. Lakin bir çox qadınlarda uşaqlıq bir qədər arxaya, sola və ya sağa doğru əyilmiş olur. Əvvəllər tibbdə uşaqlığın belə yerləşməsi sonsuzluğun səbəbi kimi qiymətləndirilirdi. Lakin tibb inkişaf etdikcə bu nöqteyi-nəzərin yanlışlığı sübut olunub. Özü-özündən uşaqlığın əyilməsi adətən sonsuzluğa gətirib çıxartmır. Bir çox hallarda qadınlar öz orqanizmlərin bu xüsusiyyətini heç bilmir və uğurla hamilə qalır və uşaq doğurlar. Yalnız çox ağır hallarda (belə hallara çox az rast gəlinir) qadında uşaqlığın anormal yerləşməsi sonsuzluğa səbəb ola bilər. Belə qadınlar düz bağırsağına olan təzyiq, omba sümüyündə ağrı hiss edir, qəbizlikdən əziyyət çəkirlər, onlarda menstruasiyalar ağrılı olur və s. Lakin bu halda uşaqlığın əyilməsi qadında olan digər pozulmalar nəticəsində meydana çıxır (infeksiyaların nəticəsində bitişmələrin əmələ gəlməsi, şişlər və s.) və əslində bu pozulmalar sonsuzluğun inkişafının əsl səbəbləridir.

Beləliklə, indi biz bilirik ki, uşaqlığın əyilməsi sonsuzluğun səbəbi sayılmır.

Keçirik növbəti cəfəngiyata. "Müalicə" zamanı "şəfaverici" qadının belini kip bağlamaqla onun uşaqlığını "yerinə qoyur". Əziz xanımlar, bu "üsulla" uşaqlığın yerini dəyişmək, onu "düzəltmək", qaldırmaq və s. mümkün deyil. Ancaq onurğa sütunu problemləri, ağrılar və s. problemlər qazanmaq mümkündür. Bu "əməliyyatı" keçən qadınların əksəriyyəti uzun müddər ərzində bel ağrılardan əziyyət çəkir...

Maraqlıdır ki, müasir zamanda, yüksək texnologiyalar olan dövrdə bizim cəmiyyətdə çöpçü, sınıqçı, "bel çəkdirmək" kimi anlayışlar qalmaqdadır və onlara inanan, üz tutan insanlar tapılır.


Şərhlər: 11
Baxılıb: 1863
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
o qeder ele insanlar varki hede tebeqesinden asli olmadan
9 mart 2015 23:41
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Bestoş
eşidmişem bel cekdirdikde uşaq olur
18 fevral 2015 16:59
# 10
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
tatyana
men hec vaxt inanmamisam copcuye,belcekene
18 fevral 2015 16:33
# 9
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Tomris Müslümova
menim sexsen tanidigim bir yasli qadin varki kimin belini cekirse usagi olur..hetta biri ekiz idi...ama her sey allahin elindedi
18 fevral 2015 16:16
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Ara həkimlərinə çox təssüflər olsunki inananlar çoxdu Allah uzaq eləsin
18 fevral 2015 13:54
# 7
qanadli melek
Bele weylere inanan insanlar coxdu ama mence bow weydi
18 fevral 2015 13:45
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Qlamurr
Ara həkimlərinə qətiyyən inanmıram,hamısı boş şeydi,əksinə başqa fəsadlar baş verə bilər....
18 fevral 2015 10:46
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Eh hamisi cefengiyatdi ara adamlarin istifade etdiyi usullardi inanmiram
18 fevral 2015 10:07
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
sona
Dogurdan ziyandi bowluq yaradir. Bu xeber mene lazim idi Allah razi olsun
18 fevral 2015 09:28
# 3
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
emis
tanislardan bizdede coxdu bel cekdiren aa bilmirem fyadasi olubbbu
18 fevral 2015 08:00
# 2
Wappuw
Bizim de yaxin qohumda olmuwdu oda gedip belini cekdirdi,ve yaxwi oldu nemm valla gunde bi wey cixir
18 fevral 2015 02:25
# 1
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz