Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vaginizmin müasir müalicəsi
Vaginizmin müasir müalicəsi
Göndərən: Antikvar
Şərhlər: 7
Baxılıb: 1840
Səs ver:

Vaginizm qadının cinsiyyət yollarının güclü və qeyri-iradi sıxılması - spazmıdır ki, bu spazmın nəticəsində cinsi əlaqələr mümkünsüz olur.

Əksər hallarda vaginizm cinsi həyatı başlayan bakirə qızlarda inkişaf edir. Bu zaman qadının cinsi orqanlarına istənilən toxunma uşaqlıq yolunun güclü sıxılmasına səbəb olur. Nəticədə cinsi aktın həyata keçirilməsi mümkün olmur. Bir çox hallarda belə qadınlarda istənilən ginekoloji manipulyasiyalar da (ginekoloji baxım, yaxmanın götürülməsi və s.) belə reaksiyalara səbəb olur. Vaginizm nevrozun növüdür. Bir çox hallarda onun səbəbi qorxu (ağrıdan, qandan və s.), kişinin ilk cinsi əlaqə zamanı kobud davranışı, zorlama və s. olur.

 

Vaginizmdən əziyyət çəkən qadınlar ailəli olsalar da, illərlə bakirə olaraq qalırlar, problemin "özü-özündən" həll olunmasını gözləyirlər. Lakin bu, əksər hallarda mümkün olmur və qadın vaxt keçdikcə güclü depressiyaya düşür, onda özünə inamsızlıq yaranır, qadın həyat yoldaşının qarşısında özünü günahkar hiss edir, bu vəziyyətə gətirib çıxartdığı üçün özünə nifrət edir, bu vəziyyətdən yeganə çıxış yolunu boşanmada görür... Bu hissləri və daha artıqlarını vaginizmdən əziyyət çəkən qadınlar daha yaxşı bilir...

Müasir tibbdə bu problemin həll olunması üçün müxtəlif üsullar mövcuddur. Vaginizm tam müalicə olunur və daha sonra qadın normal həyat sürə bilir - cinsi həyat, hamiləlik, analıq mümkün olur.

 

Qadın düşdüyü vəziyyətdən utanmamalı və vaginizmin ilk simptomlarında mütləq həkimə müraciət etməlidir. Müalicəsiz qalmış bu pozulma qadının psixikasına çox mənfi təsir edir, onun həyatını korlayır.   

Vaginizmin müalicəsində xüsusi psixoterapevtik metodikalar istifadə olunur ki, bu metodikaların köməyi ilə qadın vaginizmdən xilas olunur.

İnsan zehninin şüurlu və şüuraltı mərkəzi vardır. Biz nə ediriksə, nə düşünürüksə onu şüurlu zehnimizin köməyi ilə edirik. Çünki şüurlu zehnimiz məntiqlə çalışır. Şüuraltı zehnimizi isə məntiqlə çalışdıra bilmirik. Biz qadına məntiqlə başa sala bilmərik ki, cinsi əlaqədən qorxmasın, onu adi hal kimi qəbul etsin. Vaginizmin səbəbi şüuraltında yaranır və müalicəsində də şüuraltı zehin korreksiya olunur.


İnsan zehninin şüuraltı hissəsi 5-6 yaşından ta ölənə qədər bütün yaşanmış pis və yaxşı təcrübələri (hadisələri, xatirələri) kodlaşdırıb öz yaddaşında saxlayır. Bu pis və yaxşı təcrübələri heç bir şəkildə birdəfəlik silmək mümkün deyil! Çünki artıq o yaşanıb və şüuraltında özünə yer tutub. Neqativ təcrübələri ancaq pozitiv təcrübələrin köməyi ilə yumşaltmaq, əhəmiyyətsizləşdirmək olur. 
Müalicə zamanı yaşanmış qorxuların yaranmasına səbəb olan pis təcrübələr üzərində xüsusi texnikalarla işlənilir və bundan sonra həmin o pis təcrübələr (hadisələr və ya xatirələr) qadın tərəfindən əhəmiyyətsizləşir. Elə bir şəkildə əhəmiyyətsizləşir ki, qadın əvvəllər beynindən çıxmayan pis təcrübələri müalicədən sonra heç yadına belə salmaq istəmir. Müalicə zamanı pis təcrübələr əhəmiyyətsizləşdirilərkən yaxşı təcrübələrlə əvəz olunur. Bu zaman da qadının vaginizm problemi birdəfəlik həll olunur. Müalicədən sonra qadın qorxmur və cinsi əlaqəyə adi hal kimi baxa bilir və icra edə bilir.

İnamsız olsanız da, 1-5 gününüzü vaginizmin müalicəsinə həsr edin. İnanın ki, həyatınız dərhal 1-ci seansdan sonra dəyişəcək. Bir qadın olduğunuzu anlayacaqsınız!!!

Mama-ginekoloq: Günay Hacıyeva



Şərhlər: 7
Baxılıb: 1840
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
tesekkurler
21 yanvar 2015 17:22
# 7
Ayselina
Cox sagol. Luna - 90 isimli baci...bizimle bolusduyuncun..men aile qurmamisam nisanliyam..umid edirmki bele hallar bas vermeyeck..
21 yanvar 2015 15:17
# 6
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
21 yanvar 2015 11:59
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
isveç.de
Bəli belə hallar yeni ailə quranda olur. Çox şukur indi belə hallarım yoxdu.
21 yanvar 2015 10:45
# 4
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
BARBI
Bu problem psixolojik travmadir qadin bele hadiseler yasadigi ucun bu xestelik meydana cixir
21 yanvar 2015 09:47
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
uliçka
oyyy çox qorxdum
21 yanvar 2015 03:21
# 2
Həyat kino kimidir,ən marağlı anında bitir
Luna-90
Bu problem mende vardi yeni aile quranda cox agrili olur hetta olan zaman qanda gelirdi.hekim meslehet gorduki olan zaman kremden istifade et ve birde guzgu vasitesile prafilaktik mualice olur.ancaq men dogusdan sonra 1az duzeldim .yenede qalib 1az hekim deyir men sene hecne etmemis sen ozunu tamam sixirsan.hetta dogusada 1az problem yaradir usaq gelir ozumu sixdigimdan dogus olmurdu usaq bogulurdu .o qederde qorxulu problem deyil zamanla 1az duzelir .hm bele bildiklerimi paylasdim
21 yanvar 2015 02:09
# 1
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz