Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınların əhvalı hormonlardan asılıdır
Qadınların əhvalı hormonlardan asılıdır
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 1047
Səs ver:
Kişilər əksəriyyəti etiraf edir ki, qadınları başa düşmür. Onlar hətta "qadın məntiqi" kimi anlayış fikirləşiblər.

"Qadın məntiqi" dedikdə kişilər qadınların "məntiqsiz" (kişilərin anlamında) hərəkətlərini və fikirlərini nəzərdə tuturlar. Məsələn, qadın adi zarafatı bu gün gülə-gülə qəbul edirsə, bir neçə gündən sonra eyni zarafat göz yaşlarına səbəb ola bilər və s.

"Bu qadınları başa düşmək olmur!" - fikirləşir kişilər. Yox, olur. Sadəcə bunun üçün kişilərin 1 ay ərzində hər bir qadının orqanizmində baş verən ciddi dəyişikliklərdən az da olsa xəbərləri olmalıdır.

İnsan fizioloji orqanizmdir. Onun əhvalına orqanizmdə gedən dəyişikliklər böyük təsir edir. Əsas təsirlərdən birini də cinsi hormonlar edir. Kişilərdə 1 dənə əsas cinsi hormon var - testosteron. Məhz bu hormon kişini kişi edir (xarici görünüş, davranış və s.). Qadını isə qadın edən 1 yox, 2 hormon var - estrogen və proqesteron. Bu hormonlar qadının orqanizminə (və, o cümlədən, əhvalına) müxtəlif təsir edir. 1 ay ərzində bu hormonların səviyyəsi tədricən qalxır və düşür və məhz bu hormonal dəyişikliklər qadınları belə "dəyişkən", "məntiqsiz" edir.

Menstruasiya qurtardıqdan dərhal sonra qadının orqanizmində estrogen hormonun səviyyəsi daim artır, və bu hormon qadının orqanizmində hökm sürməyə başlayır. Bu ovulyasiya gününə kimi davam edir.

Estrogen qadın orqanizmində gedən bir çox proseslərə təsir edir. Estrogen qadının gözəlliyinə cavabdehdir və bu səbəbdən qadının orqanizmində estrogenin səviyyəsi artdıqda o, daha gözəl və cazibədar görünür. Bu zaman qadın özünü çox gümrah və fəal hiss edir, şən olur, nə isə dəyişmək, yaratmaq, hara isə getmək, qaçmaq istəyir. Bundan əlavə qadında libido artır, o, cinsi əlaqələrə daha çox maraq göstərməyə başlayır. Bu təbiət tərəfindən belə "proqramlaşdırılıb" ki, qadın ovulyasiya zamanı hamilə qala bilsin.

Ovulyasiyadan sonra digər hormon progesteron hökm sürməyə başlayır. Progesteron ovulyasiyadan dərhal sonra artmağa başlayır və bu proses menstruasiyaya kimi davam edir. Bu hormon da qadının orqanizmində baş verən ciddi dəyişikliklərə səbəb olur.

Qadının əhvalında da ciddi dəyişikliklər baş verir. Qadın daha sakit və təmkinli olur, həyat yoldaşından qayğı və diqqət görmək istəyir və özü da həyat yoldaşına qarşı daha mehriban və qayğıkeş olur, evdə, ailədə vaxt keçirməyi xoşlayır. Bu dövrdə qadınlar ev işlərinə daha çox vaxt ayırır, ailəsini yeni dadlı xörək və ya şirniyyatla sevindirməyi xoşlayır.

Menstruasiyadan əvvəl hormonların səviyyəsi düşür və bir çox qadınlarda (hamıda yox!) bu dəyişiklik özünü depressiya, ağlağanlıq, küsəyənlik, əsəbilik kimi əlamətlərlə büruzə verir. Qadının bunda günahı yoxdur. Bu günlər ərzində kişi qadını başa düşməyə çalışmalı, qadınla daha nəzakətli davranmalıdır. Menstruasiya başlandıqdan sonra qadının əhvalı da tədricən düzəlməyə başlayacaq.


Şərhlər: 9
Baxılıb: 1047
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ilk defedi bu barede oxuyurdum maraaqliydi
9 mart 2015 19:26
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ece uslu
mensturasiyadan evvel cox esebi oluram
25 yanvar 2015 01:48
# 8
emis
bütün günahlar hormonlardadı..
25 yanvar 2015 00:56
# 7
sona
Elbetdeki hormonlar bir bawa tesir edir ehvalimiza
24 yanvar 2015 19:13
# 6
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Qlamurr
Axırıncı abzasda düz vurğulanıb,menstruasiyadan əvvə çox əsəbi,aqresiv oluram,əzginlik,yorğunluq olur,olandan sonra 180 dərəcə dəyişirəm....demək ki,heç də hər şey özümüzdən asılı deyil,bütün günahlar hormonlardadı....tşk....
24 yanvar 2015 12:21
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Menstruasiya evveli ve sonrasi cox esebi gergin ve stresli oluram
24 yanvar 2015 11:12
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Qadınların əhvalı dəyişkən olur,sən demə bu hormonlardan asılıymış.
24 yanvar 2015 10:27
# 3
Luna-90
Qadinda 2 yox cox hormon var estrogen.progestron.prolaktin.testesteron.+3de var adi uzundu.
Qadinlar ayin 14 gunu normal sen.7 gunu esebi .7 gunu bilinmeyen sakit durgun olur . Qeyri adi mexluqlar
24 yanvar 2015 09:17
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
lili)
duz soze ne deyesen esrarengiz qadinlar
24 yanvar 2015 08:05
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz