Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlarda "kişi" hormonu
Qadınlarda
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2453
Səs ver:
Testosteron kişilərin əsas hormonu sayılır. Bu hormonun təsiri altında kişilərə xas olan bədən quruluşu, tüklənmə tipi, digər xüsusiyyətlər (xasiyyət, davranış, təfəkkür və s.) formalaşır.
Testosteron spermatozoidlərin hazırlanmasında iştirak edir, kişilərdə potensiyanı stimullaşdırır.
Lakin bu hormon tək kişi orqanizmində deyil, qadın orqanizmində də hazırlanır. Təbii ki, qadınlarla müqayisədə kişilərdə bu hormonun səviyyəsi xeyli yüksəkdir.
Testosteron həm qadınlarda, həm də kişilərdə orqanizmin bir çox orqan və sistemlərin fəaliyyətinə təsir edir. Testosteron əzələ toxumasının yığılmasına təsir edir. Məhz bu səbəbdən kişilərdə qadınlarla müqayisədə əzələ toxuması daha çox olur və daha tez yığılır. Qadınlarda isə piy toxuması daha çox olur. Məhz bu səbəbdən kulturizm, bodibildinq və s. buna oxşar idman növləri ilə məşğul olan qadınlarda əzələ toxumasının həddən artıq yığılması yalnız tərkibində testosteron olan xüsusi dərman preparatların köməyi ilə mümkündür.
Testosteron insanın əqli fəaliyyətinə də böyük təsir edir. Bu səbəbdən tanınmış fizik, riyaziyyatçı, kimyaçı, kibernetik və s. alimlərin arasında qadınlar ya heç yoxdur, ya da olduqca azdır.
Qadınlarda testosteron follikulun yetişməsinə təsir edir. Qadın orqanizmində testosteron hormonun səviyyəsinin artması sonsuzluğa, hamilə qadında isə dölsalmaya səbəb ola bilər.
Məhz bu səbəbdən sonsuzluqla bağlı həkimə müraciət edən qadını digər müayinə və analizlərlə yanaşı qanda testosteronun səviyyəsini təyin etməyə göndərirlər.
Qadınlarda testosteron hormonun səviyyəsinin artması "hiperandrogeniya" adlandırılır.
Bəzi simptomlar qadında hiperandrogeniyanın inkişafına işarə edə bilər:
-  menstruasiyaların qeyri-müntəzəm olması,
- artıq tüklənmə. Bu halda tüklənmənin artması qadınlar üçün xas olmayan yerlərdə - kürək və sinə nahiyəsində, üzdə müşahidə olunur.
- xasiyyətdə və davranışda dəyişikliklər (aqressivlik, seksual və fiziki aktivliyin artması və s.)
- dərinin quru olması,
- saçların yağlı olması və tökülməsi,
- güclü tərlənmə.
Hiperandroqeniyanın əsas səbəbləri:
- böyrəküstü vəzlərin (qadın orqanizmində bu vəzlər testosteron hazırlayır) fəaliyyətinin artması,
- irsiyyət,
- bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu.
Əgər analizlərin nəticəsində qadında hiperandrogeniya aşkar olunarsa, ona xüsusi hormonal müalicə təyin olunur.


Şərhlər:
Baxılıb: 2453
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz