Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vaginizmdən qurtulun
Vaginizmdən qurtulun
Göndərən: Narınc Rüstəmova
Şərhlər:
Baxılıb: 2423
Səs ver:
VAGİNİZM ÇARƏSİZ BİR XƏSTƏLİK DEYİL,BUNUNLA YAŞAMAYIN!

Vaginizm öz-özünə aradan qalxan bir problem deyil, mütəxəssisdən yardım alın!
Vaginizm zamanı vagina əzələləri cinsi əlaqə zamanı cinsi əlaqəyə imkan verməyəcək dərəcədə, sistemsiz olaraq yığılır.
Vaginizm 90-95 % hallarda dərmansız yalnız psixoterapiya vasitəsi ilə həllini tapan psixoloji problemdir.

Vaginizm nədir? Vaginizm xəstəliyi ön sevişmənin normal olmasına baxmayaraq, vagina əzələlərinin cinsi əlaqə zamanı cinsi əlaqəyə imkan verməyəcək dərəcədə, sistemsiz olaraq yığılmasıdır ki, bu yığılma nəticəsində cinsi əlaqə ya heç mümkün olmur, ya da həddindən artıq ağrılı olur. Bəzi qadınlarda bu əlamətlər təkcə cinsi əlaqə zamanı yox həm də ginekoloji müayinələr, eləcə də gigiyenik tamponlar qoyulması zamanı da özünü göstərir.

Qadınların əksəriyyətində bu əlamətlər ilk cinsi əlaqə zamanı ortaya çıxsa da, digərlərində normal cinsi həyatı olmasına baxmayaraq, keçirdiyi hər hansı bir infeksion xəstəlikdən, cərrahi əməliyyatdan və ya psixoloji travmadan sonra da yarana bilər.

Vaginizm xəstəliyinin səbəbləri nədir? Necə olur ki, orqanizmin bir hissəsi bizə "tabe” olmur?
Vaginizm xəstəliyindən əziyyət çəkən pasiyentlərimizin ultrasəs müayinəsində, hormonlarında və ya qan analizlərində bu xəstəliyə səbəb olacaq heç bir ciddi dəyişiklik aşkar edə bilmirik. Problemin kökü psixoloji faktorlardadır. Ən əsas faktor isə yeniyetmə qızların cinsi həyat haqqında bildikləri yalnış məlumatlar və qorxulardır.

Şəxsi təcrübəmizdə tez-tez rast gəldiyimiz qorxu, yalnış fikirlər və vaginizmə səbəb olacaq əlamətlərin bəzilərini sizin nəzərinizə çatdırırıq:
- Qızlıq pərdəsinin itirilmə qorxusu;
- İlk cinsi əlaqə zamanı çoxlu qan itirmə qorxusu;
- Vagina dəliyinin yerinin bilinməməsi;
- Həyat yoldaşını istəməmək və ya iyrənmək;
- Düşüncədə möhkəmlənmiş əxlaq dəyərləri;
- Genital nahiyəyə əvvələr dəyən sərt bir zərbə;
- Travmatik edilmiş ginekoloji müayinə və s.

Vaginizmin əlamətləri nədir?
Bu problem özünü pasientlərimizdə necə göstərir? Pasiyentlərimizin demək olar ki, əksəriyyətinin qeyd etdiyi bir şikayət cinsi əlaqə zamanı əlləri vasitəsi ilə həyat yoldaşını özündən itələməsidir. Cinsi əlaqə bəzən çox ağrılı olduğu üçün ancaq ön sevişmə ilə kifayətlənirlər. Təşviş, həddindən artıq çox davam edən qorxu və həyəcan hissi də bütün hallarda pasiyentlərimizi narahat edir. Zaman keçdikçə qadınlarda özünü günahlandırma, ağlama, kövrəlmə, ümidsizlik kimi əlamətlər də peyda olmağa başlayır. Ailədə yaşlıların tez-tez onlara verdiyi "uşaq varmı?” sualı problemi daha da dərinləşdirməyə başlayır.

Cinsi maariflənmənin aşağı olduğu cəmiyyətimizdə, təbii ki, vaginizm xəstələrinin də sayı düşündüyümüzdən daha çoxdur. Bu tip ailələr heç bir müalicə almadan ən yaxşı halda sadəcə ön sevişmə ilə kifayətlənərək ailə həyatlarını davam etdirirlər. Bir çox ailədə isə nəticə heç də həmişə belə olmur. Bu ailələr ilk 2 il ərzində heç bir nəticə olmadığına görə boşanırlar.

Vagizinizmin müalicəsi varmı?
Vaginizm 90-95 % hallarda dərmansız yalnız psixoterapiya vasitəsi ilə həllini tapan psixoloji problemdir. Bu problemi yaşayan ailələrin ən çox etdiyi səhv , "bir az vaxt keçşin, düzələr” düşünməsidir. Təəssüf olsun ki, vaginizm öz-özünə aradan qalxan bir problem deyil. Əksinə zamanla psixi gərginlik artdığı üçün problem daha da arta bilər. Bu problemdən əziyyət çəkən ailələrə tövsiyyəmiz utanmadan, çəkinmədən mütəxxəsisə müaricət etmək və qısa bir müddət ərzində problemlərindən azad olmaqdır. Nəzərə çatdırmaq lazımdır ki, vaginizm cinsi disfunksiyalar içərisində ən asan müalicə olunan problemdir.

Orxan Fərəcli
Psixologiya və Konsultasiya Mərkəzinin Klinik Psixoloqu


Şərhlər:
Baxılıb: 2423
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz