Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Döş xərçəngi nədir və nədən yaranır
Döş xərçəngi nədir və nədən yaranır
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 14709
Səs ver:
İndiki zamanda bir çox qadının qorxulu yuxusu halına gələn süd vəzi xərçəngi, hər 8 qadından birində görülür. Bir çox qadın döş xərçəngi olduğunu artıq hər şey çox gec olunda fərq edir.

Döş xərçəngi bir çox qadını təhtit edən bir xərçəng növüdür. İndiki vaxtda sıx və templi həyat, hormonlu qidalar, sağlıqsız qidalanma və artan spirt istehlakı üzündən məmə xərçənginə tutulma nisbəti artmış və yayılmışdır. Təəssüf ki, bir çox qadın döş xərçəngi olduğunu artıq xəstəlik çox irəlilədiyində ya da müalicə edilə bilməz bir hala gəldiyində fərq edir. Halbuki erkən diaqnozla məmə xərçəngi müalicəsində qəti bir nəticə alına bilər.

Döş xərçənginin ortaya çıxmasına səbəb olan faktorlar nələrdir:

-Erkən yaşda aybaşının olması,
-Gec yaşda Menapoza girmək (50 yaş və üstü),
  -Cinsiyət,
  -Hədsiz yağlı qidalanma və kilo,
-Gec yaşda doğum etmək ya da heç doğum etməmiş olmaq,
  -Əmizdirməmək,
-Normaldan iri döş toxuması,
-Hormonal dəyişikliklər (hormonaterapi),
-Ailənizdə kimdəsə məmə xərçənginin olması,
-Qadının özündə döş xərçəngi olması,
  -Yaxşı xasiyyətli məmə xəstəlikləri (fibroadenom),
-Spirt istehlak etmək (iki qədəh şərab və üstü),
  -Siqaret.

Bu faktorlar döş xərçənginin meydana gəlməsinə səbəb olar:

Cinsiyət: Şübhəsiz ki, məmə xərçənginə tutulmaq üçün ən əhəmiyyətli faktoru cinsiyyət meydana gətirər. Kişilərdə məmə xərçəngi görülmə riski qadınlara görə 146 qat daha azdır.

Yaş: Döş xərçəngi, yetkinlik dövründən əvvəl ortaya çıxmaz. İyirmi yaşından əvvəl ortaya çıxma ehtimalı olduqca azdır, qırx yaşın üzərindəki qadınlarda% 90-95'lik bir nisbətində meydana gəlir.

Ailə tarixi: Bir ailədə süd vəzisi xərçənginin daha çox ortaya çıxmasının səbəbi, ortaq genetik və ya ətraf faktorlarıdır. Bu faktorları bir-birindən ayırmaq olduqca gücdür.

Genetik: Ailəsində süd vəzisi xərçəngi olan bir xəstənin bu xəstəliyə tutulma potensialı ümumi orta 2-3 misli çoxdur ancaq bu vəziyyət adamın qəti bir şəkildə xəstə olacağını mənasını verməz, yalnız tutulma ehtimalı az daha yüksək olur.

Daha əvvəl məmə xərçəngi keçirmiş olmaq: Döş xərçəngi səbəbi ilə müalicə olmuş bir qadın xəstədə digər döşün də xərçəng olma riski hər il üçün təxminən olaraq 0,5%-i yüksəlməkdədir. Bu risk qrupuna daxil kəslər həyat boyu risk altındadır. Bu səbəblə də davamlı nəzarət altında olmalıdırlar.

Hormonlar: Kimi hormonların və xüsusilə də "östrojen" hormonunun məmə xərçəngi üzərindəki təsiri olduqca müzakirə edilən bir məsələdir. Östrojen xüsusi olaraq xərçəngə yol açdığı deyilə bilməz. Lakin hal-hazırda mövcud olan bir məmə xərçəngi, östrojen təsiri çox sürətlənməkdədir.

Erkən yaşda görülən aybaşı: Xüsusilə 12-13 yaş əvvəli aybaşısı başlayan qadınlarda, həyat boyu döş xərçəngi riski, daha gec aybaşı olan kəslərə nəzərən iki qat çox olmaqdadır.

Doğum: İlk doğum yaşı məmə xərçəngi riski baxımından əhəmiyyət təşkil edir. İlk doğumunu 18 yaşında və ya daha erkən yaşlarda reallaşdıran qadınlarda məmə xərçəngi ehtimalı, heç doğum etməyənlərin az qala yarısından daha az olmaqdadır. Heç doğum etməmək xərçəng riskini artıran faktorlardandır. İrəliləyən yaşlarda uşaq doğurmaq da yaşa görə riski artıran səbəblərdəndir.

Qidalanma nizamı və köklük: Xüsusilə həddindən artıq kalorili qidalanma nizamının məmə xərçəngi ilə əlaqəsi üzərində olduqca çox durulmuşdur. Döş xərçənginə tutulmuş xəstələrin əksəriyyətlə kilolu və iri quruluşlu olduqları müşahidə edilməkdədir.

Spirt və siqaret istifadəsi: Uzun müddət spirt ya da siqaret istifadəsi məmə xərçənginin riskini daha çox artırır.


Şərhlər:
Baxılıb: 14709
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz