Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlarda tüklənmənin səbəbləri
Qadınlarda tüklənmənin səbəbləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3389
Səs ver:
Kişilərlə müqayisədə qadınlarda bədənin bir çox hissəsini nazık yumşaq açıq rəngdə tüklər örtür.
Əgər qadında üz (çənə və üst dodağın üstü), sinə, qarın, bud, kürək, bel nahiyələrində qalın qara uzun tüklər əmələ gəlirsə, bu patoloji hal sayılır. Tibbdə bu "hirsutizm" adlandırılır.
Bu halda qadın mütləq endokrinoloqa müraciət etməlidir. Məsələ burasındadır ki, bir çox hallarda bunun səbəbi qadının orqanizmində baş verən hormonal pozulmalardır.
Əksər hallarda  hirsutizmin səbəbi qadın orqanizmində kişi hormonların artıq miqdarlarda istehsal olunmasıdır.
Normada qadın orqanizmində az miqdarda kişi hormonları (testosteron və diqidrotestosteron) istehsal olunur. Bu qadın orqanizmin normal fəaliyyəti üçün çox vacibdir. Yeri gəlmişkən, kişi orqanizmində də cüzi miqdarlarda olsa da qadın hormonları istehsal olunur.
Lakin qadın orqanizmində kişi hormonların səviyyəsi normadan artıq olduqda, bu bir çox pozulmalara yol açır - menstrual funksiyasının pozulması, sonsuzluq və s. Qadının xarici görünüşündə də müəyyən dəyişikliklər baş verir. Kişi hormonların artması qadınlarda həddən artıq tüklənməni stimullaşdırır. Bu halda qalın qara tüklər qadınlara xas olmayan nahiyələrdə (üz, sinə, qarın və s.) əmələ gəlir. Bundan əlavə qadın orqanizmində kişi hormonların səviyyəsi artdıqda qadının əzələ toxuması arta bilər ki, onun bədən quruluşu kişi bədən quruluşuna bənzəməyə başlayır, qadının səsi qalınlaşır, başın gicgah nahiyələrində saçlar seyrəlir və tökülür, süd vəziləri kiçilir.
Bəzi hallarda hirsutizm heç bir hormonal pozulmalarla müşayiət olunmur. Buna konstitusional hirsutizm deyilir. Buna səbəb irsiyyatdır. Bizim regionda belə konstitusional hirsutizmə tez-tez rast gəlinir. Belə halda qadına heç bir xüsusi müalicə tələb olunmur. Xoşagəlməz tüklərin yox etməsi üçün qadın kosmetoloqa müraciət etməlidir.
Lakin əksər hallarda hirsutizmin səbəbi hormonal pozulmalardır.
Qadın orqanizmində kişi hormonların səviyyəsinin artmasının səbəbləri:
- Qadınlarda menopauza (klimaks). Klimaks dövründə qadın hormonların istehsalı azalır, kişi hormonların istehsalı isə əksinə çoxalır. Məzh bu səbəbdən yaşlı qadınların üzündə "bığ" və "saqqal" əmələ gəlir.
- Bəzi dərman preparatların uzun müddət ərzində qəbulu. Qadınlarda bəzi bədxassəli xəstəliklərin müalicəsində kişi hormonları istifadə olunur. Bundan əlavə hidrokortizon, kortizol, interferon, streptomisin, hamiləlik əleyhinə olan preparatların və s. dərmanların qəbulu qadında tüklənməyə səbəb ola bilər. Adətən qadın bu dərmanların qəbulunu dayandırdıqda  tüklənmə  özü-özündən yox olur.
- Yumurtalıqlar və böyrəküstü vəzilərin patologiyaları və şişləri.
- Polikistoz yumurtalıqlar sindrom.
- Beyin şişləri.
- Qalxanvari vəzi fəaliyyətinin pozulmaları (hipotireoz).
Beləliklə əgər qadında həddən artıq tüklənmə inkişaf edirsə, ilk növbədə endokrinoloqa müraciət etmək lazımdır.
Təəssüf ki, bir çox qadınlar bu problemi kosmetoloqların köməyi ilə həll etməyə çalışır. Lakin qadında hormonal pozulma olduqda, ən müasir epilyasiya üsulu uzunmüddətli effekt verməyəcək. Əksinə olaraq vaxt keçdikcə tüklənmə daha da artacaq və bundan əlavə qadında müxtəlif və daha ağır pozulmalar inkişaf edəcək (menstrual funksiyasının pozulması, xarici görünüşün dəyəşilməsi və s.).
Endokrinoloq qadına lazım olan hormonal analizlər təyin edəcək. Hormonal disbalans aşkar olunduqda, qadına, bunun səbəbindən asılı olaraq, lazım olan müalicə təyin olunacaq. Müalicə nəticəsində tüklənmə dayanacaq. Lakin müalicədən əvvəl əmələ gəlmiş tükləri yox etmək üçün epilyasiyadan istifadə etmək lazımdır.


Şərhlər:
Baxılıb: 3389
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz