Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süd vəzinin xərçəngi
Süd vəzinin xərçəngi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3300
Səs ver:
Süd vəzisinin xərçəngi – qadınlarda çox təsadüf edilən bədxassəli şiş növüdür.

Süd vəzisinin xərçəngi təsadüf edilən şəxslərin əksəriyyəti isə menopauza və menopauzadan sonrakı yaş qrupuna daxil olan qadınlardır (klimaks və klimaksdan sonrakı dövr).

Süd vəzinin xərçəngi vaxtında müalicə edilmədikdə, şiş artaraq dəriyə və döş qəfəsinə də sirayət edir (yayılır). Limfatik damarlar vasitəsilə bədxassəli hüceyrələr yaxınlıqdakı limfa düyünlərinə və digər orqanlara da (ağ ciyərlər, qara ciyər, sümüklər, baş beyini) yayıla bilər.

Səhiyyənin və tibbin yüksək dərəcədə inkişaf etmiş ölkələrdə süd vəzinin xərçəngi ilkin dövrlərində aşkar edilir və müvəffəqiyyətlə müalicə olunur.

İndiyə qədər süd vəzisi xərçənginin əmələ gəlməsi səbəbləri tam şəkildə müəyyən edilməmişdir. Buna görə də süd vəzisin xərçənginin bu və ya digər qadında inkişaf etmə səbəbini dəqiq demək olmaz. Bu halda yalnız xəstəliyin yaranması və inkişaf etməsində bir sıra risk (təhlükə) faktorlarını qeyd edə bilərik:

- yaş faktoru (yaşın 50-55-dən artıq olması);

- irsiyyət faktoru (yaxın qadın qohumlarında bu xəstəliyin olması həmin qadında da süd vəzisi xərçənginin əmələ gəlmə təhlükəsini bir neçə dəfə artırmış olur);

- aybaşının erkən başlanması (13 yaşından əvvəl);

- ilkin hamiləliyin gecikməsi (30 yaşından sonra baş verməsi);

- menopauzanın (aybaşının kəsilməsi) gecikməsi (55 yaşından sonra baş verməsi);

- müxtəlif hormonal pozğunluqlar;

- sonsuzluq;

- endometriumun (uşaqlığın daxili qatı), yumurtalıqların xərçəng xəstəliyi;

- zərərli adətlərin olması (spirtli içkilərin qəbul edilməsi, siqaret çəkilməsi);

- piylənmə və maddələr mübadiləsinin pozulması.

Əfsuslar olsun ki, xəstəliyin açıq-aşkar əlamətləri əksər hallarda şişin çox gec dövrlərində üzə çıxır. Bu zaman artıq süd vəzisində bərkimiş, ağrısız düyün əmələ gəlir. Döş qəfəsinə sirayət etdiyi halda, həm şiş və həm də süd vəzisi hərəkətsiz olur. Şişin süd vəzisi sahəsindəki dəriyə sirayət etməsi dərinin deformasiya olunmasına, bir qədər içəriyə tərəf çəkilməsinə, xoralaşmasına, dərinin bəzi sahələrində limon qabığına bənzər sahələrin əmələ gəlməsinə (dəri şişkinləşir, üzərindəki xırda dəliklər genişlənmiş olur), vəzi giləsinin içəri tərəfə çəkilməsinə səbəb olur. Xəstəliyin digər əlamətlərindən biri də süd vəzisi giləsindən qan qarışıqlı ifrazatın olmasıdır. Xəstəlik zamanı limfatik düyünlərin də zədələndiyi halda, onların ölçülərinin böyüməsi səbəbindən qoltuqaltı nahiyədə ağrının baş verməsinə səbəb olur. Əlbəttə ki, xəstəlik bu dövrdə aşkar edilibsə, onun tam müalicə oluna biləcəyi ehtimalı olduqca azdır.

Süd vəzisi xərçənginin ilkin diaqnostikası üçün həkimlər 40 yaşından yuxarı olan qadınlara, ildə bir dəfə olmaqla, mammoqrafiya müayinəsi etməyi tövsiyə edirlər. Bu müayinə aybaşı dövrünün 5-ci günündən 12-ci gününədək olan müddətdə, menopauza dövründə isə istənilən gün aparıla bilər. Aparılan bu müayinələr şişin ən erkən dövrlərində aşkar edilməsinə imkan verir!

Mammoqrafiya - süd vəzisinin rentgen müayinəsidir. O, xüsusi - mammoqraf cihazı vasitəsilə aparılır. Süd vəzisini xüsusi altlıq üzərinə yerləşdirərək, üstündən xüsusi lövhə ilə sıxaraq rentgen şəkli çəkilir. Bu proses bəzən ağrılı da ola bilir.

Süd vəzisində hər hansı bir törəmə aşkar edilmiş olarsa, həkim tərəfindən biopsiya (şiş sahəsindən götürülmüş materialın hüceyrə səviyyəsində müayinəsi üçün) təyin olunur.

Süd vəzisi xərçənginin müalicə üsulunun seçilməsi onun mərhələsindən, qadının yaşından, şişin quruluşundan, onun inkişaf sürətindən, yumurtalıqların fəaliyyətindən asılı olaraq müəyyən edilir. Xəstəliyin müxtəlif dövrlərində mütəxəssislər tərəfindən cərrahi müdaxilə (xəstəliyin inkişaf mərhələsindən asılı olaraq süd vəzisi tam və ya hissəvi olaraq xaric edilir) üsulu, şüa və ya dərman müalicəsi (kimyəvi və hormonal) üsullarından istifadə edilir.

Xəstəlik nə qədər tez aşkar edilərsə, onun yayılması ehtimalı bir o qədər az, müalicəsi isə daha asan və effektli olur!

Bəs süd vəzisi xərçənginin profilaktikası necə olmalıdır?

Bunun üçün ilk növbədə aşağıdakılara riayət etmək vacib hesab edilir :

- ekoloji zərərli faktorlardan (şüalanma və s.) uzaq olun;

- yediyiniz qidalara diqqət yetirin; qidalandığınız məhsullara pomidor, kələm, meyvə və giləmeyvələr, soğan, paxlalar daxil etmək məsləhət görülür; bitki yağlarına daha çox üstünlük vermək də tövsiyə edilir;

- artıq çəki yığmamağa çalışın;

- spirtli içkilərdən və nikotindən uzaq olun;

- istənilən yaşda gücünüz yetərli olan qədər fiziki işlər görmək lazımdır;

- süd vəzisi sahələrinin ultrabənövşəyi şüalarla şüalanmasından qorunun;

- cinsiyyət üzvlərinin istənilən xəstəliklərini vaxtlı-vaxtında aşkar edərək müalicə edin;

- süd vəzilərinizin özünüz tərəfindən mütəmadi olaraq müayinə olunmasına, müəyyən yaşdan sonra isə, ildə bir dəfə olmaqla, mammoqrafiya müayinəsinin aparılmasına riayət edin.
Sağlam olun!


Şərhlər:
Baxılıb: 3300
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz