Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Menstruasiya haqqında bilinən bəzi səhvlər
Menstruasiya haqqında bilinən bəzi səhvlər
Göndərən: Glamurka Nemiska
Şərhlər:
Baxılıb: 5842
Səs ver:
Menstruasiya dövrü ilə əlaqədar ağızdan-ağıza yayılan məlumatlar zamanla doğru kimi qəbul edilir. Lakin menstruasiya dövrləri fərqli xüsusiyyətlər daşıyan dövrdür. Menstruasiya dövrüylə əlaqədar bir çox mif vardır.

Menstruasiya dövründə idman etmək olarmı?

Menstruasiya dövründə hər cür idmanla məşğul ola bilərsiniz. Menstruasiya dövründə edilən fiziki məşqlər ağrını sakitləşdirə bilir, hətta bəzən idman uşaqlığın ağrılı sıxılmalarını belə rahatlaşdırır. Bu səbəblə menstruasiya dövründə idman etmək təhlükəli deyil.

Tamponlar menstruasiyaya mane ola bilərmi?

Tampondan istifadə zamanı ən böyük qorxu tamponun menstruasiyaya mane olması ehtimalıdır. Lakin bu qorxu yersizdir, çünki tamponlar köpük kimidir və mayeni əmir. Tampon dolu olduqda maye tampondan keçərək çölə axar.

Menstruasiya sancıları doğumdan sonra keçə bilərmi?

Bəzi qadınlarda hamiləlik və əmizdirmə əsnasında dəyişən hormonlar ucbatından menstruasiya sancıları hamiləlikdən dərhal sonrakı dövrdə azala bilər. Hamiləlik və uşağın sayı artdıqca menstruasiya sancılarının azalma ehtimalı da artır. Ancaq endometriozla  bağlı menstruasiya ağrıları olan xanımlarda bir müddət sonra menstruasiya ağrıları yenə köhnə səviyyəsinə geri dönə bilər. Bu vəziyyətdə endometrioz xəstəliyinin diaqnozu üçün laparoskopik müayinədən keçmək lazımdır.

Menstruasiya dövründə hamilə qalmaq olarmı?

Ümumiyyətlə, yumurtlama dövrü menstruasiyanın birinci günündən etibarən 10-18 gün sonradır. Lakin nadir də olsa, daha erkən yumurtlamalar ola bilər. Bu səbəblə menstruasiya tam bitməmiş olsa da cinsi əlaqə hamiləliklə nəticələnə bilər.

Menstruasiya qadının ovulyasiya (yumurtlama) keçirdiyinə sübutdur!
Belə bir şey söz mövzusu deyil. Əgər qadınlarda ovulyasiya (yumurtlama) olmursa belə, hormonal dalğalanmaların nəticəsi olaraq nizamlı menstruasiya ola bilər. Eyni zamanda nizamlı menstruasiya olmağın səbəbi orqanizmdən atılan qanlar ola bilər. Nəticə olaraq bir qandının nizamlı menstruasiya olması onun ovulyasiya dövrünə girdiyi mənasını verməz.

Qadınlar hər menstruasiya dövründə birdən çox yumurtlama dövrü keçirə bilərlər

Yumurtlama hər menstruasiya dövründə yalnız bir dəfə olur. Ovulyasiyanın ikinci dəfə olma ehtimalı haradasa qeyri-mümkündür. Birdən çox yumurtlamanın yetkinləşdiyi hallarda, yumurtalar bir-birlərini 24 saat içində buraxır. Amma yuxarıda da ifadə etdiyimiz kimi, bu, demək olar ki, qeyri-mümkündür. Yəni hər qadının hər ay yalnız bir ovulyasiya dövrü vardır. Və hamilə qalmaq üçün bu tarixin bilinməsi lazımdır.

Hər qadının ovulyasiya tarixi (yumurtlama tarixi) menstruasiya tarixinin 14-cü günüdür

Başqa bir yanlış məlumat olan "Hər qadın 28 gün menstruasiya dövrü keçirir" əfsanəsi sayəsində belə bir düşüncə meydana gəlmişdir. Hər iki məlumat da səhvdir. Nə hər qadınının menstruasiya dövrü 28 gündür, nə də hər qadının yumurtlama tarixi menstruasiya dövrünün 14-cü günüdür. Qadınlarda menstruasiya dövrü 24-35 gün arasında dəyişir (bəzi hallarda daha da uzun çəkə bilər). Qadınların böyük əksəriyyətində menstruasiya dövrünün 11-ci günü ilə 21-ci günü arasında bir gün yumurtlama olur.


Şərhlər:
Baxılıb: 5842
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz