Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağrılı aybaşı nədən xəbər verir?
Ağrılı aybaşı nədən xəbər verir?
Göndərən: KRALİCEM
Şərhlər:
Baxılıb: 25357
Səs ver:
Menstruasiya nədir?
Əvvəlcə menstruasiya nədir və onun qadın həyatında əhəmiyyəti nədən ibarətdir sualına cavab tapmağa çalışaq. Mensturasiya qadın xəstəliyi olub,  uşaqlıq borusu vasitəsi ilə bədəndən hüceyrələrin və qanın xaric olunmasıdır. Mensturasiya qadının gələcəkdə hamilə qalması üçün böyük əhəmiyyət kəsb edən və müntəzəm olaraq hər ay müəyyən vaxtda baş verən bir prossesdir.
Bu prosses qadının orqanizmindən asılı olaraq 10-16 yaşlarından başlayır, təqribən 28 gün fasilə ilə hər ay 3-7 gün baş verir və 45-50 yaşadək davam edir. Bu zaman qadınlar 80-85 ml-dək maye itirir, onun da yalnız 35 ml-si qandır. Keçən əsrin 40-cı illərində qızlarda menstruasiya orta hesabla 16,5 yaşdan başlayırdı. Müasir dövrdə isə bu rəqəm 13 yaşa enib ki, bu da qızların sağlamlıq, qidalanma və gigiyena şəraitlərinin yaxşılaşmasından irəli gəlir.  Hamilə qadınlar isə müvəqqəti olaraq belə günləri yaşamırlar.
Aybaşı dövrü bütün xanımların ağır günləri hesab edilir, hətta dinlə məşğul olanlar belə günlərdə ibadətdən uzaqlaşırlar.

Menstruasiya və kəskin ağrılar
Qadınların bəzilərində şiddətli ağrılar olsa da, bir qisim xanımlar bu prosesi nisbətən yüngül keçirirlər. Hər üç qadından ikisi aybaşı və ya menstruasiya zamanı ağrı, zəiflik, ürəkbulanma, başgicəllənmə, halsızlıq kimi neqativ hallarla üzləşirlər. Tibbdə bu "alqomenoreya” (ağrılı menstruasiya) xəstəliyi adlanır. Alqomenoreya təkcə fiziki problemdən deyil, eləcə də ciddi xəstəliklərdən xəbər verə bilər.
14-45 yaş qadınların 60-70%-i arasında bu xəstəliyə rast gəlinir. Xüsusilə də yeniyetmələrdə ağrılı menstruasiya daha çox müşahidə olunur. Alqomenoreya 84%-də ürəkbulanma, 79%-də diareya, 23%-də başgicəllənmə, 13,5 %-də baş ağrıları, 16%-də isə ürəkgetmə ilə özünü göstərir. Adətən, ağrılar menstruasiyaya 1-2 gün qalmış başlayır və mensturasiyanın 3-cü günü azalır və ya tamamilə kəsilir. Bəzi qadınlar bu günlərdə iş qabiliyyətini  də itirirlər.  Alqomenoreya qadının fiziki, emosional və psixi vəziyyətinə mənfi təsir göstərir.
Alqomenoreyanın simptomları qarının alt tərəfi və bel nayihədə sancılı ağrılarla müşahidə olunur.
Ağrılı menstruasiya digər xəstəliklər kimi müalicə tələb edir. Yaxşı inkişaf etməmiş uşaqlıq (matka), onun düzgün yerləşməməsi kimi problemlər ağrılara gətirib çıxarır. Bu səbəblər uşaqlıqdan menstrual ifrazatın axmasına əngəl yaradır. Əgər ağrı mütəmadi yox, periodik baş verirsə, o zaman ağrı yaradan faktorlara diqqət yetirmək lazımdır. Psixoloji travmalar, fiziki işin çoxluğu, yorğunluq, psixoloji və ya əsəb pozğunluğu da ağrılara səbəb ola bilir. 40-50% qadınlarda ağrı genetik xarakter daşıyır.

Menstruasiya və psixoloji gərginlik

Artıq sübut olunub ki, yuxusuzluq, yorğunluq, stress, siqaret çəkmək, çoxlu miqdarda qəhvə qəbul etmək menstruasiya zamanı ağrılar yaradır. Aybaşı zamanı fiziki gərginlik, soyuqdəymə, dənizdə çimmək, cinsi əlaqə infeksiyaya yoluxma riskini artırır.
Ağrını aradan qaldırmaq üçün təkcə dərmanlara deyil, eləcə də xalq təbabətinə müraciət edib effektli nəticə əldə etmək olar:
-ayaqlara və qarnınıza isti quru dəsmal qoyun (bunu isti qum dolu torba ilə əvəz etmək də mümkündür);
-qarının aşağısına isti kompress etmək;
-3-5 boğazotu kökünü 10 stəkan qaynar suda dəmləyib, gündə 2 dəfə yarım stəkan olmaqla qəbul etmək; Həmçinin çobanyastığı, nanə dəmləmələri də ağrını aradan götürməyə kömək edir. Aybaşı zamanı yüngül idmanla məşğul olmaq da bəzi ağrıların azalmasına səbəb ola bilər.

Aybaşı pozğunluğu və ya sonsuzluga aparan yol?
Aybaşı ağrılarından təkcə qadınlar deyil, eləcə qızlarda çox əziyyət çəkir. Bəs bunun üçün gənc xanımlara nə tövsiyyə olunur? Kamal Abdullayevin Klinikasının ginekoloqu Aynur Bağırova ona tez-tez qızların müraciət etdiyini söylədi.
Qızlarda daha çox aybaşı pozğunluğu, ifrazatın qoxulu və çox olması, qaşınma kimi hallar özünü göstərir. Həkim A.Bağırova vaxtında bu problemlərin qarşısını almağın vacib olduğunu, aybaşı pozğunluğunun isə sonradan sonsuzluğa gətirib çıxara biləcəyinin mümkün olduğunu dedi. Aybaşı ilə bağlı problem yaşayan qızların əvvəlcə harmonlarının yoxlanması, USM-dən keçirilməsi, daha sonra diaqnoz qoyulub müvafiq dərmanlarla müalicəsinin aparıldığını söyləyən ginekoloq analara qızları ilə daha yaxından maraqlanmağı məsləhət gördü.
Menstruasiya zamanı xanımların gigiyena qaydalarına əməl etməsi çox vacibdir. Belə ki, bezləri tez – tez dəyişmək, dəyişən zaman yuyunmaq (çünki aybaşı qanı bakteriyalar üçün çox əlverişli mühitdir), gündə bir dəfə ilıq duş qəbul etmək bu qəbildəndir.
Menstruasiya dövründə qadının dözülməz ağrıları sonrakı problemlər üçün bir siqnaldır.  Gənc xanımlar üçünsə bir başa gələcəkdə yaşaya biləcəkləri ciddi ginekoloji problemlərin göstəricisi. Elə isə həkimə müraciət etməyi sabaha saxlamayın, sabah çox gec ola bilər.


Şərhlər:
Baxılıb: 25357
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz