Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aybaşı dövründə olan gecikmələrin səbəbi
Aybaşı dövründə olan gecikmələrin səbəbi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 15050
Səs ver:
Qadın sağlamlığı mövzusunda ən əhəmiyyətli mövzulardan biri adət dövrüdür. "Regl dövrü” ya da menstruasyon qanaması” kimi fərqli fərqli adlarla ifadə edilsə də bu müddətdə qadınları narahat edən ən əhəmiyyətli problem adət gecikməsidir. Bir neçə gündəlik gecikmələr normal qəbul edilərkən daha sıx yaşanan adət nizamsızlıqları miyom və kist ya da müxtəlif xəstəliklərə işarə edə bilər. Memorial Ataşehir Xəstəxanası Qadın Xəstəlikləri və Doğum Hissəsindən Dos. Dr. Arda Lembet adət nizamsızlığı haqqında məlumatlar verir.

Depresiv ruh halı və həddindən artıq iştah görülə bilər

Normal adət qanaması, 21-35 gündən bir olub, 2-6 gün davam edir. Bu adət qanamaları 20- 60 ml qan itkisii ilə nəticələnməkdədir. 7 gündən uzun sürən, 80 ml və ya daha çox qan itkisi olan, 21 gündən qısa və ya 35 gündən daha uzun aralıqda olan qanamalar anormal olaraq qiymətləndirilir. Hər qadında regl dövrü fərqli ola bilər. Bəzi kəslərdə heç bir əlamət olmazkən, kimilərində isə dəyişik dərəcədə adət əvvəli, gərginlik, əsəbilik, depressiya, yorğunluq, iştah dəyişiklikləri, bulanma, qusma, məmələrdə gərginlik, ağrı, qarında və bədəndə şişmə, sıx sidiyə çıxma, bel və sümük ağrıları ola bilər. Adət nizamında dəyişikliklər normal deyil

Hər bir qadın zaman-zaman adət nizamında gecikmələr ya da müəyyən zaman da qanamalar yaşaya bilər. Normal insan həyatında yaşanılan stresslər, çətinliklər, ani kilo dəyişiklikləri, idman, kədərlər kimi bir faktor adət nizamına təsir edə və nizamlı işləyən bu mexanizmdə dəyişikliklərə səbəb ola bilər. Adət nizamındakı dəyişiklikllərin heç biri normal deyil və araşdırılması lazımdır. Hər adət nizamsızlığı anormal olmasına baxmayaraq hər vaxt bir patologiyanı, kist, myomu ya da xərçəngi işarə etməz. Altda yatan anatomik bir patologiya olmadığı halda normal adət nizamında meydana gələn anormal qanamalara Disfonksiyonel Uterin Qanama (DUK) adı verilər. Burada əhəmiyyətli olan nöqtə qanama pozuqluğunu açıqlayacaq səbəbin tapılmasıdır.

Nizamsızlığın qaynağı təyin olunmalıdır

Adət nizamsızlıqlarının meydana gəlməsinin səbəbləri baxımından iki ana başlıqda qiymətləndirilməkdədir. Əvvəlcə nizamsız adət qanaması şikayətlənməsi mütləq bir qadın xəstəlikləri və doğum mütəxəssisi tərəfindən qiymətləndirməlidir. Müayinə əsnasında qanamağa səbəb ola biləcək faktorlar tək-tək nəzərdən keçirilir. Vagina, rəhm, yumurtalıqlar müayinə edilir və ultrasonografi ilə qiymətləndirilir. Eyni üsulla rəhm iç pərdəsinin qalınlığı (endometrial qalınlıq) ölçülməkdədir.


Şərhlər:
Baxılıb: 15050
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz