Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər qadının keçməsi vacib olan 10 müayinə
Hər qadının keçməsi vacib olan 10 müayinə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3688
Səs ver:

İndiki vaxtda ölümcül xəstəliklərin müalicəsi belə mümkündür. Ancaq bunu vaxtında bilsəniz. Qadınlar.Biz bunun üçün sizə hər qadının vaxtında mütləq etməli olduğu 10 test.


Mamografi ilə süd vəzi xərçəngində erkən diaqnoz.

Xüsusilə süd vəzi xərçəngi, ölümcül bir xəstəlik olmaqdan çıxdı. Bunun üçün qadınların 20 yaşından sonra hər iki məməsinə ayda bir dəfə nəzarət etməsi və 2-3 ildə bir həkim müayinəsindən keçməsi lazımdır. Məmə müayinəsində ən vacib mamografidi… Qadınlar, 40 yaşından etibarən hər il mamografi çəkdirməli və əgər birinci dərəcə qohumlarda süd vəzi xərçəngi varsa, ciddi təqib altında olmalıdır. Mamografidə, aşağı doza x-Rels, yəni iyonizan radiasiya çıxaran bir balon ilə məmə araşdırılır. Araşdırma üçün xəstə mamografi deyilən rentgen cihazının önünə oturdulur. Məmə x şüasına həssas bir lövhə üzərinə yerləşdirilərək sıxışdırılır. Ardından radiasiya verilərək, hər iki məmənin iç quruluşunun görünüşləri filmdə yaradılır. Mamografi, süd vəzi xərçəngini hələ ələ gələn bir kütlə olmadan, yəni əhənglənmə mərhələsindəykən təsbit edilə bilər. Bu sayədə süd vəzi xərçəngi çox erkən mərhələdə müalicə edilə bilir.


Tonometrə ilə korluğun qarşısı alınır.

Glokom, xalq arasında "göz təzyiqi” adıyla, sinir sisteminin pozulması səbəbindən korluğa səbəb ola bilən bir göz xəstəliydir. Dərman müalicəsi və lazer ilə korluğun qabağını almaq olar, ancaq bu da erkən diaqnoz ilə mümkündür. Korluq riskinə qarşı glokomun təkrarlanan müayinələrinə ən gec 40 yaşında başlanmalıdır. Ancaq ailədə glokom xəstəsi varsa bu testlər daha erkən yaşlarda aparılmalıdır. Göz içi təzyiqi tonometr olan cihazla yoxlanılır. Retina idarəsində, gözün arxa hissəsini görə bilmək üçün gözbəbəyi damla formasındakı dərmanlarla genişləndirilir. Göz içi təzyiqi, tonometrə cihazından idarəli bir şəkildə hava püskürdülməsiylə ölçülür.


Eforla ürək problemləri təyin olunur.

40 yaşını keçmiş hər qadın ildə bir dəfə kardiyoloji check-updan keçməlidir. Ailədə infakt hekayəsi olanlar üçün isə bu daha erkən yaşlarda başlanmalıdır. Efor testi, bu həyatı əhəmiyyət daşıyan check-upda müraciət edilən üsullardan biridir. Test, əksəriyyətlə qaçış bantında tətbiq olunur. Təxminən 10 dəqiqə davam edən test əsnasında ürək və ürək qapaqlarının vəziyyəti ilə işləyişi haqqında məlumat verən EKG davamlı izlənilir, müəyyən aralıqda damar təzyiqi ölçülür. Bu sayədə ürək və qan dövran sistemi xəstəlikləri də ciddi problemlər yaratmadan müalicə edilə bilir.


Smear ilə rəhm ağızı xərçənginə son.

18 yaşını tamamlamış və aktiv cinsi həyatı olan hər qadın ildə bir dəfə nizamlı olaraq pap smear testi etdirməlidir. Çünki bu test sayəsində ginekolojik xərçənglər arasında 2-ci sırada iştirak edən rəhm ağızı xərçəngi, çox erkən mərhələdə diaqnoz edilə bilir. Müayinə əsnasında, xüsusi bir fırça köməyiylə rəhm ağızı bölgəsindən hüceyrə sürün idisi alınır. İncə yayma texnikasıyla, rəhm ağızı xərçənginə gətirib çıxaran Human Papilloma virusu təsbit edilir.


İldə bir dəfə ultrasəs.

Qadın xəstəlilərində erkən bilmək üçün lazımlı və ən əhəmiyyətli üsullardan biri də vaginal ultrasəsdi. Şikayət olsun və ya olmasın hər qadın ildə bir dəfə ultrasəs müayinəsindən keçməlidir. Vaginal edilən ultrasəsdə, iç orqanlar daha dəqiq bir şəkildə izlənilir. Yumurtalıqları və rəhmi daha yaxşı görə bilmək üçün incə bir sonda vaginaya yerləşdirilir. Ekranda meydana çıxan görünüş, qadının sağlamlığı haqqında məlumat verir. Ginekolojik ultrasəs ilə qarın orqanları, xüsusilə də rəhm, yumurtalıqları detallı bir şəkildə qiymətləndirilir. Rəhmin quruluşu, mövqeyi, böyüklüyü, rəhmdən qaynaqlanmış şişlər, miyomlar müəyyən oluna bilir. Bunların yanında rəhm içi pərdə, yəni endometrium qiymətləndirməsi də edilir. Eyni şəkildə yumurtalıqların quruluşu, yumurta inkişaf etdirmə tutumları, yumurtalıq kistleri müəyyən oluna bilir.


İldə bir dəfə dəri xərçəngi müayinəsi.

Hər il nizamlı olaraq dermatoloji mütəxəssisinin qapısını döymək də, sağlamlıq üçün etdirilməsi lazım olan testlərin bir parçasıdır. Xüsusilə bədəndə olan çox sayda xallar və ailədə dəri xərçənginin olması, müayinənin əhəmiyyətini daha da artırır. Çünki xallar, ölümcül bir xərçəng növü olan melanom riski daşıyır. Melanomda yeni müayinə üsulu, dijital dermatoskopi üsuludu. Bu üsulda yağlanılmış dəri səthi işıqlı bir böyütmə təmin edən dermatoskop ilə araşdırılır. Bədəndəki xalların xəritəsi yaradılaraq nöqtəli lokalizasyonlar təyin olunur. Ardından hər bir xal üçün dermatoskopik görünüş alınır və yazılır. Beləcə bir sonrakı idarədə əldə ediləcək görünüşlə müqayisə etmə şansı təmin edilir. Bunların yanında dijital dermatoskop, xallarda izlənilən şübhəli dəyişiklikləri də göstərir. Bu test ilə dəri üzərindəki dəyişikliklər, xərçəngləşmədən təsbit edilə bilir.


Qan təhlilləri.

Nizamlı olaraq etdirilən qan təhlilləri, ümumi sağlamlıq vəziyyəti haqqında məlumat verir. Hər hansı bir şikayətlənmə olmasa da, insanlar 35 yaşından etibarən 2 ildən bir qan təhlili etdirilməsində fayda var. Damardan qan nümunəsni alındıqdan sonra laboratiyalarda qırmızı qan hüceyrəsi və ağ qan hüceyrələrinin vəziyyətinə baxılır, lökositler araşdırılır. Testlərdən alınan nəticələndirərə baxılaraq bədəndə infeksiya və allergik bir vəziyyət olub olmadığı təsbit edilə bilir. Xolesterol və qan şəkər dəyərləri haqqında məlumat əldə edilir.


Menopozda sümük sıxlığı ölçüsü əhəmiyyətlidir.

Menopoz ilə özünü göstərən sümük qırılmaları riski. Xüsusilə ailədə osteoporoz xəstəsinin varlığı, sümük mineral sıxlığı ölçümünün əhəmiyyətini artırır. Sümük mineral sıxlıq ölçümü, heç bir hazırlıq tələb etmədən, bədənə bir zərər vermədən, xüsusi kompüter proqramı və həssas ölçüm edən dansitometri cihazlarıyla edilir. Bu üsulla bədəninizdəki sümük sıxlığı ölçülərək sümük əriməsi riski təsbit edilir. Erkən diaqnoz sayəsində, irəli yaşlarda ciddi və həyati problemlərə gətirib çıxaran qırıqların meydana gəlməsi qarşısı alına bilər.


Ağız və diş sağlamlığı üçün tüpürcək testi.

Diş və diş əti xəstəlikləri, dünyada əhəmiyyətli sağlamlıq problemləri arasında iştirak edir. Dişlərdə ciddi bir problemlə qarşılaşmamaq üçün hər il nizamlı olaraq diş həkiminin qəbulunda olmalısınız. Diş və diş əti problemlərinin təsbitində, təbii bir qoruyucu olan tükürcəyin test dilmesi əhəmiyyətlidir. Testdə tüpürcəyin kimyəvi və mikrobioloji strukturlarına baxılır.


Kolon xərçənginin qarşısı alına bilər.

Kolon xərçəngi, ən sıx görünən xərçəng növləri arasında 3. sırada iştirak edir. Hiyləgər təhlükəli, xüsusilə 50 yaş və üzərindəkiləri təhdid edilir. Kolon xərçəngi qarşısı alına bilən xərçənglər arasındadır. Ancaq bunun üçün 50 yaşından sonra 2- 5 ildə bir nizamlı olaraq kolonoskopi üsulundan faydalanmalısız. Kolonoskopiyle qalın bağırsağın araşdırıla bilir. Çəkiliş əsnasında xəstələr tomoqrafiya cihazına yatırdılır və qalın bağırsağa hava verilərək iç bölgənin görülməsi təmin edilir. Əməliyyat sonunda verilən hava geri alınır. Kolonoskopi üsuluyla həkim irəlidə şişə çevrilə biləcək polipleri diaqnoz edə bilir. Poliplerin cərrahı üsullarla alınması sayəsində, kolon xərçəngi meydana gəlmə riskinin qarşısı alınmış olur.



Şərhlər:
Baxılıb: 3688
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz