Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mekteb yaşlıların Cinsi Terbiyesi
Mekteb yaşlıların Cinsi Terbiyesi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 11832
Səs ver:
 

 


Mekteb yaşlıların Cinsi Terbiyesi

Mektebeqeder ve kiçik mekteb yaşlıların cinsi terbiyesi

Cinsi terbiye yalnız cinsi heyatın esaslan ile tanışlıq, uşaqlara gigiyena adetlerini öyretmek ve onları kişi ve qadın orqanlarının anatomik-fizioloji xüsusiyyetleri ile tanış etmek deyil. O. exlaqi terbiyenin ayrılmaz bir hissesidir ve bir sıra pedaqoji ve xüsusi tibbi problemlerle elaqedardır. Cinsi terbiyenin kiçik yaşlarından başlanmasında meqsed insan şexsiyyetini düzgün terbiyelendirmek, ictimai ve exlaqi normaları, özünün psixoloji ve fizioloji xüsusiyyetlerini derk etmek ve buna göre öz cinsi ve müqabil cinsle optimal münasibet yaratmağa kömek etmekdir. Cinsi terbiye ictimai-exlaq prinsipleri ve gigiyenik teleblere uyğun olaraq inkişafda olan şexsiyyetlere — kiçik oğlan ve qızlara, genc oğlanlara ve qızlara onların rolunu, daha sonralar ise yalnız kişi ve qadın rolunu deyil. hem de er ve arvad, ata ve ana olmaq rolunu menimsemesine kömek etmelidir. Cinsi terbiyenin, ümumiyyetle, terbiye kimi ne şekilde ve ne hecmde, yaşa müvafiq olaraq uşağın şüuruna çatdırılacağı terbiyeçi terefinden nezere alınmalıdır. Düzgün cinsi terbiye vermek üçün böyük yaşlılar uşağın intimual inkişafının bütün dövrlerini ve intimuallığın normal ve patoloji tezahürlerini bir-birinden seçe bilmelidirler.

Cinsi terbiyeni de başqa terbiye formaları kimi mümkün qeder tez başlamaq lazımdır. Demek olar ki, o, uşağın heyatının 7—8-ci günlerinden başlayır, ona göre ki, doğum evinden körpeni onun cinsine müvafiq — oğlanı mavi, qızı çehrayı ve ya qırmızı yorğançaya büküb eve aparırlar. Demeli, ele buradan körpeye cins ferqi qoyulur ve bu günden onlara münasibet de cinse müvafiq şekilde olur. Üç yaşına çatmış körpe artıq özünün hansı cinse mensub olduğunu derk edir. Eker üç yaşlı qızının saçlarını darayıb heren ve saçın uçuna qırmızı lent bağlayan ana:


— Ah, sen nece de gözel qızsan, bu lent sene neçe da yaraşır, — dedikde ve yaxud 5 yaşlı oğlun uşaq bağçasına aparan ana yolda oğluna:— Axı sen kişisen, gerek qızları incitmeyesen, onları müdafie edesen, — dedikde, onların heç biri öz kiçik yaşlı uşaqlarına cinsi terbiye verdiklerini, yeqin ki, derk etmirler. Amma bu, heqiqeten cinsi terbiyenin temelidir.

"Sen oğlansan”, "sen qızsan”. Uşaqlar ilk vaxtlar valideynlerine inandıqları ve bir de geydikleri paltarlara göre bu cür fikirleri qebul edirler. Bezen kiçik yaşlı qızlara oğlan paltarı geydirdikde onlar özlerini oğlan hesab etmeye başlayırlar.

Elbette, öz cinsini derk etmekde uşaqlara yalnız paltarın tesiri olmur. Müxtelif oyunlar, oyuncaqlar, verilen hediyyeler hansı cinse mensub olduqları haqqında melumatlar verir ve bu onların zehninde hekk olunur. Biz valideynler, terbiyeçiler, müellimler ve etrafdakı başqa böyük yaşlılar hemişe öz davranışımızla uşaqlara onların hansı cinse mensub olduğunu xatırladırıq.

Uşaq her addımda özünün kim olduğunu etrafdan, xüsusile valideynlerinden eşidir: "Heç utanmırsan, sen ki, qız deyilsen, yeke oğlansan, amma şıltaqlıq edirsen, ağlayırsan”, "Sevinc, Hebibeni incitme. Sen ki, oğlan deyilsen!”, "Aybeniz, bir bax, gör baban sene ne yaxşı hediyyeler getirib, gelincik, balaca xörek qabları, indi sen öz gelinciklerine xörek hazırlaya bilersen”, "Çingiz, atan sene tapança, Raufa da tüfeng alıb”. Uşaqlar tez-tez beden quruluşu haqqında valideynlerine suallar verirler (Kiçik qardaşını (bacısı), çimdirerken onun beden quruluşundakı xüsusiyyetleri özününkü ile müqayise eden qız (oğlan) bu haqda anasına sualla müraciet edir:

— Bes mende niye yoxdur (ve ya var)? Bir qayda olaraq valideynler bele suallara cavab vermeyi xoşalmırlar ve çox vaxt hetta kobud cavab da verirler:— Kes sesini, utanmaz, bir de eşitsem… Bu ise, tebiidir ki, uşaqda bu meseleye marağı daha da artırır! O, bu meseleni xelvetde öz yaşından , ile müzakire edib melumat toplamağa çalışır.

Bezen uşaqlar ictimai yerlerde, qonaqlıqlarda bele suallarla valideynlerine, böyük yaşlılara müraciet edib (xoşa gelmeyen veziyyetin yaranmasına sebeb olurlar.

Söhbet ve suallara cavab yolu ile uşaqlar arasında intimoloji terbiye işi apardıqda aşağıdakı qanunlara riayet etmek lazımdır.
Verilen bütün suallara xeyirxah münasibet göstermeli: qışqırmaq, sualı yarımçıq kesmek, lağa qoymaq, xüsusile cezalandırmaq qeti suretde qadağandır. Eker müeyyen sebeblere göre yerindece suala cavab vermek müvafiq deyilse, söz vermek lazımdır ki, cavab sonra (bir saat sonra, seherisi gün ve s.) verilecekdir. Amma mütleq sualları cavabını söz verilen vaxtda vermek lazımdır.

Suallara ciddi münasibet göstermeli ve mütleq cavab vermek lazımdır. Müxtelif behanelerle — bu sual üçün sen hele balacasan, bu mesele seni maraqlandırmamalıdır ve s— cavabdan boyun qaçırmaq lazım deyil.

Uşaq özünün xelvetce verdiyi her hansı bir sualın başqalarına melum olmayacağına inanmalıdır (efsuslar olsun ki, çox vaxt müellimler de "pedaqoji mülahizelere göre” sirri saxlamırlar). Bir sözle sirrin gizli saxlanmasına emel edilmelidir.

Bütün suallara qısa ve birmenalı cavab vermek lazımdır. Cavablarda heqiqet ve ardıcıllığı gözlemek, sade sual-cavabdan mürekkebe doğru getmek, en esası ise hemişe heqiqeti demek lazımdır. Meselen, evvelce uşağın leylek terefinden getirildiyini deyib, bir ilden sonra heqiqeti » demek yaramaz. Uşaqların intimoloji terbiyesinin ailede valideynler arasında minimum, mektebde müellimler, valideynler ve hekimler arasında razılaşdırılmış maksimum proqramları olmalıdır. Maksimum proqramın heyata keçirilmesinde valideyn bilikleri universiteti, populyar ve xüsusi edebiyyat, mütexessislerin mühazireleri kömek ede biler.

Kiçik yaşlı uşaqlar üçün terbiyenin esası böyüklerle şifahi ünsiyyet, elece de onların şexsi münasibetlerinden götürülen deyerlerdir. Uşaqların yanında er-arvadın dostluq, mehribançılıq münasibetleri, danışıqda semimiyyet, yüksek medeniyyet uşaqlarda ve yeniyetmelerde öz izini buraxır ve onların gelecekde möhkem, medeni aile qurmaları üçün zemin yaradır.

Uşağın intimuallıq elementlerini derk etmek arzusunun qarşısını almağa çalışmaq valideynlerin en çox tekrar etdikleri sehvdir. Burada valideynler nezere almalıdırlar ki. Uşaqlar bu meseleye böyük yaşlardan ferqli olan istiqametde yanaşırlar.

Çox esassız olaraq valideynler uşaqların "ata ve ana”, "hekim ve xeste” oyunu oynamadan narahat olurlar. Mektebe qeder kiçik yaşlı uşaqlar öz oyunlarında böyükleri teqlid edir, onların bütün hereketlerini — "soyunmaq”, "uzanmaq”, bir yerde "yatmaq”, bir-birini "müayine” etmek kimi hereketlerini tekrar edirler. Buna göre böyükler narahat olur, uşaqlara bu oyunları qadağan edir, hetta bezen cezalandırırlar. Valideynler heç vaxt unutmamalıdırlar ki, qadağan ve ceza uşaqlarda hemin oyunlara marağı ve isteyi daha da artırır, bezilerinde münasibete qarşı neqativ münasibetin yaranmasına sebeb olur, tebii hissleri, fikirleri eyib, qadağan ve hetta natemiz hisslere, fikirlere çevirir. Bezi mütexessislerin fikrince qadınlarda cinsi soyuqluğun sebeblerini kiçik yaşlarda cinsi terbiyenin düzgün aparılmamasında araşdırmaq lazımdır.

Bütün bu qeyd olunanların tamamile eksine olaraq uşaqlara her şeyin icaze verilmesi, eyni zamanda böyük yaşlıların özlerini "çox serbest” aparmaları uşaqların diqqetini intimual cehetlere cemleşdire biler. Uşaqların valideynlerle bir yataqda olmaları tamamile yolverilmez haldır. Uşaqların böyük yaşlıları, xüsusile başqa cinse mensub yaşlıları çılpaq veziyyetde görmelerine de yol verilmemelidir. Eker tesadüfen bele veziyyet yaranarsa qışqırmaq, ses-küy salmaq lazım deyil. Bu zaman uşağa bir tapşırıq vermekle başını qarışdırıb, geyinmek lazımdır.

Çox vaxt kiçik oğlan uşaqların cinsiyyet üzvünde gerginlik ereksiya veziyyeti yaranır, bu ise valideynleri narahat edir. Bele veziyyet adeten sidik kisesinin dolması ile, bezen de sidik-cinsiyyet üzvlerinde baş veren iltihabın neticesinde olur. her halda bunun intimuallıqla heç bir elaqesi yoxdur ve eker kenardan bunu uşağa pis şekilde izah etmeseler o, özü buna ehemiyyet vermez. Valideynler uşaqları ele öyretmelidirler ki, onlar yataqda qollarını yorğanın altında yox, üstünde saxlasınlar, yatanda pijama ve ya uzun keçe köyneyi geysinler, yatmamış-dan evvel sidik kisesini boşaltsınlar. Uşaqları tumansız yatırtmaq düzgün deyil. Çünki bezi bağırsaq qurdları geceler düz bağırsaqdan çıxıb anusun etrafına öz yumurtalarını qoyurlar ki, bu da orada qaşınma, gicişme emele getirir. Eker uşaq tumansız yatıbsa o yuxulu veziyyetde, qaşınan nahiyenin elleri ile sürtür, sonra qurd yumurtalarını barmaqlar ile ağzına keçirerek özünü tekrar yoluxdurur. Bundan elave qurd yumurtalan etrafa yayılıb başqalarının da yoluxmasına sebeb olur. Uşağı tumansız yatdıqda yuxuda ellerini cinsiyyet üzvüne toxundurur, onu elleri ile oynadır ki, bu da onanizme adet etmeye

 



Şərhlər:
Baxılıb: 11832
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz