Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
5 addımda qripdən qorunun!
5 addımda qripdən qorunun!
Göndərən: Dilaycan
Şərhlər: 7
Baxılıb: 203
Səs ver:
Soyuqdəyməyə qarşı C vitamini
Qripin əlamətləri özünü birinci üşütmə, soyuqdəymə şəklində göstərir. Və bu zaman ən yaxşı müalicə C vitaminli qidalar qəbul etməkdir. Çünki C vitamini antioksidandır və immuniteti gücləndirir. C vitamini bədənimizdə olmadığı üçün hər gün qidalarla onu qəbul etməliyik. Bu vitamin limon, portağal kimi narıncı qidaların, qırmızı və yaşıl bibər, cəfəri, pomidorun tərkibində çox olur.

Sağlam bağırsaqlar və güclü immunitet ilə qripə qalib gəlin
İmmunitetin güclü olmasının əsas səbəbi sağlam bağırsaqlardır. Buna görə də gündəlik qidalanmada ayran, qatıq və kefir qəbul etmək yaxşı olar. Xüsusən də, axşam yatmazdan əvvəl bu qidaları qəbul etmək daha təsirlidir.

Bol-bol su için
Havalar soyuyur deyə içdiyiniz suyun miqdarını da azaltmayın. Bu haqda əvvəlki yazılarımızda bəhs etmişik. Və qriplə mübarizədə də su özünü göstərir. Su bədənin istiliyini tənzimləyir və böyrəklərin düzgün işləməsini təmin edir.

Payız depressiyasına qidalanma ilə cavab verin və qripdən azad olun
Payızı soyuq, küləkli, yağışlı və xəstəliklərinə görə, adətən, depressiya fəsli kimi təqdim edirlər. Amma bu doğru deyil. Depressiya kimi qəbul edilən vəziyyəti beyindən atmaq üçün sadəcə və sadəcə yaxşı qidalanmaq lazımdır. Əsasən də ruh düşkünlüyü B vitaminləri qrupu çatışmayanda yaranır. Bu vitaminlər qrupu ət, dəniz məhsulları, yumurta və pendirdə bol-bol var. Payızla balıq mövsümü də başlayıb, buna görə də artıq həftədə 2 dəfə balıqla qidalanmaq gərəklidir. Çünki balığın tərkibindəki omega-3 immuniteti gücləndirir və qripə yoluxma halı azalır.

Hər qidanı mövsümündə yeməli
Hər zaman mövsümə uyğun qidalar qəbul etmək daha çox fayda verir. Çünki həm bədən təbii qidalarla qidalanır, həm də ehtiyacı olan vitaminləri, mineralları təbii şəkildə qəbul edir.

Qripə yoluxmamaq üçün payızda hansı aylarda hansı qidalar qəbul edilməlidir?

• Payızda yeyilməli olan vacib qidalar: kök, xiyar, təzə lobya, yaşıl bibər, badımcan, göbələk, qarğıdalı, nanə, cəfəri, reyhan, boranı, pomidor, soğan, şaftalı, üzüm, əncir, təzə qoz, fındıq.

Oktyabrda
Yeyilməsi vacib olan tərəvəz və meyvələr: kök, xiyar, yaşıl bibər, badımcan, qırmızı bibər, yer alması, gül kələmi, kələm, nar, üzüm, əncir, armud, şabalıd, fındıq, qoz.

Noyabrda
Yeyilməsi vacib olan tərəvəz və meyvələr: kələm, kərəviz, kök, gül kələmi, ispanaq, boranı, yer alması, soğan, nanə, cəfəri, kahı.

P.S. Əgər qripə yoluxmusunuzsa təzə nanəni qaynadıb, içinə də limon əlavə edərək gün ərzində bol-bol için. Nəticəni isə tez bir zamanda görəcəksiniz.


Şərhlər: 7
Baxılıb: 203
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
MODABAZ
Nane coox xeyır edırrr qrıp ıdım ıcdım wukur bır az kecıb
19 noyabr 2016 17:30
# 7
Heyata daim gulmek lazimdii
canr
Çox faydali xeberdi
19 noyabr 2016 15:06
# 6
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
vipbetul
lazimli meslehetdir
19 noyabr 2016 14:09
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Mən şükür qrip olmuram 1 ildən bir oluram
19 noyabr 2016 13:57
# 4
Cindrella
Naneni qaynadim icmeyi sevirem.
19 noyabr 2016 11:51
# 3
Efsuw2016
Imunitetim zeyifdi BARBI canim sene gozel meslehrt
Bas sogani dilimle birdilimleri bir tarelkaya yig her dilimin arasinada 1az seker tozu qat 1gece qalsin suyu cizacaq soganin 1gun her yemeyden sora 1cay qasigi ic sinamisam cox ela usuldu 07
19 noyabr 2016 10:00
# 2
Ailemi sevirem
BARBI
Bu aralar tez tez qrip oluram.Cox pis virusdur.Naneni mende edirem
19 noyabr 2016 05:50
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz