Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailədaxili münaqişələrin yeniyetmə tərbiyyəsinə təsiri
Ailədaxili münaqişələrin yeniyetmə tərbiyyəsinə təsiri
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1251
Səs ver:


Hal-hazırkı cəmiyyətdə boşanmaların sayı artmaqdadır. Ancaq valideynlərin bir çoxu aralarında olan münaqişələrin yeniyetmələrə necə təsir etdiyindən qafildirlər.

Yeniyetməlik zamanı insanda dəyişikliklər yaranar. Həm hisslərində, həm meyllərində, həm istəklərində, həm də təsəvvürlərində dəyişikliklər baş verir.

Yeniyetmə yeni həyata atılmaq üçün uşaqlıq fikirlərindən ayrılmalı və yeni məharətlər əldə etməyə çalışmalıdır. Bu dəyişliklər yeniyetmənin mənliyində də dəyişikliklər yaradır. Ancaq agah valideynin köməyi olmadan yeniyetmə bu dəyişiklikləri müvəffəqiyyətlə geridə qoya bilməz. Yeniyetmə ətrafındakılarla ünsiyyət bağlamaq üçün valideynin yardımına ehtiyac duyur. Yeniyetmə cismində olan bu sürətli dəyişikliklərə görə özünə qapanır və ətrafdakılardan qaçır.

Yeniyetmənin hissləri o qədər şiddətlənir ki, həqiqətdən uzaqlaşa və həyatı yuxuya çevrilə bilər. İdeallarını təqlid edərək, öz meyllərini razı salar. Cismi inkişafı ilə yanaşı, zehni də inkişaf edir.

Ailə uşağın hərtərəfli inkişafında ən təsirli tərəfdir. Ona görə də ailədə baş verən hər bir münaqişə yeniyetmənin həm ictimai, həm əxlaqi, həm mədəni vəziyyətinə mənfi təsir qoyur. O ailələrdə ki, daha çox çəkişmə vardır, yeniyetmə daha çox zərər görər. Yaşıdları ilə daha çox problemlə üzləşər. Ata və anasının davasına şahid olan yeniyetmənin rəftarında da dəyişikliklər əmələ gələr.

Alimlərin tədqiqatı göstərmişdir ki, o ailələrdə ki, daha çox dava olur və uşaqlar da buna şahid olurlar, bu davaları müsbət hal kimi qiymətləndirib, gələcək həyatlarında onlar da valideynlərinin bu təcrübəsini davam etdirirlər. Valideyn çalışmalıdır ki, övladından bu söz-söhbəti gizlətmək yerinə, müsbət həll yolunu ona başa sala bilsin. Əgər valideyn səs-küylü davalarını sahmana salmasa, yeniyetmədə bu cür vəziyyətlərə qarşı üsyan yaranır. Bəzən bunu sözdə və bəzən də əməldə büruzə verir. Yaşıdlarına, müəllimlərinə və valideynlərinə qarşı kobud davranır və valideyn kimi söhbət etməyə və rəftar etməyə başlayır.

Elmi tədqiqatlar göstərir ki, ailədə əgər fiziki münaqişə də baş verirsə, yeniyetmə başqa yeniyetmələdən daha çox fiziki kobudluq göstərməyə meyilli olur. O yeniyetmə qızlar ki, ailə münaqişəsinə şahid olurlar, əxlaqsızlığa tərəf daha çox can atırlar.

Boşanma

Boşanma da öz növbəsində həm uşaqlara və həm də yeniyetmələ öz təsirini qoyur. Elmi mütaliələr göstərir ki, bir yeniyetmənin təbii inkişafı zamanı: bağlılıqlarını azaltmağı, müstəqillik əldə etməyi, şəxsiyyətin formalaşması və kamil bir insan kimi yetişməsi ziyan görür. Ailəsinin boşanma məsələlərinə başı qarışmış yeniyetmələr ailələrindən və valideynlərindən ayrıla bilmirlər. Bu cür uşaqlar böyüyən zaman daima ailə qurmaqdan qorxarlar. Bu da onların ətrafdakılarla müsbət rabitə qurmaq şansını azaldar.

Əgər boşanma zamanı və ya ailə münaqişələrinin tez-tez baş verdiyi ailələrdə yeniyetmə övladınızın zərər çəkməsini istəmirsinizsə, ona diama diqqət göstərin. Onu sevginizlə əhatə edin. Öz probelmlərinizin dalınca getdiyiniz üçün onu yaddan çıxartmayın. Əgər valideyn bu zaman övladına enerji və ya vaxt ayırarsa, o, daha az zərər görər.

 

Hazırladı: PURE LOVE



Şərhlər:
Baxılıb: 1251
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz