Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təzyiqi dərmansız aşağı salırıq. HƏKİMLƏRİN TÖVSİYƏLƏRİ
Təzyiqi dərmansız aşağı salırıq. HƏKİMLƏRİN TÖVSİYƏLƏRİ
Göndərən: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 279
Səs ver:
Arterial təzyiqin xroniki qalxması orqanizmə ciddi ziyan vurur və bir çox pozulmalara yol açır.

Bu səbəbdən özünüzdə tez-tez arterial təzyiqin artmasını müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin. Həkim arterial təzyiqin qalxmasının səbəbini araşdıracaq və bu səbəbdən asılı olaraq sizə lazım olan müalicə təyin edəcək.

Təzyiqi dərmansız aşağı salırıq. HƏKİMLƏRİN TÖVSİYƏLƏRİ


İnsanda arterial təzyiqin qalxmasına bəzi xəstəliklər səbəb ola bilər. Bu xəstəliklər arasında:
- Böyrək xəstəlikləri (piyelonefrit, qlomerulonefrit).

- Qalxanvari vəzi xəstəlikləri (tireotoksikoz).

- Böyrəküstü vəzilərin şişləri.

- Ateroskleroz.

- Bəzi ürək və damar xəstəlikləri (ürək qüsurları və s.).

- Baş və onurğa beyini xəstəlikləri və travmaları və s.

Lakin bəzən tam sağlam insanlarda arterial təzyiq tez-tez səbəbsiz olaraq qalxır. Belə insanlar həkimlərə müraciət edir, müayinələrdən keçir və s., ancaq təzyiqin qalxmasına səbəb olan amil aşkar olunmur. Həkimlərin müşahidələrinə görə, bir çox hallarda belə insanlara heç bir xüsusi müalicə tələb olunmur. Sadə qaydalara əməl etməklə onlar təzyiqini normaya sala bilərlər.

Həkimlərin tövsiyələrini sizə təqdim edirik:

1. Duzun qəbulunu azaldın!

Müasir insanlar həddən artıq çox miqdarda duz qəbul edir. Duz böyrəklərin fəaliyyətini çətinləşdirir və orqanizmdə mayeni saxlayır ki, bu da ödemlərə və təzyiqin qalxmasına səbəb olur.

Bu səbəbdən təzyiqiniz qalxırsa, duzun qəbulunu azaldın. Duzlu, hisə verilmiş qidalar, müxtəlif şorabalar, konservlər, kolbasa-sosis, fast-fud qidaları, çipsi qidalanmadan çıxarılmalıdır. Qidalara daha az miqdarda duz əlavə edin (qida şit olmalıdır). Bir müddətdən sonra siz belə qidalara öyrəşəcəksiniz. Gün ərzində 1 çay qaşığı duzla kifayətlənin.

Nəzərinizə çatdıraq ki, duzdan tam imtina etmək olmaz. Bu da sağlamlığımız üçün ziyanlıdır.

2. Axşam saatlarında qida, çay və spirtli içkiləri qəbul etməyin!
İnsan qidanin əsas hissəsini səhər və günorta saatlarında qəbul etməlidir. Bu halda qida ilə orqanizmə daxil olan kalorilər daha tez sərf olunur, həzm prosesləri normal gedir, orqanizm isə yüklənmir. Axşam saatlarında qəbul olunan qida isə (xüsusilə yatmazdan əvvəl) yalnız artıq çəki və arterial təzyiqinin qalxması kimi problemlərə səbəb olacaq. Şam yeməyi mümkün qədər yüngül olmalıdır (məsələn, salat və ya sıyıq, yoqurt, meyvələr, kefir və s.).

Axşam saatlarında çayın, suyun həddən artıq qəbulu təzyiqin artmasına səbəb olur. Artıq maye böyrəkləri yükləyir ki, bu da təzyiqin artmasına səbəb olur.

3. Daha çox hərəkət edin!
Həkimlərin müşahidələrinə görə, azhərəkətli həyat tərzi hipertoniyanın əsas səbəblərindən biridir. Əgər insan günün bir çox hissəsini oturursa, qanın damarlarda hərəkəti çətinləşir, qan daha "ağır" hərəkət edir, damarlar gərginləşir və bu da təzyiqin artmasına gətirib çıxardır.

Bu səbəbdən insan gün ərzində daha çox hərəkət etməlidir - piyada gəzməli, bədən tərbiyəsi ilə məşğul olmalı, daha az uzunmalı və oturmalıdır.

Üzgüçülük, yoqa təziyiqi çox yaxşı salır.

4. Kifayət qədər yatın və dincəlin!
Normal gecə yuxusu insanın sağlamlığı üçün olduqca önəmlidir. Əgər insan gecələr müxtəlif səbəblərə görə (iş, təhsil, yuxusuzluq və s.) yatmırsa, onun endokrin sisteminin fəzliyyəti pozulur. Hormonal pozulmalar isə bir çox hallarda təzyiqin qalxmasına səbəb olur.

Həkimlər müşahidələrinə görə, gecə vaxtı 6 saatdan az yatan insanlarda hipertoniyanın riski artır.

Müasir insanların bir çox hissəsi həddən artıq çox işləyir, yorulur, daim gərgin olur. Gərgin insanın orqanizmində damarlar da gərginləşir və bu da təzyiqin artmasına səbəb olur. Gün ərzində dincəlmək üçün vaxt tapın - mütaliə edin, uzanıb sakit müsiqiyə qulaq asın, açıq havada gəzin və s. Bu gərginliyin azalmasına kömək edəcək.

5. Neqativ xəbərlərdən uzaq olun!
Televizor, İnternet və s. kütləvi informasiya vasitələri gün əzrində insana çoxlu sayda neqativ məlumatları təqdim edir (qətl hadisələri, qəzalar, müharibələr və s.). Belə məlumatlar insanın sinir sistemində gərginlik yaradır, onu daim stress vəziyyətdə saxlayır. Bu isə, təbii ki, təzyiqin artmasına səbəb olur.

6. Düzgün qidalanın, artıq çəki yığmayın!
Piylənmə hipertoniyanın və bir çox digər pozulmaların əsas səbəblərindən biridir.

Təzə meyvə və tərəvəzlərin qəbulu ürək əzələsinə və qan damarlarına çox müsbət təsir edir, onların sağlamlığını qoruyur. Çuğundur və çuğunduq şirəsi, sitrus meyvələri, sarımsaq, qara qarağat, itburnu dəmləməsi damarlar üçün xüsusilə xeyirlidir.

Bundan əlavə insanın qidalanmasında kalium və maqnezium mineralları ilə zəngin olan qidalar olmalıdır. Bu iki mineral ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir. Qarabaşaq, yulaf yarmasından sıyıqlar, lobya, ərik və qara qavalı qurusu, xurma, badımcan, göyərti, qoz-fındıq bu minerallarla zəngindir.

Nəzərinizə çatdıraq ki, sadaladığımız qaydalara daim əməl etmək lazımdır. Yalnız bu halda təzyiqiniz normal səviyyədə olacaq.

sağlamolun.az


Şərhlər: 2
Baxılıb: 279
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Tezliqi qaldiran sstresdir.Tezliyiqi istiotlu ve duzlu yemeklerde qaldirir.Bunnan uzaq olun
5 oktyabr 2016 12:48
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
faydali melumatdir
5 oktyabr 2016 11:34
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz