Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səhər vaxtı ac qarına soyuq su içmək düzgün deyil
Səhər vaxtı ac qarına soyuq su içmək düzgün deyil
Göndərən: Pure Love
Şərhlər: 3
Baxılıb: 294
Səs ver:
Səhər yuxudan duran kimi acqarına su içməyin orqanizmə faydalı olduğu çoxlarına məlumdur. Bəzi iddialara görə, suyu soyuq içmək daha xeyirdir. Türkiyəli həkim Fevzi Özgönül isə səhər yeməyindən öncə çox soyuq və ya isti su içənlərə xəbərdarlıq edib.

F. Özgönül ilk növbədə çəki azaltmaq və ya maddələr mübadiləsini sürətləndirmək məqsədi ilə səhər yuxudan oyandıqdan sonra soyuq su içməyin səhv addım olduğunu vurğulayır. Həkim normal insanın bədən istiliyinin 36-37 dərəcə olduğunu xatırladır. Bu halda daxili orqanlar 10-12 dərəcə fərqə qədər problem yaratmaz, lakin fərq daha çox olsa, zərər görməyə başlaya bilər: “Əgər bədəninizi sevirsinizsə, onu isti yataqdan bir vedrə buz kimi su tökərək oyandırmayın. Həzm sistemini ana şəfqəti ilə oyandırmaq əvəzinə, üzərinə bir vedrə soyuq su tökərək oyandırmaq düzgün deyil. Soyuq su içsəniz, bədən temperaturu ilə suyun temperaturu arasındakı böyük fərq səbəbindən mədə sıxılar və suyu daha çox zədə yaratmasın deyə bağırsağa keçirməz. Soyuq, ya isti su mədə içərisində qaldığı üçün burdakı turşu sekresiyasına da pis təsir edərək, həzmi zəiflədər. Belə olduqda isə rahat səhər yeməyi yemək əvəzinə narahatlıq yaşayarsınız. Siz bunda yediyiniz qidanı günahlandıra bilərsiniz, lakin əsl günahkar heç düşünmədən yalnız çəki azaltmaq üçün bədəninə pis davranan sizsiniz”

Həddindən artıq isti içkilər eyni reaksiyaya səbəb ola bilər. Buna görə də nə içmək istəyirsinizsə, bunun istiliyi bədən istiliyindən 10-12 dərəcədən çox isti və ya çox soyuq olmamalıdır.

Həkim bildirir ki, bədənin artıq çəki almasına səbəb olan göbək, omba və budlarda yağ halqası sizi qorumaq üçün meydana gəlir. Misal üçün, ayaq biləyiniz burxulduqda şişdiyi kimi: “Əgər siz həzm sisteminizi gücləndirsəniz, sağlam qidalandırsanız, toxumalar yenidən əvvəlki sıxlığına və sağlamlığına qovuşar. Siz də ideal bədəninizə və çəkinizə qovuşarsınız. Bu səbəbdən də bədəninizlə pis davranmaq, ac qoymaq əvəzinə ona nəvazişlə yaxınlaşıb sanki körpəyə qulluq edirmiş kimi ehtiyaclarını qarşılasanız, hədəfinizə daha tez çatarsınız”.


Şərhlər: 3
Baxılıb: 294
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
qonaqa
su icirem hetta cox amma seherler yox bunu bilmek maraqlı idi.Anam arıqlanmaq ucun su icirdi men ona deyerem ki c=xeberi olsun
21 sentyabr 2016 21:22
# 3
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
lale.veliyeva19
Elədə çox su içən deyiləm səhərlər məktəbə gedəndə şirinçayı zornan yiyirəm o ki qalsın su içmək
21 sentyabr 2016 20:56
# 2
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

vipbetul
men su ixirem mene gorese faydalidir
21 sentyabr 2016 10:20
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz