loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Payız xəstəlikləri üçün çarələr
Payız xəstəlikləri üçün çarələr
Göndərən: Pure Love
Şərhlər: 5
Baxılıb: 318
Səs ver:
Qrip:
Qrip virus mənşəli xəstəlikdir. Məlahət Qəhrəmanovanın sözlərinə görə, müxtəlif bakteriyalar bu xəstəliyə qoşulduqdan sonra irinləmə tezləşir və fəsad çoxalır: «İndi qripin və digər qış xəstəliklərinin tüğyan etdiyi vaxtdır. Qrip yaşından asılı olmayaraq hər bir insana tez yoluxan bir xəstəlikdir. Qrip həm də orqanizmdə cürbəcür xəstəliklərin təməlini qoyur. Çoxları qripə ciddi yanaşmırlar. Hətta insanlar arasında belə bir söz də var: «Qripi müalicə etsən də etməsən də 7 gün çəkir». Onun gəldi-keçər bir xəstəlik olduğunu düşünüb, o qədər də çox ciddi qəbul etmirlər. Ancaq unutmaq olmaz ki, qrip faringit, sinuzit, haymorit kimi xəstəliklərin başlanğıcıdır, həm də böyrək patalogiyası yaradır. Buna görə də qripə başdansovdu yanaşmaq olmaz. Xəstəlik zamanı ağciyər həssaslaşır. Bu zaman xəstənin orqanizmi zəifdirsə, rütubətli şəraitdə çalışırsa, normal qidalanmırsa o, vərəmə də yoluxa bilər. Qripin ən məşhur yoluxma səbəbi ortaq istifadə edilən əşyalardır. Buna görə də qrip adamdan uzaq gəzməli, onun əli dəyən əşyalardan istifadə etməməlisiniz».

Müalicə:
· 2 limonu və 2 diş sarımsağı sürtgəcdən keçirin. Alınan kütləni, 1 litr qaynanmış və soyudulmuş suda qarışdırın. Alınmış məhlulu qaranlıq yerdə (otaq temperaturunda) 3 gün saxlayıb, süzün. Gündə bir xörək qaşığı acqarına qarışıqdan qəbul edin.
· Təmiz balı cuğundur şirəsi ilə qatıb, qaynadın. Gün ərzində 4-5 dəfə çaya və ya suya 5-6 damcı töküb, qəbul edin.

Sinusit:
Burun ətrafındakı boşluqların iltihablanmasıdır. Xəstəliyin ilkin əlamətləri burun tutulması, ağız qoxusu, qızdırmadır. Bu zaman insan nəfəs almaqda çətinlik çəkir. Məlahət Qəhrəmanovanın dediyinə görə, sinusit əsasən qulağın arxasında olur. Həmin hissədə iltihabi proses gedir: «Xəstədə kəskin başağrıları müşahidə olunur. Sinusit zamanı başda, göz ətrafında, üzdə, qulaq diblərində kəskin ağrılar, burun qanaması, diş qıcıqlanması olur, xəstə iy bilmir. Sinusit vaxtında müalicə olunmadıqda bu zaman çirk göz ətrafına yayılmağa başlayır və xəstədə korluq əmələ gətirir. Hətta sümük iltihabı da yarada bilər. Sinusit zamanı xəstəni rentgenə salsalar sümükdə ləkə görünər. Bu o qədər də qorxulu deyil, onun müalicəsi mükündür. Ancaq xəstəliyin irəliləməsinə imkan vermək olmaz. Sinusit irəlilədikdə xəstəni yalnız cərrahi əməliyyatla xilas etmək mümkün olur. Əməliyyat isə çox da asan deyil. Bəzi xəstələrdə əməliyyat vaxtı güclü qanaxmalar baş verir».

Müalicə:
· 4 diş sarımsağı əzib, 1 çay qaşığı alma sirkəsi ilə qarışdıraraq yarım stəkan qaynar suya tökün. Burnunuzu qarışığın buxarına verin. Bu prosesi gündə 3-4 dəfə təkrarlayın.
· 0,5 l. suya 2 xörək qaşığı ivan-çay otundan töküb, 30 dəqiqə qaynadın. Gün ərzində 3-4 dəfə (yeməkdən 30 dəqiqə əvvəl) stəkanın 1/3 həcmində qəbul edin.

Faringit:
Udlaq iltihabı xəstəliyidir. Faringit zamanı boğazda yanma, ağrılı udqunma, qızdırma, boyun nahiyəsində şişkinlik olduğunu deyən həkim - terapevt xəstənin qarın və baş ağrılarından şikayətləndiyini söyləyir: «Qripdən sonra bəzi xəstələr uzun müddət öskürür, boğaz qıcıqlanır, halsızlıq müşahidə olunur. Bu faringitin başlanğıcı deməkdir. Faringit də virus mənşəli xəstəliklərdəndir. Faringit zamanı öskürəyin qarşısı alınmadıqda boğaz göbələyi də əmələ gəlir. Faringit müalicə olunmadıqda, qarın yatalağı, skarlatin (yoluxucu xəstəlik), məxmərək kimi xəstəliklər yaradır. Faringit zamanı nadir hallarda badamcıqlarda ikinci infeksiya mənbəyi yarana bilər. Bu, xəstəlik kəskinləşdikdə baş verir. Bu hal xəstənin ölümü deməkdir».

Faringit zamanı xəstə daha çox diqqət etməlidir:

· Siqaret və spirtli içkilərdən uzaq olmalı
· Tozlu yerlərdə durmamalı
· Çox isti və soyuq qidalar qəbul etməməli
· Gecə vaxtı çox çay, kofe içməməli

Şərhlər: 5
Baxılıb: 318
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aylam
Bu iyrenc reklamlari yiwiwdirinda. Adamin ureyi bulani baxanda.
17 sentyabr 2016 11:45
# 5
vipbetul
soyuq haani cox sevirem ne olursa olsun her haliyla guzel
16 sentyabr 2016 11:30
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Balacam
Off meni qrip tutanda pis tutur bu arada tutmuwdu ama men derman istifade etmeydense tebii vasitələrə ustunluk verirem.cox ciddidise he hekime gedirem.mama hemiwe boyurtken murebbesin caya qatib icirdir uc dird stekan.o adami yaxwica terledir.ustumu deyiwirem fso qrip getdi dermanlardan iyneden zəhləm gedir
16 sentyabr 2016 10:06
# 3
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Fira Deniz
Payizin geliwi ile xestelikler daha cox yayilir.Ne qeder qorunsanda xestelenirsen.
16 sentyabr 2016 08:27
# 2
.Bir də görürsən ki, "həyatda eləmərəm" dediyin şeyin, baş rolundasan
BARBI
Her biri payizin belali xestelikleridir. Bu aralar tez tez qrip oluram. Meni elden salir. Tebii usullari mutleq edecem
16 sentyabr 2016 04:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz