Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın xəstəlikləri, hamiləlik, doğuşla bağlı xalq təbabətindən məsləhətlər
Qadın xəstəlikləri, hamiləlik, doğuşla bağlı xalq təbabətindən məsləhətlər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 18717
Səs ver:
alt

Yüz illər boyu hər eldə-obada hamilə qadının doğuşuna kömək edən və bir sıra qadın xəstəliklərinin müalicə edilməsilə məşğul olan xalq təbabətinin bir çox sirlərini bilən «mamaça qadın»lar fəaliyyət göstərmişlərlər.
Dəfələrlə sınaqdan çıxarılmış və necə deyərlər həyat vəsiqəsi almış müalicə üsullarının əksəriyyəti bu gün də öz əhəmiyyətini itirməmişdir. Bunu faydalı hesab edərək bir çox qadın xəstəliklərinin təbii vasitələrlə müalicə üsullarını nəzərinizə çatdırırıq.

İki xörək qaşığı miqdarında evkalipt yarpağını qurudub xırda-xırda doğrayın, sonra emallı qazana töküb üzərinə 1 stəkan qaynar su əlavə edərək su hamamında 15 dəqiqə qızdırın. Otaq şəraitində 45 dəqiqə saxlayın. İki qat tənzifdən süzün. Qadın cinsi orqanında soyuqdəymə və iltihab varsa bu dəmləmə ilə cinsi orqanı yumaq, yaxud tampon qoymaqla xəstəliyi yox etmək olar. 

Yumurtalığın iltihabı zamanı xəstə mümkün qədər çiy və bişmiş halda çoxlu -boranı (balqabaq) yeməli dir. Boranını xırdalayıb, döyüb, sıxıb şirəsini çıxarmaq və bacardıqca çox içmək xüsusilə faydalıdır. Əgər iltihab nəticəsində küclü qanaxma varsa onda quşəppəyi bitkisindən istifadə edilməlidir. Bir qaşıq xırda doğranmış quşəppəyini bir sləkan qaynar suda dəmləyib isti halda birdən içmək lazımdır. Müalicə dövründə cinsi əlaqəyə girmək olmaz.

Bəzi səbəblərdən qadının uşaqlığında qaşınma əmələ gəlir. Bu xəstəliyi aradan qaldırmaq üçün belə bir qarışıq hazırlamaq tövsiyyə olunur. Nanənin yar paqlarından, narın qabığından və döyülmüş mərci dən eyni miqdarda götürün, emallı qaba tökün, üzərinə meyvə şərabı əlavə edin və vam odda bişirin, sonra tənzifdən keçirin. Alınan qarışıqda pambıq və ya təmiz tənzifi yaxşıca isladın və cinsi orqana tampon qoyun.
***

Qaşınma zamanı belə bir müalicə xeyirlidir. Eyni miqdarda limon və naringi tumunu götürün, onu qı zmar dəmir parçasının üstünə tökün. Tumlar yananda həmin dəmir parçasının üstünə çömbəlin, cinsi orqanı həmin tüstüyə verin. Bir neçə dəfə belə edin qaşınma dəf olunacaqdır.
***


Bəzi qadınların uşaqlığından yumurta ağına bənzər ağ maye gəlir. Bu müxtəlif səbəblərdən əmalə gələ bilər, Bu halı aradan qaldırmaq üçün qadınlar 1 xö rək qaşığı zəyi 1 stəkan suda həll edib, şırınqa ilə özlərini yumalıdırlar. Bundan əlavə boymadərən çi çəyi və çöl çiçəyinin kökünü (xırdalanmış halda) bə rabər miqdarda götürüb qarışdırmalı, I xörək qaşığını I stəkan qaynar suda dəmləməli və gündə 3 stəkan içməlidirlər.
***

Daha bir üsul, şam ağacının iynələrindən alınan həlimlə vanna qəbul etməkdir, Şam ağacının iynələ rini döyüb, ondan yarım kq. götürüb 2 litr suda yarım saat qaynadırlar, qazanı ağzı bağlı halda 15 dəqiqə saxlayıb sonra tənzif torbadan süzürlər. Həlimi isti su ilə doldurulmuş vannaya töküb qarışdırır xılt olan tənzif torbanı isə vannaya atırlar. Bundan sonra 15—20 dəqiqə vanna qəbul edirlər.
***

Palıd ağacının xırda köklərini qaynar suda dəmə qoyub sonra süzüb və alınan həlimlə gündə 2 dəfə cinsi orqanı yumaq da xeyirlidir. Müalicə müddətində əlaqə dayandırılmalıdır.

______________________________________________

Çətin doğuşdan sonra bəzi hallarda qadınların ayaq damarları

partlayır. Gücə düşmə nəticəsində

damarların partlaması onlara əziyyət verir. Bu halı aradan

qaldırmaq üçün çaytikanı şirəsindən

istifadə edilməlidir. Çaytikanı meyvələrini təmiz yuyub ət

ma-şınından keçirməli, tənzifin

arasına yığıb, sıxıb şirəsi çıxarılmalıdır. Həmin şirə damarlar

partlayan nahiyəyə sürtülməli və

tənziflə sarınmalıdır.

***

Uşaqlıq qanaxmaları ara vermirsə qırxbuğumdan istifadə

etmək məsləhətdir.

Onun qurudulmuş yerüstü hissəsindən 20 qr. götürüb bir

stəkan qaynar suda

15 dəqiqə dəmləyib süzün, gün ərzində bir neçə dəfə yarım

stəkan miqdarında için. ***


Quşəppəyi də bu cəhətdən xeyirlidir. Onun tərkibində «K»

vitamini vardır. Buna

görə də o qankəsici təsirə malikdir. Xalq təbabətində

quşəppəyinin qurudulmuş

yerüstü hissəsindən həlim hazırlanır qan kəsici kimi tətbiq

edilir.
***


Bağayarpağı da uşaqlıq qanaxmalarında mühüm rol oynayır.

Bunun üçün böyük

bağayarpağının yerüstü hissəsindən (təzə halda) 20 qr.

götürüb bir stəkan qaynar

suda dəmləyib içmək və həmin dəmləmədən uşaqlığa

yeritmək lazımdır.
Böyük bağayarpağı həmçinin xroniki qanaxmalarda xeyirlidir.

Onu çay kimi dəmləyib

gündə bir neçə dəfə içmək faydalıdır. Bu çəhətdən böyük

bağayarpağı həlimini ( bərabər miqdarda)

sirkə ilə, qarışdırmaq içmək də məsləhət görülür.
***


Bəzi hallarda aybaşı zamanı qan çox axır. Mamaçalar bu

vəziyyəti aradan qaldırmaq üçün

düyünü qovurub üyütməyi və turş ayranla içməyi qadınlara

tövsiyyə edirlər.***


Güclü aybaşı zamanı bir qədər cəfəri kökünü doğrayıb

cövhərini çəkib 2 stəkan isti halda

bir-birinin ardınca (su içən kimi) içmək lazımdır.
***


Ləng gedən aybaşını normallaşdırmaq üçün xardal (bir 

vannaya 100 qr. quru xardal töküb qarışdırmalı)

vannası qəbul etmək məsləhət görülür. ***


Aybaşından sonra qanaxma halları da baş verə bilər.

Bu zaman mamaçalar belə bir

müalicəni sınaqdan çıxarıblar. Bir parça dəmiri qızarana

qədər qızdırıb qabın içinə bir

qədər süd tökərək qızarmış dəmiri südün içinə salmışlar

(yəni dağlamışlar). Dovşandodağı

bitkisinin quru çiçəklərindən dəmləmə hazırlayaraq həmin

dəmləmə ilə darlanmış südün 100 qr.

Içməyi məsləhət bilmişlər.***


Bu cəhətdən eyni miqdarda limon və naringi şirə-sini vam

odda qatılaşanadək qaynadıb,

gündə bir neçə dəfə içmək də yaxşı nəticə verir.

____________________________________________________________________



Eyni miqdarda sumax, heyva dilimləri və tumu çı~ xarılmış ərəb xurmasının qarışığından həlim də aybaşından sonrakı qanaxmaya xeyirlidir. Gün ərzin-də 4—5 dəfə içmək lazımdır.***


Əziyyət verən düzgün keçməyən aybaşı zamanı rus turkəçarəçiləri belə mualicədən istifadə edirlər. Bir xörək qaşığı qatırquyruğunu çaynikdə dəmləməli. Güclü qanaxma zamanı ondan hər 2 saatdan bir xörək qaşığı ilə içməli, əgər qanaxma nisbətən azalsa, onda həmin dəmləmədən gündə 3 dəfə, hər dəfədə bir xörək qaşığı qəbul etmək lazımdır.***


Bəzi qızlar bakirəliyini itirəndə güclü ağrılara və halsızlığa məruz qalırlar. Mamaçalar belə halda iri ləyənə yaxud kiçik vannaya zeytun yağı ilə şərabın qarışığını töküb, ağrıdan əzab çəkənə kömək edirlər.***


Qadınların bəziləri müvəqqəti olaraq uşağa qalmaq istəmir. Əgər o 3 -qr. zəfəran yesə 6-7 ay hamiləlikdən xilas olar.***


Muxtəlif səbəblər üzündən bəzi qadınlar bətnindəki uşağı saldırmaq istəyir. Buna nail olmaq üçün qadın 2,5 qr. Çörək otu qəbul etməlidir. Bununla da o çox asanlıqla hamiləlikdən (istər uşaq diri olsun, istərsə də ölü) xilas olar.***



Uşağın salınmasında təsirli vasitələrdən biri buxurməryəm ( novruz gülü ) bitkisidir.Bu çiçəyin şirəsini çəkib iri bir parçaya hopdurub qadının qarnına bağlayırlar. Bununla bərabər bir parça pambığı həmin şirədə isladıb qadının cinsiyyət orqanına salırlar.***

Çin darçınını boyaq otu ilə qarışdırıb (bərabər miqdarda) şirəsini çəkirlər, Həmin şirə ilə tampon hazırlayıb qadının cinsi orqanına qoyurlar. Bu da hamilə qadının uşaq salmasına səbəb olur.

__________________________________________________________________

Acı yovşandan həlim hazırlasan həmin həlimi hamilə qadının cinsi orqanına töksən uşaq salar.***


Bir qədər gənəgerçək yağını ardıc qozaları ilə
(döyülmüş halda) qarışdırıb alınan məlhəmi qadının cinsi orqanına yeritsən bətnindəki uşaq düşər.***


Vaxtından əvvəl uşaq salmanın qarşısını almaq üçün hamilə qadın bir müddət hər gün bir dəfə sarımsaq qatıqla kərə yağda qovrulmuş pencər sıxması yeməlidir. ***


Zəngin təcrübəyə malik olan mamaçalar müəyyən əla-mətlərlə ananın bətnindəki uşağın oğlan və ya qızlığını müəyyən edirlərmiş. Məsələn, hamilə qadının qarnının şişkinliyi yanlara yayılırsa deməli uşaq qızdır, əkər şişkinlik irəli (qabağa) doğru meyillidirsə oğlandır.
***


Əgər qadın hamilə olanda cinsi əlaqəyə girməyə çox meyl göstərirsə bu o deməkdir ki, bətnindəki qız uşağıdır, az meyllidirsə onda oğlan uşağıdır

. ***


Mamaçalar hamilə qadının döşündən bir az süd sağıb onu boşqabın içindəki suya tökürlərmiş. Əgər süd qabın dibinə çökərsə deməli qıza hamilədir. ,Yox əgər süd suyun üstündə qalsa bətnindəki oğlandır.***


Hamilə qadın qarnının ağarlığını sağ tərəfdə hiss edərsə bu o deməkdir ki, oğlan doğacaq. Çünki oğlan uşağı əsasən sağ tərəfdə yerləşməyə meyllidir.***


Oğlana hamilə olan ananın sol döşünə nisbətən əvvəlcə sağ döşü böyüməyə, şişməyə başlayır.***


Bətnində rüşeym olan qadınların qız və ya oğlan doğacaqlarını nəbz vurğuları ilə də müəyyən etmək olar. Əgər hamilə qadının nəbzi sağ tərəfdə (sola nisbətən) tez-tez vurursa deməli oğlan doğacaqdır.***


Əgər hamilə qadının ayaqlarında tez-tez şiş əmələ gəlirsə bu onun əlamətidir ki, bətnindəki qızdır.
***


Qadın hamiləlik vaxtını düzgün bilirsə o bətnindəkinin oğlanlığı və ya qızlığını özü müəyyənləşdirə bilər . Çünki oğlan ana bətnində 3 aydan sonra, qız isə 4 aydan sonra tərpənməyə başlayır.***


Əgər hamilə qadın bir şey götürmək istəyəndə sağ əlini uzadırsa yaxud bir qədər ayaq üstə dayanandan sonra hərəkət etməyə başlayanda əvvəlcə sağ ayağını atarsa bu əlamətlər ona dəlalət eləyir ki , ananın oğlu olacaqdır.

_______________________________________________________________________

Hamilə qadınlar cirəni bişirib şəkərlə yesələr üzləri yaxşılaşar. ***


Xalq təbibləri buyururlar ki, dazı otundan çəkilən yağ doğuşdan sonra qadınların döşündə əmələ gələn vəz şişlərini aradan qaldırmaq gücünə malikdir.


Şərhlər:
Baxılıb: 18717
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz