Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Az yeyib kökələnlər
Az yeyib kökələnlər
Göndərən: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 403
Səs ver:
Qalxanvari vəzi orqanizmdə gedən mübadilə proseslərini tənzimləyir. Onun hormonları bütün metabolik prosesləri sürətləndirir: zülalların və yağların parçalanması, karbohidratların mənimsənilməsi.

Qalxanvari vəzi hormonları müxtəlif mənbələrdən (karbohidratlar, yağlar) orqanizmin yaşaması üçün lazım olan enerjinin alınmasını təmin edir. Orqanizmin əsas enerji mənbəyi karbohidratlardır. Əgər qəbul olunan qidada karbohidratlar çatışmırsa, orqanizm öz enerji ehtiyaclarını ödəmək üçün piyləri parçalamağa başlayır. Məhz bu prinsip bütün arıqlamaq məqsədi ilə tutulan pəhrizlərin əsasında durur.

Karbohidratların daxil olması məhdudlaşdırılır və piylər "əriməyə" başlayır.

Piylər istifadə olunduqdan sonra stress vəziyyətinə düşən orqanizm öz əzələlərini "əritməyə" başlayır. Bu hal uzun sürərsə, insan skeletə oxşamağa başlayır (müharibə vaxtında konslagerlərdə saxlanılan insanlar kimi). Anoreksiyadan (patoloji iştahsızlıq) əziyyət çəkən insanlar da bu görünüşü alır.

Bəzi qalxanvari vəzi xəstəlikləri və pozulmaları zamanı qalxanvari vəzinin fəaliyyəti sanki yavaşlayır və nəticədə vəz daha az miqdarlarda hormonları istehsal etməyə başlayır. Bu hal hipotireoz adlandırılır.

Hipotireoz zamanı orqanizmin mübadilə prosesləri ləngiyir, orqanizmə daxil olan qidalı maddələr çox asta parçalanır və nəticədə hətta az qida qəbul edən insan artıq çəki yığmağa başlayır. Bundan əlavə, orqanizmdə mayenin yığılması prosesi baş verir ki, bu da çəkinin artmasına səbəb olur.

Bu səbəbdən əgər hiss etsəniz ki, az qida qəbul etməyinizə baxmayaraq çəkiniz artır, mütləq endokrinoloqa müraciət edin və lazım olan analizləri (TSH, T3, T4) verin.

Xəstədə hipotireoz aşkar olunduqda ona çatışmayan qalxanvari vəzi hormonları təyin olunur ki, nəticədə vəzin fəaliyyəti normallaşır və insanın çəkisi də azalır.

Bəzi hallarda qalxanvari vəzi, əksinə, sürətlə işləməyə başlayır (buna "hipertireoz" deyilir). Nəticədə isə mübadilə prosesləri sürətlənir və həmişəki qaydada qidalanan insan "səbəbsiz olaraq" kəskin arıqlamağa başlayır.


Şərhlər: 7
Baxılıb: 403
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
son bahar
Mende iki ildir eziyyet cekirem mende hormonu daha cox ifraz edir ne qeder cox yesem de ona baxmiyaraq isdediyim cekini elde ede bilmirem
19 avqust 2016 17:29
# 7
...
Cindrella
Allah qorusun !
19 avqust 2016 15:32
# 6
vipbetul
bezi xeesdelikler zamani orqanizmalar duzgun ishlemedikdede heqiqetendede ya kokelme yadaki ariqlama bash verir
19 avqust 2016 13:57
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
MODABAZ
Allah uzaq elesın
19 avqust 2016 12:43
# 4
Heyata daim gulmek lazimdii
ulya 1988
maraqlı məlumatdı
19 avqust 2016 09:41
# 3
tatyana
Bu analizden vermisem,Mende az yeyib tez kokelen oldugumcun vermisdim
19 avqust 2016 08:37
# 2
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
BARBI
Bu da bir xestelikdir. Yemeden kokelmek ciddi xesteliyin xebercisidir.
19 avqust 2016 06:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz