Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vitiliqo xəstəliyi
Vitiliqo xəstəliyi
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 600
Səs ver:
Vitiliqo xəstəliyi (latın dilində "vitium" - "qüsur") qazanılmış xroniki xəstəlikdir. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir.

Dəridə olan "melanin" adlı xüsusi piqmentin (məhz bu piqment bizim dərimizi adi normal rəngə "boyayır") azalmasına və ya yoxluğa görə, bu ləkələr adətən böyüməyə, bir biri ilə birləşməyə, yeni yerlərdə əmələ gəlməyə meyllidirlər. Ləkələrin ölçüləri, formaları və yerləşməsi hər bir xəstədə fərdidir.

Bu xəstəlik hətta bizin eramızdan bir neçə əsr əvvəl məlum idi. Qədim Misir papiruslarında dəridə ağ ləkələri olan insanlar haqqında məlumat tapılıb.

Ümumdünya Səhiyyə təşkilatının məlumatlarına əsasən, hal hazırda dünyada orta hesabla 30 mln. insanlar bu xəstəlikdən əziyyət çəkir. Həkimlərin müşahidələrinə görə, xəstələrin sayı getdikcə artmaqdadır.

Xəstəlik adətən cavan yaşlarda (hətta südəmər uşaqlarda) başlayır. Xəstəlik adətən gizli şəkildə başlayır. Bəzən ləkələr əmələ gəldikdən əvvəl dəridə qaşınma, qarışqaların yeriməsi hissi, arabir sancma hiss oluna bilər.

Adətən xəstəlik uzun illər, hətta insanın həyatının sonuna qədər davam edir. Çox nadir hallarda xəstəlik özü-özünə keçə bilər. Vitiliqo probleminin əsas aktuallığı onun xəstənin psixo-sosial statusuna təsiri ilə bağlıdır. Məsələ burasındadır ki, bu xəstəliyi olan insanların əksəriyyəti böyük psixoloji sıxıntılar yaşayır, özünə qapanır, insanlarla ünsiyyətdən qaçırlar.

Bu günümüzə qədər vitiliqo xəstəliyinin əmələ gəlmə səbəbləri məlum deyil. Məhz bu səbəbdən bu xəstəliyin effektli və tamdəyərli müalicə metodları da müasir tibbdə problem olaraq hələ də qalmaqdadır. Müasir təbabət vitiliqo xəstəliyini autoimmun xəstəliklərinə aid edir.

Vitiliqo xəstəliyinin müalicəsinin əsas məqsədi kosmetik defektin aradan qaldırılması və dərinin piqmentasiyasının bərpa olunmasıdır. Müalicə üsullarının seçimi fərdi olaraq xəstənin yaşından, xəstədə digər xəstəliklərin olub-olmadığından, xəstəliyin mərhələsindən, ləkələrin yerləşməsindən və s. səbəblərdən asılıdır.

Müalicə kompleks şəklində aparılır. Bu zaman müxtəlif qrup dərman preparatlarından istifadə olunur - kortikosteroidlər, immunopreparatlar, fermentativ preparatlar, mübadilə proseslərini stimullaşdıran preparatlar, vitaminlər və mikroelementlər, xüsusi məlhəmlər, kremlər, zərdablar və s. Lazım olduqda antidepressantlar, neyroleptiklər və s. bu kimi preparatlar istifadə oluna bilər.

Xəstəliyin müalicəsində ultrabənövşəyi şüalanma metodları böyük yer tutur. Belə müalicə zamanı müxtəlif "fotosensibilizatorlar" adlı xüsusi preparatlar istifadə olunur ki, onların köməyilə dərinin ultrabənövşəyi şülarına olan həssaslıq artır. Nəticədə isə melanoqenez - dəridə melanin piqmentinin əmələ gəlməsi prosesi də stimullaşdırılır.

Bundan əlavə müalicə zamanı lazer, təbii gün işığı istifadə olunur. Vitiliqo xəstəliyinin cərrahi müalicə üsulları da mövcuddur. Vitiliqo xəstəliyi olan insanların pəhrizində tərkibində C və B vitaminləri (sitrus meyvələri, bibər, pomidor, kartof, kələm, itburnu, qara ciyər, qarabaşaq, yulaf yarması, araxis, süd və süd məhsulları, yumurta, balıq və s.), mis mikroelementi (qoyunun qara ciyəri, pendir, noxud və s.) olan qida məhsulları böyük yer tutmalıdır.


Şərhlər: 11
Baxılıb: 600
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
___Jasmin___
Sitat: YalniZ-ArZu
Iraq olsun!..........

amin
15 iyul 2016 18:08
# 11
وكنت للتو في الحب
arzum-aysum
bu haqda melumatim var idi, hetta bu xesteliye yoluxmus bir nece insan da taniyiram
13 iyul 2016 18:58
# 10
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
YalniZ-ArZu
Iraq olsun!..........
13 iyul 2016 17:35
# 9
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Kölge
Allah bu xesteliyi vermekdense canimi alsin
13 iyul 2016 15:08
# 8
Her şeye gore şukur
Nur Melikzade
Allah gostermesin.Gosterenlerde tezlikle wefasin versin InwAllah.
13 iyul 2016 12:58
# 7
İmza
vipbetul
Allah uzaq elesin bu cur xesdeli hec bir preparatlarla getmir
13 iyul 2016 12:36
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
MODABAZ
Allah uzaq elesın
13 iyul 2016 11:25
# 5
Heyata daim gulmek lazimdii
Tomris Müslümova
Bizim bir qohumumuz var kişidi onda bu xəstəlik mövcuddur.Onun işi ilə əlaqədar olaraq çox zaman salyatka ilə işliyir deyə onnan sonra bu xəstəlik yaranıb.Əllərində oldu ilk zaman sonra üzünə təmas elədi.Mənim qorxduğum şeydi Allah uzaq eləsin.Bizim xanəndəmiz Könül Xasiyevada da var.
13 iyul 2016 09:42
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Cindrella
Allah hec kesin basina getirmesin
13 iyul 2016 09:07
# 3
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
13 iyul 2016 08:45
# 2
BARBI
Allah qorusun . Mualicesi tapilmayan deri xesteliyidir.
13 iyul 2016 07:28
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz