Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Babasilin müalicəsi
Babasilin müalicəsi
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 1242
Səs ver:
Müasir proktologiyada bu xəstəliyin müalicəsi üçün müxtəlif üsullar istifadə olunur: konservativ üsullar (dərman preparatların vasitəsi ilə), az invaziv üsullar və cərrahiyyə üsullar.
Hər bir halda müalicə üsulu fərdi şəkildə xəstəliyin mərhələsindən, xəstədə digər xəstəliklərin olub-olmadığından və s. amillərdən asılı olaraq seçilir.
Xəstəliyin başlanğıc mərhələlərində konservativ müalicə və az invaziv üsullar, müalicəsiz buraxılmış fəsadlaşmış babasilin müalicəsində isə daha tez-tez hallarda cərrahiyyə üsulları istifadə olunur. Bu səbəbdən babasilin ilkin əlamətlərini (defekasiya aktının bir qədər çətinləşməsi, anal dəliyin ətrafında qaşınma, düz bağırsağın son hissəsində yad cismin olması hissiyyatı) müşahidə etdikdə dərhal həkimə müraciət etmək lazımdır ki, xəstəliyin müalicəsinin daha asan üsullarla həyata keçirilməsi mümkün olsun.
- Babasilin konservativ (dərmanlarla) müalicəsi zamanı xüsusi ağrısızlaşdıran, tromblaşmanın qarşısını alan, iltihabəleyhinə və dezinfeksiya edən şamlar və məlhəmlər (yerli) istifadə olunur. Bundan əlavə xəstəyə damarları möhkəmləndirən xüsusi dərman preparatları (daxilə) təyin olunur. Belə müalicə yalnız xəstəliyin ən ilkin mərhələsində effekt verə bilər.
Hirudoterapiya (zəli ilə müalicə) babasilin müalicəsində istifadə olunur. Zəlilərin ağız suyunda olan ferment "hirudin” qanı duruldur, trombların əriməsinə kömək edir, yəni trombların yaranmasına mane olur. Bu müalicə üsulu adətən digər müalicə vasitələrlə birlikdə kompleks şəklində istifadə olunur və ağrıları azaldır, düyünlərin ölçülərinin kiçilməsinə kömək edir. Kiçik düyünlər isə tam yox ola bilər.
- Az invaziv üsullar əslində cərrahiyyə manipulyasiyalarıdır. Lakin bu az travmatik üsullardır ki, xəstə onları asan keçirir (bir neçə saatdan sonra xəstə öz iş fəaliyyətinə qayıda bilər). Bu müalicə üsullarını poliklinika şəraitində yerinə yetirmək mümkündür. Bu üsullar yaşlı və müxtəlif, hətta ağır yanaşı xəstəlikləri olan insanlarda tətbiq oluna bilər.
Bu üsulların arasında – sklero- və krioterapiya, infraqırmızı fotokoaqulyasiya və lateks halqalarla düyünlərin bağlanması.
Skleroterapiya kifayyət qədər köhnə və effektiv üsuldur, bu üsul adətən xəstəliyin 1-ci və 2-ci mərhələlərində istifadə olunur. Xüsusi maddə babasil düyününün daxilinə yeridilir ki, nəticədə düyün kiçilir, bürüşür, birləşdirici toxuma ilə əvəz olunur.
Krioterapiya zamanı düyünlərin toxumaları maye azotun köməyi ilə dondurulur və düyün bir müddət keçdikdən sonra hopur.
Müasir proktologiyada lateks halqalarla düyünlərin bağlanması üsulu istifadə olunur. Düyünün ayaqcığına xüsusi halqa taxılır ki, bu halqa düyün qanla təchiz edən damarları sıxır. Nəticədə bir müddət keçdikdən sonra düyünlərin toxumaları məhv olur və düyün hopur.
İnfraqırmızı fotokoaqulyasiya zamanı babasil düyününün ayaqcığında yerləşən və düyünü qanla təchiz edən damarlar şüalar vasitəsilə yandırılır. Düyünün qan təchizatı dayandırılır və bir müddətdən sonra düyün məhv olur.
- Cərrahiyə müalicəsi adətən babasil düyünlərinin trombozu zamanı, xəstəliyin 3-cü və 4-cü mərhələsində istifadə olunur. Belə əməliyyatlar ümumi ağrısızlaşdırma ilə (ümumi narkoz) keçirilir. Hal hazırda belə əməliyyatlar yalnız digər üsulların tətbiqi mümkün olmadığı hallarda istifadə olunur.

Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55


Şərhlər: 4
Baxılıb: 1242
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
elanora
Mende eziiyet cekirem((((baş belasidir
15 may 2016 20:51
# 4
vipbetul
babasilden eziyyet cekenlercin maraqli meluatdir
13 may 2016 10:22
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Menim balam
Men 6 ay qanaxmadan ölürdüm. qorxumnan hekime getmırdı . baş belası babasıl mende 6 ay her gün qanaxma verdı. axırda dözmedım hekıme getdım . hekım mene 2 şam yazdı onan sağaldı. Şamın adı verırem çay tikenı yağı şamıdı.
12 may 2016 23:12
# 2
ilk nur
Burda yazilanlari oxumadim .en asandi babwsilin mualicesi cugunduru tyorkadan kecirib bir temiz parcanin ustune yaxmaq sonra babasil olan yernize qoymaq bir nece defe edmek lazimdi .vallah kime demiwem komek edib daje aparisden qaytardiqim insanda olub .cugundur prob edib ondanda kecib gedib
12 may 2016 22:50
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz