Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yırtıqların əmələ gəlmə səbəbləri və müalicəsi
Yırtıqların əmələ gəlmə səbəbləri və müalicəsi
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 1774
Səs ver:
İnsanın qarın divarında zəif yerlər var - göbək, qasıq kanalı, qarının ağ xətti (qarının ortasından gedən xətt).
Bu yerlərdə yırtıqların əmələ gəlməsi riski daha çoxdur. İrsiyyətin də burada böyük rolu var. Bəzi ailələr var ki, bu ailələrin bir neçə üzvündə yırtıqlar olur. Buna səbəb əzələlərin zəif olmasıdır.
Digər səbəblər arasında - ağır əşyaların qaldırılması və daşınması, qadınlarda hamiləlik və doğuş, güclü və uzunmüddətli öskürək, piylənmə. Bundan əlavə əməliyyatdan sonra çapıq yerində yırtıqlar əmələ gələ bilər.
Xəstəliyin əvvəlində fiziki gərginliklər zamanı yırtıq olan yerdə yüngül ağrılar ola bilər. Xəstəlik inkişaf etdikcə insan qarın nahiyəsində oval formasında qabartmanın olmasını müşahidə edir. Bu o deməkdir ki, qarın divarında yırtıq qapısı əmələ gəlib. Bu yırtıq qapısından dəri altına yırtıq kisəsi çıxır ki, bu yırtıq kisəsində daxili orqanlar (bağırsaq ilgəkləri, piylik və s.) olur.

Yırtıq fiziki işlə, idmanla məşğul olmağa mane olur, ağrılara səbəb olur. Ən əsası isə odur ki, yırtıq kisəsində olan daxili orqanların normal fəaliyyəti pozulur, orqanlar travmalara məruz qalır, bitişmələr əmələ gələ bilər. Xəstəliyin əvvəlində xəstə özü yırtığı yerinə sala bilir, lakin vaxt keçdikcə yırtıq böyüyür və onu yerinə salmaq mümkün olmur. Nəticədə yırtıq boğula bilər. Bu isə çox ciddi ağırlaşmadır. Yırtıq qapısına çıxan daxili orqanlar (adətən bağırsaq ilgəkləri) geriyə, öz qanuni yerinə qayıda bilmir və nəticədə burada nekroz (toxumaların həlak olması) inkişaf edir.

Yırtıqlar özü özündən keçmir və bağlanmır. Burada yeganə müstəsna hal - 5 yaşına kimi olan uşaqlarda göbək yırtıqlarıdır (5 yaşına kimi bu yırtıq özü özündən bağlana bilər).
Yırtığın yeganə müalicə üsulu cərrahi əməliyyatdır. Əməliyyat zamanı bir çox hallarda yırtığın yerini bağlamaq üçün torlu implantant istifadə olunur. Torlu implantantın qoyulması yırtıqların müalicəsinin "qızıl standartı" sayılır. Bu metodikanın sayəsində yırtığın təkrar əmələ gəlməsi riski, demək olar, sıfıra bərabərdir. İmpalantant tək yırtıq qapısını bağlamır, o, həmçinin zəifləmiş birləşdirici toxumanı bərkidir. Faktiki olaraq, yırtığın üzərinə yamaq qoyulur. Tor müəyyən elastikliyə malikdir ki, insana fiziki iş zamanı mane olmur.
Əksər hallarda belə əməliyyatdan sonra xəstə 1 gün ərzində klinikada qalır və sonra evə buraxılır. Xəstə daha tez bərpa olunur, ağrılardan daha az əziyyət çəkir.

Bəzən xəstələr həkimlərə sual verir: mən bandaj taxıram, mənə əməliyyat lazımdırmı?

Bandajın taxılması yırtıq qapısını bağlayaraq orqanların yırtıq kisəsinə çıxmasına imkan vermir. Lakin bu müvəqqəti tədbirdir. Bandaj yırtığı müalicə etmir, yırtığın boğulmasına mane olmur. Əksinə uzun müddət ərzində bandajın taxılması yırtıq kisəsində bitişmələrin və çapıqların əmələ gəlməsinə səbəb olur ki, bu gələcəkdə əməliyyatın həyata keçirməsinə mane olur. Bu səbəbdən bandaj yalnız əməliyytın həyata keçirməsinə ciddi maneələr (məsələn, hamiləlik) olduqda müəyyən müddət ərzində tətbiq oluna bilər.

Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55


Şərhlər: 3
Baxılıb: 1774
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
zezema
oğlumun 3 yaşı var. qasıq nayihəsində qrija var. hec bir ağrı fılan yoxdur. yatanda yox olur. cox hereket edende cixir. hekim meslehet gordu ki 3 yashi tamam olduqdan sonra emeliyyat etdirek. artiq 3 tamam olub. tetili gozleyirik. mkteb qurtaran kimi emeliyat olunacaq. qizim mektebe gedir deye alinmir indi.
karset istifade edirdik. amma eksine karset ushagi incidirdi. pampaersin altindan taxirdim karseti qizardirdi ushagin bedenini. sonra istifade edtmedim.
22 aprel 2016 14:13
# 3
Bir hissimi itirmishem - TEECCUBLENMEK
vipbetul
bu cur qrijalar bedenin bir cox yerinde olurki emeliyyatla sonuclanir aqrili olur
20 aprel 2016 00:02
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
adeten insanlar arasinsa qrija kimi taninir.Allah uzaq elesin cox vaxt emeliyyatla neticelenir.
19 aprel 2016 23:23
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz