Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Öd daşı xəstəliyinin cərrahi üsulla müalicəsi
Öd daşı xəstəliyinin cərrahi üsulla müalicəsi
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 1253
Səs ver:
Öd daşı xəstəliyi konservativ (dərmanların köməyilə) və cərrahi üsullarla müalicə olunur.
Hər bir halda müalicə taktikası xəstənin vəziyyindən, yaşından, xəstədə digər xəstəliklərin olub-olmadığından, ağırlaşmaların olub-olmadığından və s. səbəblərdən asılı olaraq müalicə həkimi tərəfindən seçilir.
Öd daşı xəstəliyinin cərrahi müalicəsi hal hazırda daha tez-tez laparoskopik üsulla həyata keçirilir. Öd kisəsinin xaric edilməsi əməliyyatı "xolisistektomiya" adlandırılır.
Ümumi narkozun altında qarın boşluğunun divarında uzunluğu 0,5-2 sm olan 3-4 kəsik aparılır. Qarın boşluğu xüsusi qaz qarışığı ilə doldurulur ki, əməliyyat sahəsi daha aydın görünsün.
Daha sonra qarın boşluğuna kiçik videokamerası və işıq mənbəyi olan laparoskop cihazı yeridilir. Bu videokamera qarın boşluğunda olan görünüşü monitoruna göndərir. Cərrahlar əməliyyatı monitora baxaraq aparırlar.
Digər kəsiklərdən qarın boşluğuna mikrocərrahiyə alətlər-manipulyatorlar (qayçı, elektrokoaqulyatorlar və s.) yeridilir ki, bu alətlərin vasitəsilə cərrahi əməliyyat həyata keçirilir.
Əməliyyat zamanı öd kisəsi qaraciyər və ümumi qaraciyər axarından ayrılır, öd kisəsini qanla təchiz edən damarlar bağlanır. Öd kisəsi daşlarla birlikdə qarın boşluğundan çıxarılır, kəsiklərə tikişlər qoyulur. Cərrahi əməliyyat orta hesabla 40-60 dəqiqə davam edir. Laparoskopik əməliyyatından sonra xəstə təxminən 2-3 gün ərzində xəstəxanada qalmalıdır.

Laparoskopik əməliyytlar qoruyucu sayılır. Bu səbəbdən mümkün olduqda cərrahlar məhz bu üsuldan istifadə edirlər. Məsələ burasındadır ki, kiçik kəsiklər əməliyyatdan sonra mümkün olan ağırlaşmaların (infeksiyalaşma, qanaxma, bitişmələrin, yırtıqların əmələ gəlməsi və s.) riskini və əməliyyatdan sonra xəstədə olan ağrıları minimuma azaldır, bağırsaqların funksiyası daha tez bərpa olunur, xəstə daha qısa müddət ərzində adi həyata qayıdır. Lakin bəzən öd daşı xəstəliyi zamanı laparoskopik əməliyyatın tətbiq edilməsi müxtəlif səbəblərə görə (ağır ürək və ağ ciyər xəstəlikləri, hamiləliyin axırıncı 3 ayı və s.) mümkünsüz olur.
Bəzən xəstələr cərrahlara belə sual verirlər: daşları çıxarıb öd kisəsini saxlamaq mümkündürmü? Cərrahlar cavab verir: mümkündür, lakin düzgün deyil. Niyə? Əməliyyatdan bir müddətdən sonra daşlar yenidən əmələ gələcək. Məsələ burasındadır ki, daşları əmələ gətirən faktorlar dəyişilmədən qalır, öd kisəsi infeksiya mənbəyi kimi orqanizmdə qalır, bundan əlavə əməliyyatdan sonra öd kisəsində bitişmələr əmələ gəlir ki, nəticədə onun fəaliyyəti daha da pozulur.


Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55


Şərhlər: 5
Baxılıb: 1253
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
rəmsə
Miss oxatan tam sağalandan sonra baxdıq,əməliyyat gedə-gedə də baxa bilərdik,ama ona ürək lazımdı.Həkim dediki baxarsız o videoya baxsaz mamanız da,özü də arıqlamaq istəyəcək.Həqiqətən də elə oldu mama dietlə də olsa nisbətən arıqladı.İnanırsız həkim içəridə ödü götürənə kimi nə qədər piy kəsirdi,kəsirdi bitmək bilmirdi:)Əvvəl videoya baxanda ağlasaqda sonlara doğru deyib güldük,əməlli başlı kamera ilə içəridə əməliyyat gedir.Ən gülməlisi isə içəri torba atdı ödü onun içinə qoyub çıxartdı,sonra şlank kimi bir şeylə içərini yudu,sonra da qurutdu:)Biz də mamaya zarafata deyirdik day nə istəyirsən bütün orqanların yuyulub quruduldu:)
Can bacı sən də bu əməliyyatı keçiribsən?keçmiş olsun.Düz deyirsən çətin olmağına çətindi,ama digər əməliyyatlara baxanda nisbətən asandı.Biz əməliyyatın səhərisi mamaya dəyməyə gedəndə mama uje 1-2 dəfə gəzmişdi.Ama mamada 3 ədəd deiklərin çapığı diqqətə çarpacaq qədər qalıb(
16 aprel 2016 18:15
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Miss_Oxatan
booy ay remse neynirdiz ki alib baxmagi?neter urek elemisiz?men bu emeliyyata girmemiwden iki uc gun evvel yutubda izledim hemen emeliyyati pewman oldum emeliyyat olan gun goz qabagina getirib ta ki emeliyata girenecen ne qeder agladim.
en yaxwisi bir defelik odu gotuzdurmek.defelerle narkoza girib dawlari temizlekmezdense.onsuzda yene emele gelir.ama yalan sozdu laparaskopik emeliyyatdan bir gun sonra evvelki kimi olursan demeleri hekimleri.seheri mene dediler eve get getmedim uzume saldim duz 4gun qaldim.uc gun pis olursan.tez tez halin deyiwir evdekiler qalir bilmir neynesin.yene xestexanada cagirirsan agri kesici vurur qizdirma olur ona qarwi iyne vururlar.esasda axwamlar uc gun pis olursan.
16 aprel 2016 08:29
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
rəmsə
Bizdə mamamda vardı,məndə də var,irsidi.Mama keçən il götüzdürmüşdü,eynən bu əməliyyatla,maşallah tez sağaldı.Video diskin də verdilər,tam sağalandan sonra baxdıq,ağlaya-ağlaya.İçəridə kamera da olur çəkib xəstəyə verirlər.
16 aprel 2016 02:28
# 3
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
vipbetul
od dasinin aqrisi cox olur
16 aprel 2016 01:54
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aybə
Mənim anam ödündən əməliyyat olub plastik əməliyyatla olub.Çox pis ağrıyırdı çıxartdırandan sonra düzəldi.Ama ödündən sonra tez tez acır.
15 aprel 2016 21:39
# 1
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz