Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaraciyər kistaları
Qaraciyər kistaları
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 812
Səs ver:
Bəzən hər hansı digər pozulma ilə bağlı keçirilən USM və ya tomoqrafiya zamanı insanın qara ciyərində təsadüfən kista aşkar edilir. Bu halda nə etmək lazımdır?
Adətən belə kistalar, həqiqətən, təsadüfən aşkar edilir, özünü heç bir simptomla büruzə vermir və insanın səhhətinə heç bir mənfi təsir etmir. Statistikaya əsasən, qara ciyər kistaları insanların 1%-ndə təsadüf edilir. Qadınlarda belə kistalar kişilərlə müqayisədə daha tez-tez hallarda əmələ gəlir. Statistikaya əsasən qara ciyər kistaları 30-50 yaş arasında daha tez-tez əmələ gəlir.
Qara ciyər kistası xoşsassəli boşluqlu törəmədir. Əksər hallarda kistanın içində iysiz şəffaf maye olur.
Kistalar qara ciyərin müxtəlif paylarında, qara ciyərin üzərində və ya dərində yerləşə bilər. Kistanın diametri bir neçə millimetrdən başlayaraq 25 və daha artıq sm-ə kimi ola bilər. Böyük ölçülərdə ola kistalar qarının birtərəfli böyüməsinə, iştahasızlığa, bədən çəkisinin azalmasına, sarılığa, ürəkbulanmasına, təngnəfəsliyə səbəb olur.

Kistaların dəqiq əmələ gəlmə səbəbi tibbdə hələ ki məlum deyil. Tibbdə bu kimi səbəblər qeyd edilir:

- bətndaxili dövründə inkişaf edən bəzi pozulmalar,
- iltihab,
- travma,
- hormonal preaparatların uzun müddət ərzində qəbulu,
- bəzən belə kistalar digər xəstəliklərin fonunda (qara ciyər sirrozu, öd daşı xəstəliyi, böyrəklər polikistozu və s.) əmələ gəlir.

Qara ciyərdə kista aşkar olunduqdan sonra mütləq qara ciyər xəstəliklərində ixtisaslaşmış həkimə müraciət etmək lazımdır. Məsələ burasındadır ki, bəzən digər daha təhlükəli xəstəliklər adi kista ilə səhv salına bilər. Bu halda yalnız mütəxəssis bəzi kiçik əlamətlərə əsaslanaraq düzgün diaqnoz qoya bilər.
Qara ciyərdə kistanın əmələ gəlmə səbəbi exinokokk qurdu da ola bilər. Bu qurd orqanizmə keyfiyyətsiz natəmiz qida və su ilə daxil olaraq, qan axını ilə qara ciyərə çatır və burada yaşamağa başlayır. Vaxt keçdikcə qurd böyük ölçülərə çatır, qara ciyəri sıxır, onun fəaliyyətini pozur. Exinokokk kistaları yalnız cərrahiyyə yolu ilə müalicə olunur.
Bəzən qara ciyərdə adi kista yox - kista şişi təyin oluna bilər. Adi kistalardan fərqli olrarq belə şişlər vaxt keçdikcə bir çox hallarda xərçəngə çevrilir. Bu səbəbdən belə kista aşkar olunduqdan sonra mütləq xaric olunmalıdır.
Lakin bir çox hallarda qara ciyərdə aşkar olunmuş kista təhlükəli olmur. 4-5 sm kimi olan kistalar adətən heç bir xüsusi müalicə tələb etmir və onlara sadəcə daim nəzarət etmək lazımdır (müəyyən fasilələrlə USM-dən və mütəxəssisin müayinəsindən keçmək).

Əgər qara ciyər kistasının ölçüsü 5-6 sm-dən böyükdürsə, kista müxtəlif pozulmalara səbəb olursa (kistanın irinləməsi, yırtılması, burulması, qanaxma, qarında ağrılar, hərarətin qalxması və s.), onun ölçüləri tez böyüyürsə, bu halda cərrahiyyə müalicəsi tələb oluna bilər.
Hal hazırda belə əməliyyatlar adətən laparoskopik üsulla həyata keçirilir və bunun nəticəsində bərpa dövrü daha qısa olur və daha asan keçir.
 
Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55


Şərhlər: 3
Baxılıb: 812
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Allah uzaq etsin
20 aprel 2016 15:00
# 3
vipbetul
cox pisdir aqrili olur gerek vaxtinda biline mualige oluna
14 aprel 2016 00:57
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Kistaları deyə bilmərəm amma qaraciyərinizdə ,ürəyinizdə piyləşmə ,genişlənmə getməsini istəmirsizsə kökəlmənizin qarşısını alın.Papamın qaraciyərində genişlənmə gedir amma onda kökəlməyə görə deyil şəkərinə görədir belə halların olması.Düzgün qidalandıqda ,özünüzü hər bir neçə aydan bir müayinəyə saldığınızda sağlamlığınızın nə yerdə olmağını bilmək sizləridə rahatlaşdıracaqdır,ən azından düşünmək lazımdır müayinə bir dəfə pul çıxar eybi yox Allah eləməsin bir xəstəlik olduqda o müayinələrdən əlavə dərmanlar analizlər ordan bura burdan ora qaçmaq daha çətindir,bu səbəbdən vaxtında özümüzə qulluq etmək vacibdir.
13 aprel 2016 23:20
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz