Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
AŞAĞI və YUXARI təzyiq nə deməkdir?
AŞAĞI və YUXARI təzyiq nə deməkdir?
Göndərən: guler19
Şərhlər: 5
Baxılıb: 694
Səs ver:
Adi insanlar arterial təzyiqinin göstəricilərinə "aşağı" və "yuxarı" təzyqi deyirlər. Əgər, misal üçün, təzyiq 120/80-dirsə, 120 - "yuxarı", 80 - "aşağı" təzyiqdir. 

Tibdə "yuxarı" təzyiq "sistolik təzyiq", "aşağı" təzyiq "diastolik təzyiq" adlandırılır. Sistolik təzyiq ürək əzələsinin maksimal yığılması (buna "sistola" deyilir) zamanı inkişaf edir. Bu zaman qan ürəkdən təzyiqlə damarlara atılır. Sistolik təzyiqin normal göstəriciləri - 100-140 c.st. sayılır. 

Qanı damarlara atdıqdan sonra ürək "dincəlir" (buna "diastola" deyilir). Aortanın qapağı bağlanır və ürək növbəti yığılma üçün qanla dolur. Bu zaman qan damarlarda passiv şəkildə hərəkət edir - bu diastolik təzyiqdir. Diastolik təzyiqin normal göstəriciləri 60-90 mm.c.st. sayılır. 

Ürək qanla dolanda yenə yığılır, qanı damarlara atır və s. 

"Təzyiq qalxdı" deyəndə əsasən sistolik təzyiqin qalxmasını nəzərdə tuturlar. Məhz sistolik təzyiqin qalxması (xüsusilə bu hal xroniki xarakter alıbsa) insanın sağlamlığına ciddi ziyan vurur. Bu səbəbdən sistolik ("yuxarı") təzyiqin tez-tez qalxması yaxşı göstərici sayılmır. Belə problemlə üzləşən insan mütləq həkimə müraciət etməlidir. 

Yüksək təzyiq bir çox təhlükəli xəstəliklərin inkişafına təkan verə bilər. Yüksək təzyiq zamanı damarların divarları həddən artıq yüklənir ki, bu damarların partlamasına və nəticədə qanaxmaya səbəb ola bilər. Əgər ürəkdə və ya beyində olan damar partlayarsa, bu infarkt və insult kimi ağır pozulmalara səbəb olacaq. Digər tərəfdən arterial hipertenziya ürək əzələsinin daha tez qocalmasına, üzülməsinə səbəb olur. 

Diastolik təzyiq əksər hallarda hətta kriz zamanı çox yüksək qalxmır. Diastolik təzyiqin daim normadan yüksək olması insanda uzun müddət ərzində hipertoniya xəstəliyinin olmasından xəbər verir. 

Hətta sağlam insanın təzyiqi gün ərzində dəyişilir - səhər daha aşağı olur, günorta qalxır və axşama yaxın öz zirvə nöqtəsinə çatır. Bu səbəbdən təzyiqi hər gün eyni vaxtda ölçmək lazımdır (məsələn, günorta və ya axşam).


Şərhlər: 5
Baxılıb: 694
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli melumat oldu bu barede bilmek yaxsidir
10 iyun 2016 19:08
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
SonSuz SeVGi
Mende çox vaxt yuxari olur tezyiqim... buda mende hamilelikde tapildi ve ondan sonra qaldi
10 iyun 2016 15:36
# 4
Barbaris
awaqidir cox vaxt dovlenam
10 iyun 2016 10:42
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Tezyiqim daim asagi olur. Biraz qalxanda ozumu narahat hiss edirem.
10 iyun 2016 09:09
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Ekizlerin mamasi
Eslinde normal heyatimizda her gun rastlasdigimiz haldi.ama bezi tibb iscileri hec bu haqda melumatli deyil halbuki xestelerle isleyir.
10 iyun 2016 08:25
# 1
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz