Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Tənbəl“ bağırsağın “dirçəliş”i
“Tənbəl“ bağırsağın “dirçəliş”i
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 1135
Səs ver:

Qəbizlikdən əziyyət çəkənlər qəbizliyi öz həyatlarının bir parçası kimi qəbul edirlər , uzun illər özləri – özlərinə çarə axtarırlar. Bəzi insanlar illərcə işlədici dərmanlar  içib, imalələr edib və digər üsullarla  " müalicə " olunaraq , həkimə müraciət etmirlər. Beləliklə, vəziyyəti daha da ağırlaşdırırlar.

Qəbizlik bütün yaş dövrlərində - yenidoğulmuşlardan tutmuş yaşlı insanlara kimi rast gəlinə bilər.


 QƏBİZLİK NƏDİR ?

 QƏBİZLİK  termini altında bağırsağın boşalma funksiyasının dayanıqlı və ya gəlib – keçən pozulması nəzərdə tutulur.  Qidanın insan bədənində keçdiyi yola  orta hesabla , 24 – 48 saat sərf olunur. Xroniki  qəbizliyi olan şəxslərdə isə bu proses 60 , bəzən 120 saat ( yəni 5 sutka ) davam edir.

 Kliniki praktikada aşağıda sadalanan əlamətlərdən 2 və daha artığının mövcudluğu zamanı qəbizlik məvhumu haqqında düşünmək olar :

  • Bağırsaq möhtəviyyatının gec – gec xaric olması ( həftədə 3 dəfədən az ) ;

  • Defekasiya zamanı nəcisin az miqdarda xaric olması ( 35 qr/ sutka – dan az ) ;

  • Xaric olunan nəcisin forma , konsistensiya və sıxlığının dəyişməsi ;

  • Bağırsağın natamam boşalması hissiyyatı ;

  • Akt müddətinin 25 % - dən uzun çəkən anorektal obstruksiya hissi

  • Möhtəviyyatın yumşaq konsistensiyasına baxmayaraq , güclü gücənmələrə ehtiyac hissi .

QƏBİZLİYƏ SƏBƏB OLAN AMİLLƏR :

  • Qida rejiminin dəyişməsi ;

  • Hamiləlik ;

  • Müəyyən qida məhsullarının  ( çay , kakao və tərkibində bitki lifləri az miqdarda olan qidalar ) istifadəsi zamanı ;

  •  Emosional amillər ( stress ,depressiya ) ;

  • Bəzi dərman preparatlarının  qəbulu ( antidepresantlar , ağrıkəsicilər , hormonal preparatlar);

  • Mədə - bağırsaq sistemi xəstəlikləri ( xora xəstəliyi , yoğun bağırsağın şişləri  ) ;

  • Bərkimiş nəcis kütləsinin bağırsaqlarda yığılması ( nəcis daşları ) ;

  • Anal dəliyin xəstəlikləri  ( anal çat, paraproktit , hemarroy ) ;

  • Nevroloji xəstəliklər ( Parkinson xəstəliyi , Dağınınq skleroz , onurğa beyninin şişləri ) ;

  • Endokrin sistemin xəstəlikləri ( hipotireoz , şəkərli  diabet , piylənmə ) ;

  •  Uzun müdətli  depressiya.

QƏBİZLİYİ ARADAN QALDIRMAQ ÜÇÜN 10 QIZIL QAYDA :

  1. Kifayət qədər maye qəbul edin ! ( 8 – 10 stəkan su ) Tərkibində maqnezium olan mineral sular işlədici təsir göstərir. Qara çayı yaşıl çay ilə əvəz edin , kofeni isə rasiondan çıxarın !

  2.  Qida rasionuna liflə zəngin qidalar daxil edin ! Məs : kobud undan bişirilmiş çörək ,qarabaşaq, yulaf , quru paxla , mərcimək kimi yeməklər , salatlar , şorbalar . Qara gavalı , əncir, üzüm , quru ərik kimi meyvələr xeyirlidir.  Belə qidalar bağırsaqdakı toksinlərin , maya göbələklərinin və xəstəliktörədən bakteriyaların inkişafını azaldır.

  3. Tez mənimsənilən qisaları azaldın ! Rasiondan ağ çörəyi , bulkanı , mannı sıyığını , kartofu , makaronu , kiseli , şokalad ,armudu çıxardın !

  4. Qidalanma rejimini dəyişin ! Az – az, tez – tez ( gün ərzində 5 – 6 dəfə ) yeyin !

  5. Aktiv hətəkətlər edin  ! Cəld addımlarla gəzmək , requlyar gimnastika, üzmək  bağırsaqların hərəkətini stimulyasiya edir. Ən azı gün ərzində 20 – 30 dəqiqə fiziki aktiv hərəkətlər edin !  Səhər yeməyinə qədər qarnın ön divarını  saat əqrəbi istiqamətində dairəvi masaj edin!

  6.  Səhər yeməyini səhər saat 9: 00 – a qədər  yeyin !

  7. Səhər yeməyindən sonra gündəlik " bağırsağı məşq elətdirin " ! Tualetə gedib 10 dəq  oturun. Nəticədən asılı olmayaraq , bu vaxt boş yerə sərf olunmayacaq. Vaxt keçdikcə siz yoğun bağırsağın eyni vaxtda boşalmasına nail olacaqsız.

  8. Heç vaxt defekasiya aktını saxlamayın ! Çağırış olan kimi tez tualete gedion ! Eləcə də çox gücənmədən uaq olun , bu düz bağırsaq üçün ziyanlıdır .

  9. Qəbul etdiyiniz hər hansı bir dərmanı diqqətlə öyrənin – qəbizlik onların qəbulunun nəticəsi ola bilər. Həkimlə məsləhətləşin .

  10. İşlədici dərmanları öz başına qəbul etməyin , mütləq həkimlə məsləhətləşin . Seçilən dərman sizin üçün effektli və təhlükəsiz olmalıdır !

     QƏBİZLİYƏ " DIRNAQARASI " BAXMAYIN ! ÇÜNKİ QƏBİZLİK CİDDİ XƏSTƏLİKLƏRİN İLK VƏ GÖRÜNƏN TƏK ƏLAMƏTİ OLA BİLƏR !  " QƏBİZLİK HAMIDA VAR ,QORXULU DEYİL " DEMƏYİN , VAXTINDA HƏKİMƏ MÜRACİƏT  EDİN !

Facebook səhifəsi: Metanet Doktor

Telefon və whatsapp: ( 050 ) 581 34 81

 

Facebook səhifəsi



Şərhlər: 6
Baxılıb: 1135
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dr.Metanet
Sizlərə lazımlı olmağına çox sevindim )))
31 mart 2016 23:09
# 6
vipbetul
lazimli melumatdir bairsaq qebizliyi mualige olunmalidir
30 mart 2016 01:03
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Gerek bu qaydalara men de emel eliyim.Tewekkurler
29 mart 2016 22:22
# 4
narmiwka_15
mende evvel olurdu su icirem gunde 2 litr deye uje olmur
29 mart 2016 21:55
# 3
Be Happy))
BARBI
Qebizliyi aradan qaldirmaq ucun her gun 1 stekan iliq su icirem. Cox effekt verir
29 mart 2016 20:08
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
twkler melumata gore
29 mart 2016 19:35
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz