Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qısa bağırsaq sindromu
Qısa bağırsaq sindromu
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 1488
Səs ver:
Qısa bağırsaq sindromu (QBS) nazik bağırsağın böyük seqmentinin funksional və ya anatomik cəhətdən itirilməsi nəticəsində nazik bağırsağın absorbsiya bacarığının kəskin sürətdə pisləşməsi səbəbindən yaranır. Normada insanın nazik bağırsağının uzunluğu 3-8 m olur.
QBS anadangəlmə (məs., intestinal atreziyalı yenidoğulmuşlar) və ya qazanılmış (məs., cərrahi yolla nazik bağırsağın böyük bir seqmentinin rezeksiyası) ola bilər. Böyüklərdə QBS adətən yerdə qalan funksional nazik bağırsağın uzunluğu 200 sm-dən az olduqda müşahidə edilir. Böyüklərdə müşahidə edilən QBS adətən Kron xəstəliyindən əziyyət çəkən xəstələrdə müəyyən edilir. Kron xəstəliyindən əziyyət çəkən xəstələr bəzən nazik bağırsağın çoxsaylı rezeksiyalarına məruz qalır. Digər potensial səbəblərə şüa nəticəsində yaranan enterit, refraktor seliak xəstəliyi və ya qlyüten enteropatiyası, və travma, şiş, nazik bağırsaq volvulusu və ya ağır damar hadisələri səbəbindən iri həcmli enterektomiyalar daxildir.
Uşaqlarda isə QBS əsasən intestinal atreziya, iltihablı bağırsaq xəstəliyi, mezenterik arteriyal və ya venoz tromboz, şiş və daha az hallarda qastroşizis, nekrotik enterokolit, volvulus və Hirşprunq xəstəliyi səbəbindən yaranır.

KLİNİKA.
QBS-nun klinikası qansız ishal, maye və elektrolit balansının pozulması və qidalanmanın pozulmasından ibarətdir. QBS sürətlə xroniki xəstəliyə çevrilir. Xəstələrin bir çox xeyli çəki itirmiş olur. QBS-nun differensial diaqnostikasına Kron xəstəliyinin aktivləşməsi və infeksion qastroenterit daxildir. Lakin, nəzərə almaq lazımdır ki, Kron xəstəliyinin aktivləşməsi adətən qanlı ishal və qarın ağrısı ilə təzahür edir. İnfeksion qastroenterit isə qarın ağrısı, ürək bulanma və qusma və ishala səbəb olsa da, maye və elektrolit balansının xroniki pozulmasına gətirib çıxarmır.
Müxtəlif araşdırmalar və müşahidələr göstərir ki, böyük həcmli enterektomiyalardan sonra əksər xəstələrdə yerdə qalan nazik bağırsaq adaptasiya olunmağa başlayır. Belə ki, bağırsaq az da olsa uzanır və xovcuqların diametr və uzunluğunun artması sayəsində yerdə qalan nazik bağırsağın absorbsiya sahəsi daha da artır. Digər tərəfdən xatırlatmaq lazımdır ki, nazik bağırsağın böyük hissəsinin rezeksiyasına məruz qalmış xəstələrdə yoğun bağırsaq (kolon) aminoturşular, maye, mikroelementlərin absorbsiyasında iştiraknın davam etdirir.

QİDALANMA.
QBS-dan əziyyət çəkən xəstələrin müalicəsində əsas məqsəd onların tələb olunan qədər protein, karbohidrat, yağlar, mikroelementlər və s. təmin etməkdir. Bəzi xəstələr hiperfaqiya – yəni həddən çox həcmdə qida qəbulu sayəsində tələb olunan protein və enerji tələbatlarını təmin etməyə müvəffəq olur. Bununla yanaşı xəstələr mütləq şəkildə multivitaminlər qəbul etməlidir.
Nazik bağırsağın böyük hissəsinin rezeksiyasından sonra ilk 7-10 gün ərzində xəstələr total parenteral qidalanma alır. Düzdür TPQ müddəti xeyli fərqli və göstəriləndən xeyli uzun müddətli ola bilər. Bəzi xəstələr illərlə TPQ-dən asılı vəziyyətdə olur. Lakin, QBS-dan əziyyət çəkən xəstələrin enteral qidalandırılmasına keçidi üçün davamlı cəhdlər edilməlidir.
Təəssüflə qeyd etmək lazımdır ki, bir çox xəstənin TPQ-dən (total parenteral qidalanmadan) tədricən ayrılması mümkün olduğu halda, digər xəstələr uzun müddət parenteral qidalanmaya məhkum olmuş qalır. Bütün hallarda QBS-dan əziyyət çəkən xəstələrin ilkin etapda tədricən TPQ-dən ayrılması və enteral qidalanmaya keçməsi üçün bütün zəruri tədbirlər görülməlidir.
Bir çox xəstənin TPQ-də evə yazılması tələb oluna bilər. Əməliyyatdan sonra ilk vaxtlarda ağır dərəcəli ishal müşahidə edilir, lakin sonradan yerdə qalmış nazir bağırsaq tədricən adaptasiya olunmağa başlayır. TPQ ilə yanaşı xəstələr xüsusi pəhrizə başlamalıdır. Pəhriz əsasən tez sovrulan və həmçinin tərkibi yüksək protein, az yağlar və laktozasız olmalıdır.
Distal ileumun rezeksiyasından sonra xəstələr mütləq şəkildə vitamin B12 qəbul etməlidir. Vitamin B12 venadaxilə olaraq ayda 1 dəfə və ya dilaltı sovrulan həb kimi qəbul edilə bilər.
Bir çox xəstədə ishalın qarşısını almaq üçün ishal əleyhinə preparatların (məs., loperamid, difenoksilat, codein, opium tinkturası), habelə peristaltika əleyhinə dərmanların istifadəsi məqsədə müvafiq ola bilər. Somatotropin bir çox ölkələrdə QBS-nun müalicəsi üçün tətbiq edilir.

CƏRRAHİ MÜALİCƏ.
TPQ-dən tam asılı qalan xəstələrdə nazik bağırsağın transplantasiyası nəzərdən keçirilə bilər, lakin bu əməliyyatın xeyli ağırlaşmaları mövcuddur.
QBS-u olan uşaqlarda nazik bağırsaq transplantasiyası nəticəsində 5 illik sağ qalma faizi 50%-ə bərabərdir.
Ümumiyyətlə, hazırda qəbul edilmiş meyarlara görə, TPQ nəticəsində qaraciyərin çatışmazlığı inkişaf edən, habelə iki iri venanın trombozu olmuş, venoz kateterlərin bakteriyal və ya göbələk infeksiyasına məruz qalmış xəstələrdə nazik bağırsaq transplantasiyası nəzərdən keçirilə bilər.
Bəzi hallarda, xüsusilə də, uşaqlarda Biarçi proseduru uğurla istifadə edilə bilər. Biarçi prosedurunun əsasında rezeksiyadan sonra yerdə qalan və genişlənmiş nazik bağırsaq seqmentinin ortadan uzununamasına bölünməsi (qan damarlarının bölünməsi ilə birgə) və nəticədə əmələ gələn iki nazik bağırsaq "borusunun" uc-uca tikiləməsidir. Bu yanaşma QBS-dan əziyyət çəkən xəstələrdən bağırsağın uzunluğunun xeyli artırılmasına imkan verir.

Dr.Bəxtiyar Qəhrəmanov
Bariatik ,Estetik Cərrah
(+99455) 395 44 55


Şərhlər: 3
Baxılıb: 1488
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli xeberdi
24 mart 2016 22:23
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ekizlerin mamasi
Bu haqda məlumatım vardı.əməliyyatı uğursuzluqla da nəticələnə bilir.
24 mart 2016 21:25
# 2
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Barbaris
twkler xebere gore
24 mart 2016 20:41
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz