Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xərçəng xəstəliyi haqqında bilməli olduğumuz 5 vacib məlumat
Xərçəng xəstəliyi haqqında bilməli olduğumuz 5 vacib məlumat
Göndərən: my_angel
Şərhlər: 8
Baxılıb: 781
Səs ver:
Müasir dövrün ən böyük qorxularından biri də xərçəng xəstəliyidir. Dünyada hər il minlərlə insan bu xəstəliyə yoluxur. Bunun ən böyük səbəblərdən biri də məhz məlumatsızlıqdan qaynaqlanır. Biz bu qorxulu xəstəlik haqqında nə bilirik? Xərçənglə mübarizə etmək üçün nələr etməliyik? Gəlin özümüzü və sevdiklərimizi sığortalamaq üçün, bu xəstəliyin yaranma və inkişaf etmə prosesiylə tanış olaq.

Xərçəng nəstəliyi necə yaranır?
Bədənimiz müxtəlif hüceyrə növlərindən ibarətdir. Bir insanda mövcud olan hüceyrələrin ümumi sayı təqribən 100 trilyona qədərdir.  Ölü hüceyrələrin yenilənməsi və yaralanan toxumaların bərpası məqsədilə hüceyrələr bölünür. Mürəkkəb bir sistem lazımi yerlərdə uyğun miqdarda hüceyrə istehsalını və düzgün genetik bazayla təchiz olunmasını təmin edir. Hüceyrənin hara aid olduğu, nə qədər bölünə biləcəyi və nə vaxt öləcəyi barədə məlumatlar hüceyrə nüvəsində qeyd edilir. Hər bölünmədə bu məlumat kopyalanıb bala hüceyrəyə ötürülür. Bu proses bədənimizdə hər saniyə milyon dəfələrlə təkrarlanır. Nəzarətli olaraq həyata keçirilən hüceyrə bölünməsi, bədənimizi işlək halda saxlamağa kömək edir. Genetik məlumat səhv oxunduğu hallarda isə hüceyrə mutasiyaya, bir başqa ifadə ilə desək daimi dəyişikliyə məruz qalır.
Mutasiya (daimi dəyişiklik) nə deməkdir?
Mutasiyaya uğrayan hüceyrədə sağlam hüceyrədən fərqli olaraq, parçalanma və orqanizmdəki funksiyasına dair müxtəlif məlumatlar qeyd edilmişdir. Ehtiyac olmasa da, bu hüceyrə bölünür. İmmun sistemi xətalı hüceyrələri bərpa edə bilmir və bu yolla da mutasiyaya uğrayan hüceyrələr varlıqlarını davam etdirir. Nəzarətsiz parçalanma başlayır və uzunmüddətli dəyişikliyə məruz qalmış hüceyrələr çoxalır. Hüceyrələrin həddən artıq çoxalması mütəxəssislərin neoplaziya adını verdikləri şişkinlik və tumorlar əmələ gətirir. Beləliklə, həmin qorxulu şiş meydana gəlir. Bu şişlər də öz növbəsində xoş xassəli və pis xassəli olaraq iki yerə bölünür. Pis xassəli olan şişlər də xərçəng adlanır.
Pis xassəli şişin xoş xassəli  şişdən fərqi nədir?
Pis xassəli şişlər sürətlə böyüyür. Mövcud olduqları toxuma və orqandan kənara çıxaraq, digər orqan və toxumalara da yayılıb, zərər verə bilir. Xərçəng bəlli olmadığı bir anda qan-limfa damarları orqanizmin başqa nöqtələrinə sıçraya bilir. Bu vəziyyətə "yerdəyişmə” mənasında işlədilən metastaz adı verilir. Metastaz halında adətən ağciyər, qaraciyər və beyin kimi orqanlar hədəf olur.
Xoş xassəli şişlər isə daha yavaş böyüyür. Yayılmır, sadəcə olduqları yerdə böyüyür və damarlar vasitəsilə bədənin başqa nöqtələrinə sıçramır. Metastaza səbəb olmurlar. Ümumiyyətlə, həyatı təhlükəyə yol açmırlar. Əməliyyatla alındıqda nadir hallarda yenidən böyüyürlər. Hər xərçəng hadisəsi ölümlə nəticələnməyə bilər. Erkən diaqnoz, müalicə şansını artırır.
Xərçəng hüceyrəsi özünü gizlədə bilərmi?
Xərçəng xəstəliyi olan hüceyrələr sağlam hüceyrələrin tipik xüsusiyyətlərini əks etdirərək özlərini "görünməz” edə bilirlər. Beləliklə, müəyyən edilməmişdən uzun müddət əvvəldən özlərini gizlədə bilirlər. Bu bəzən illər, hətta on illərlə vaxt ala bilər. Mutasiyaya uğramış xərçəng hüceyrələrinin qocalma və ölüm dövrləri sağlam hüceyrələrdəki ilə eyni olmaya bilər. Xərçəng xəstəlikli hüceyrələr bir mənada ölümsüzdürlər.
Xərçəng nə üçün ölümcüldür?
Ölümə yol açan xərçəngin nəticələridir. Daimi dəyişikliyə məruz qalmış hüceyrələrin məhv etdiyi orqanlar artıq öz funksiyasını yerinə yetirə bilmir. Qaraciyər xərçəngi zamanı qaraciyər funksiyalarını yerinə yetirə bilməz. Bədənimizdə təmizləyici vəzifəsi görən qaraciyərin işləməməsi isə ölümə aparır. Eyni vəziyyət böyrək və ağciyərlər üçün də keçərlidir. Bir sözlə, xərçəng bizim üçün həyati əhəmiyyətə malik olan orqanları sıradan çıxarır.


Şərhlər: 8
Baxılıb: 781
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
Allah uzaq etsin adi gelende de adam pis olur
15 aprel 2016 18:41
# 8
S.Heydarova
cox pis xestelikdi Allah uzaq elesin)
5 aprel 2016 10:26
# 7
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
vipbetul
Allah hec kese bu xesdelikden qismet etmesin insallah
5 aprel 2016 00:14
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lale.veliyeva19
Allah uzaq eləsin mənim xalamda da bu xəstəlik var idi rəhmətə getdi
4 aprel 2016 15:43
# 5
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Asya
Getdikce coxalmaga bawlayir bu xestelikk...Allah butun xestelere Allah wefa versinn..
4 aprel 2016 13:13
# 4
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
4 aprel 2016 12:16
# 3
BARBI
Teesufki esrimizin belasidir bu xestelik. Allah sefa versin.. Insallah tezlikle caresi tapilar
4 aprel 2016 09:48
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Bu xəstəlik haqqında bilməyən qalmıyıb təəssüf ki, nə qədər insanın ölüm səbəbinə çevrilib, müalicəsidə olduqca ağırdır hər insan tab gətirə bilməz həm mənəvi həmdə maddi... Allah əziyyət çəkən hər bir xəstəyə ağrısız şəkildə qalan həyatını yaşamağı ən əsası isə şəfa versin Amin.
4 aprel 2016 09:37
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz