Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xaşimoto zobu (autoimmun tireoidit)
Xaşimoto zobu (autoimmun tireoidit)
Göndərən: guler19
Şərhlər: 5
Baxılıb: 720
Səs ver:
Autoimmun tireoidit və ya Xaşimoto xəstəliyi kifayət qədər yayılmış qalxanvari vəzi xəstəliyidir. 

İlk dəfə bu xəstəliyi yapon həkimi Xaşimoto aşkar edib. 

Xaşimoto xəstəliyi qalxanvari vəzinin və həmçinin immun sisteminin xroniki xəstəliyidir. Xəstəlik qadınlarda daha tez-tez inkişaf edir. 

Xaşimoto xəstəliyi zamanı xəstənin immun sistemi öz sağlam qalxanvari vəzi hüceyrələrini (bu hüceyrələr \"tireositlər\" adlandırılır) \"yad\" hüceyrələr kimi qəbul edərək onları məhv etməyə başlayır. 

İlkin mərhələlərdə xəstəlik simptomsuz keçir. Daha sonra immun sisteminin hücumuna cavab olaraq qalxanvari vəzi öz funksiyasını artırır. Bu isə hipertireozun (qalxanvari vəzinin fəaliyyətinin artması) simptomlarının inkişafına səbəb olur - taxikardiya (nəbzin sürətlənməsi), kəskin arıqlama, güclü tərləmə, əllərin əsməsi, əsəbilik, əhvalın tez-tez dəyişilməsi, yuxusuzluq və s. 

Xəstəlik inkişaf etdikcə qalxanvari vəzinin hüceyrələri tədricən məvh olur və nəticədə xəstədə hipotireozun (qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi) simptomları meydana çıxır - çəkinin \"səbəbsiz\" artması, dərinin quru olması, saçların tökülməsi, daim yorğunluq, yuxululuq, nəbzin zəifləməsi, yaddaşın pozulması və s. Xəstəlik uzun illər ərzində inkişaf edir. 

Adətən xəstədə qalxanvari vəzi böyüyür, \"zob\" əmələ gəlir. 

Xəstəliyin ilk simptomlarında endokrinoloqa müraciət etmək lazımdır. Diaqnozun dəqiqləşdirilməsi üçün həkim xəstəyə qalxanvari vəzi hormonlarının analizini təyin edir. Bundan əlavə xəstənin qanında xüsusi anticismlərin aşkar olunması üçün analiz keçirilir və USM aparılır. 

Xaşimoto xəstəliyi olan insan daim endokrinoloqun nəzarətində olmalıdır. Xəstəyə hormonal müalicə təyin olunur (çatışmayan qalxanvari vəzi hormonları). Bu dərmanları xəstə həyatın sonuna kimi qəbul etməlidir. 

Həkimlərin fikirinə görə, yod preparatlarının, müxtəlif bioloji-aktiv əlavələrinin (dəniz yosunları və s.) səbəbsiz olaraq qəbulu Xaşimoto xəstəliyinin əsas risk faktorudur. Yodun orqanizmə lazım olandan az miqdarlarda daxil olunması qalxanvari vəzinin funksiyasına mənfi təsir edir. Lakin yodun həddən artıq miqdarlarda daxil olması da çox ziyanlıdır və vəzin funksiyasını 
pozur. 

Tərkibində yod olan preparatları və qida əlavələri ilə xüsusilə diqqətli olmaq lazımdır. Bu kimi preparatları yalnız həkim və yalnız müayinədən sonra təyin edə bilər. Bu preparatların özbaşına qəbulu insan orqanizminə ciddi ziyan vura bilər.


Şərhlər: 5
Baxılıb: 720
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
zobu olan insanlar daima mulaige olunur onu kesdirsonde yenede emele gelir
28 may 2016 23:03
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
28 may 2016 20:28
# 4
ummuselma
Allah qorusun, mənde də zob var, qorxudan hekime getmirəm
28 may 2016 17:18
# 3
YalniZ-ArZu
Allah xestelere wefa versin...mende de var zob:((
28 may 2016 16:56
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
ayka95
Allah pis xesdeliklerden qurusuun bizleri
28 may 2016 15:26
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz