Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Boyun ağrılarının səbəbləri
Boyun ağrılarının səbəbləri
Göndərən: guler19
Şərhlər: 7
Baxılıb: 599
Səs ver:
Boyun ağrıları bir çox müasir insanları narahat edir. 

Belə ağrılar müxtəlif səbəblərə görə inkşaf edir. Bu səbəblər arasında: 

- Əzələlərin həddən artıq gərgin olması (mialgiya). Uzun müddət ərzində oturaq vəziyyətdə iş görən insanda boyun əzlələrinə gərginlik artır, əzələlər sıxılır. Sıxılmış əzələlər yanında yerləşən sinirləri sıxır ki, bu da boyun ağrılarının inkişafına səbəb olur. Ağrı boyunun arxa hissəsini əhatə edir və çiyinlərə yayılır. Belə ağrılar ofis işçilərini tez-tez narahat edir. 

Belə vəziyyətə düşməmək üçün oturaq vəziyyətdə işləyən insan hər 30-40 dəqiqədən bir çox sadə hərəkətlər etməlidir - boynunu arxaya, qabağa və yanlara əyməlidir. Bu əzələlərdən artıq yükləməni götürür, qan dövranı yaxşılaşdırır, əzlələri \"boşaldır\" və ağrılardan xilas edir. 

- Boyun osteoxondrozu da boyun ağrılarının ən yayılmış səbəblərindən biridir. Bu ciddi xəstəlikdir. Xəstəlik onurğada mübadilə proseslərinin pozulması nəticəsində inkişaf edir. 

Fəqərələr arasında yerləşən və amortizasiya funksiyasını yerinə yetirən fəqərələr arası disklər tədricən sürtülür və nazilir. Nəticədə fəqərələr bir birinə yaxınlaşır və aralarında keçən sinirləri sıxmağa başlayır ki, bu da ağrılara səbəb olur. Ağrı dartıcı xarakter daşıyır, insan başını çevirdikdə ağrı artır. Xəstəliyin risk faktorları arasında: azhərəkətli həyat tərzi, streslər, travmalar, ağır yükləmələr və s. İrsiyyət də burada böyük rol oynayır - əgər sizin yaxın qohumlarınızda osteoxondrozdan əziyyət çəkənlər varsa, sizdə bu pozulmanın inkişafının riski artmış olur. 

- Fəqərələr arası yırtıq. Bu osteoxondrozun nəticəsindir. Nazilmiş fəqərəarası disk yırtılır və onun işərisində olan nüvə çölə çıxaraq fəqərələr arasında sıxılır. Bu patologiya zamanı ağrı boyunda və kürəkdə hiss olunur. Digər simptomlar arasında - qollarda keyimə, baş ağrıları. 

- Nevralgiya. Ənsə sinirinin zədələnməsi də boyun ağrılarına səbəb ola bilər. Bu pozulma bir çox hallarda ənsə nahiyəsinin soyuqlaması, boyun osteoxondrozu, travma və s. nəticəsində inkişaf edir. Ağrı ənsədən boyuna, qulağa, gözlərə yayılır. Ağrı çox güclü olur və insan başını çevirəndə daha da güclənir. Nəticədə xəstə başını bir daim vəziyyətdə saxlamağa çalışır. 

- Miozit - əzələlərin iltihabı. Bu pozulma infeksion xəstəliklər (angina, qripp), soyuqlamalar, travmalar nəticəsində inkişaf edə bilər. Bir çox hallarda miozitin səbəbi adi yelçəkən olur. 

Xəstə başını çevirə bilmir, boyun sanki \"donur\". Ağrı boyunun bir hissəsində hiss olunur, qulaqlara, çiyinlərə yayılır. 

- Streslər. Güclü stress sinirlərin tonusunu artırır, nəticədə əzələlər də sıxılır və insan boyun nahiyəsində ağrı hiss edir.


Şərhlər: 7
Baxılıb: 599
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Svetoklana
Boyun agrilarim tez-tez olur.Masaj etdikde bir müddət keçir,sonra yeniden davam edir.
7 may 2016 17:26
# 7
Göz yaşlarının belə bir vəzifəsi var imiş,ardından gələcək təbəssüm üçün təmizlik edərmiş...
lale.veliyeva19
Stress və əsəb insanları xəstə edir
7 may 2016 15:14
# 6
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

ayka95
Mende de olur esasende teziqim asagi olanda
7 may 2016 14:12
# 5
Nemka Matata
he agrimagina agriyir eee caresini soyleyin
7 may 2016 14:04
# 4
vipbetul
boyun aqrilari bir cox sebeblerdee olur ele adamlar olurki duzdu deyib usdune dusmurler lakin bunun ureklede beyinlede elaqesi ola biler
7 may 2016 13:50
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
KRALİCEM
Mendede olur berden ele sancirki sanki ari iyne sancir
7 may 2016 13:40
# 2
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
BARBI
Men oturaq isde isleyirem. Boyun agrim cox olur. Elle masaj edirem. Fayda verir
7 may 2016 12:52
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz