Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oturaq işləyənlərin dərdi: boyun ağrısı
Oturaq işləyənlərin dərdi: boyun ağrısı
Göndərən: guler19
Şərhlər: 6
Baxılıb: 549
Səs ver:
Olduqca geniş yayılmış və gündəlik həyata ciddi şəkildə mənfi təsir edən boyun ağrısının ən təsirli müalicəsi idman və masajdır. 

Boyun ağrılarının çoxu mexaniki ağrıdır və altında yatan ciddi bir problem yoxdur. Bu ağrı boyundakı əzələ və oynaqlardakı problemlərdən qaynaqlanır. 

Bir çox xəstəliklərə yol açan stress boyun ağrılarının da yaranmasında ilk sırada yer alır. Stress altında işləyənlər, hamilələr, ofis işçiləri, hərəkətsiz həyat yaşayanlar boyun ağrılarından daha çox şikayət edirlər. Boyun ağrılarından şikayət edənlər üçün bəzi məsləhətlər təqdim edirik. 

Düz oturun! Əgər gün ərzində hərəkətsiz və ya uzun müddət oturaraq işləyirsinizsə, düz oturmağı öyrənin. Bu, boyun ağrılarının qarşısını almaq üçün ən mühüm amilidir. Çünki yanlış oturmaq bədənin arxaya, boynun önə doğru getməsinə səbəb olur. Bu zaman boyun və peysər bölgəsinə daha çox yük düşür. Əzələlər saatlarla bu cür yüklənəndə bir müddət sonra başınızı daşıya bilməyəcək halda olursuz. Belə halda boyun ağrıları da qaçılmazdır. 

Ağrıkəsicilərlə yola verməyin! Boyun ağrıları zamanı ağrı, tutulma və boyun hərəkətlərinin azalması ən mühüm şikayətlərdəndir. Əvvəlcə boyun kökündə, başın arxasında ağrı hiss edilir. Bununla yanaşı baş ağrısı da yaşana bilər. Ağrıkəsici ilə yola verilən ağrılar zamanla artır və boyun hərəkət etdirilə bilmir. Boyun damarlarında dartılma hissi, çiyində hiss edilən sərtlik, gərginlik səhərlər yorğun qalxmanıza səbəb olur. 

Əllərdəki və qollardakı keyimələr də bir çoxlarımızın gecə düşmənidir. Yuxudan oyandıracaq qədər şiddətli olan bu ağrılar sinirləri sıxır, nəticədə sinirlərdə hissizlik, fəsadlar ortaya çıxır. 

Bir neçə günə keçər deməyin! Uzun müddət boyun ağrıları çəkən, sıx boyun tutulması yaşayanlar gələcəkdə boyun yırtığından əziyyət çəkirlər. Onurğada uzun müddət geri dönüşü olmayan fəsadlar olur. Odur ki, bu problemə məsuliyyətlə yanaşın və həkimə müraciət edin.


Şərhlər: 6
Baxılıb: 549
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Oxatan
boynun agriyanda kimse masaj eletdirmesem kecmir.ne idman ne hansisa hereket tesir etmir esas berk masaj komeyime catir.
5 may 2016 16:57
# 6
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Barbaris
bele bir problemim yoxdur
5 may 2016 16:18
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
ayka95
oturaq is rejimi cox çetindir
5 may 2016 14:31
# 4
BARBI
Mende oturaq veziyyetde isleyirem bel ve boynumda agrilar olur
5 may 2016 13:25
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
5 may 2016 12:58
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
sadege boyunda deyil hemde belde bukulur
5 may 2016 12:46
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz